Hilt sözü azərbaycan dilində

Hilt

Yazılış

  • Hilt • 80.0000%
  • hilt • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Embassy Suites by Hilton
Embassy Suites by Hilton — Hilton Otellər Şəbəkəsinin suitlərdən ibarət olan dəbdəbəli ticari markası. 2015-ci il sentyabr ayının 30-da otelin 6 ölkə ərazisində 223-dən çox filialı mövcud idi. Hilton digər otel brendləri kimi, əksər Embassy Suites otelləri fərdi mülkiyyətdədir və ya françayzinqlər tərəfindən idarə edilir. == Tarixi == Embassy Suites ilk öncə daha çox Holiday İnns kimi tanınan Holiday Korporasiyası tərəfindən yaradılmışdır. İlk Embassy Suites oteli 1984-cü ildə Kanzasda Overland parkında fəaliyyətə başlamışdır. 1990-cı ildə, Embassy Suites otelinin ana şirkəti Promus Companies Incorporated olur. 1999-cu ilin dekabr ayında, Embassy Suites oteli Hilton Otellər Şəbəkəsi və Promus Otel Korporasiyası birləşəndən sonra Hilton Şirkətinə qoşulur. 2007-ci ilin iyul ayında, Blackstone qrupu Hilton Otellərini $ 26 milyard alacağını elan edir. == Mülkiyyət xüsusiyyətləri və servisi == Embassy Suites yalnız suitlərdən ibarət olan otel zənciridir. Bu otel zəncirinin bütün qonaq otaqları iki hissədən ibarət olur: qonaq otağı və yataq otağı.
Hampton by Hilton
Hampton by Hilton — daha əvvəllər Hampton İnn kimi tanınan bu otel Hilton Otellər Şəbəkəsinin ticari markası olan otel brendi. Hampton otel brendi məhdud qida və içki xidmətləri göstərən orta qiymətli otel şəbəkəsidir. Əksər Hampton otelləri müstəqil fəaliyyət göstərirlər və françayzinqlər tərəfindən idarə edilirlər, lakin bəziləri Hilton Otellər Şəbəkəsinin mülkiyyətindədir. Hampton oteli ABŞ-də ən böyük otel françayzinqlərindən biridir. Hamptonun françayzinqlərinə ABŞ-də və 16 ölkə ərazisində 2000 otel daxildir. == Tarixi == Otel zənciri ilk dəfə 1984-cü ildə Hampton İnn kimi fəaliyyətə başlayıb və Holiday Korporasiyasının maliyyə yarımı ilə idarə edilib. İlk otel Tennessi ştatının Memfis şəhərində yerləşən 2 mərtəbəli eksteryer giriş qapılı 128 qonaq otağından ibarət olan otel idi. 1989-cu illərin sonlarında, bəzi maliyyə çətinliklərindən sonra Holiday Korporasiyası öz əyarı olan Holiday İnn Korpoyasiyasını satdı və Hampton İnn, Embassy Suites və Homewood Suites otellərinin də daxil olduğu Promus Otel Korporasiyası holdinq şirkətinin fəaliyyətinə başladı. Bu dəyişiklik ilə Promus Hampton İnn brendinə yenidən sərmaye yatırdı və beləcə Hampton İnn büdcə oteli olmaqdan orta-bazar otelinə çevrildi və özünün az öncə satılan otel brendi ilə rəqabət aparmağa başladı. Otel zənciri orta qiymətli otel brendləri içərisində pulsuz kontinental səhər yeməyi təqdim edən və “100 %-li müştəri məmnuniyyəti qarantiyalı” xidmət göstərən ilk otel brendlərindəndir.
Hilton Baku
Hilton Baku — Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən Hilton Baku oteli Xəzər dənizinin və şəhərin möhtəşəm mənzərəsindən zövq alacağınız məkandır. YUNESKO tərəfindən Dünya İrsinə daxil edilən və 12-ci əsrə aid İçəri Şəhər oteldən gəzinti məsafəsindədir. Alış-veriş edin, yerli əyləncələrdən həzz alın və ya şəhər mərkəzindəki kafelərdə dincəlin. Müasir üslublu geniş otel otaqlarından və lüks nömrələrdən şəhərin və Xəzər dənizini seyr edə bilərsiniz.Otaqda naqilsiz internet və işgüzar səfəriniz üçün hər cür şərait mövcuddur. Executive otaq sifariş edərək, 17-ci mərtəbədə yerləşən Executive Lounge-dan istifadə edə bilərsiniz. Həmçinin, 18 konfrans və iclas otaqları, geniş banket zalı və tam təchiz edilmiş Biznes Mərkəzi də xidmətinizdədir. Geniş teraslı Sky Grill restoranındakı nahar və panoram görünüşlü 360 dərəcə fırlanan Bardakı kokteyllər zövqünüzü oxşayacaq. Bununla yanaşı, Hiltonda Eyforiyaya qapana bilərsiniz. Zəngin Spa, unikal müalicə prosedurları, idman zalı və örtülü hovuz sizin xidmətinizdədir.
Hilton Garden Inn
Hilton Garden İnn — Hilton Otellər Şəbəkəsinin ticarət markası olan orta qiymətli lüks otel zənciridir. == Mülkiyyət xüsusiyyətləri və qonaq otaqları == Hilton Garden inn kral və digər otaq növlərində, həmçinin, qonaq otaqlarında mikrodalğalı soba, Keurig kofe hazırlayan və soyuducu təklif edir. Standart otaqlara əlavə olaraq, bəzi yerlərdə deluks otaqlar və kiçik suitlərdə də xidmət göstərir. == Tarixi == Hilton Garden İnn 1980-ci illərdə CrestHill by Hilton adı ilə fəaliyyət göstərməyə başladı. Yavaş daşınmaz əmlak mərhələsi səbəbilə, təklif olunan 25 oteldən yalnız 4-ü tikildi. Bu dörd orijinal oteldən, üçü hələ də Hilton Garden inn otel zəncirinin bir hissəsidir. Onlar Pensilvaniya ştatının Lankaster, Miçiqan ştatının Souzfield və Kaliforniya ştatının Valensiya şəhərində yerləşirlər. İllinoys ştatının Buffalo Qrov şəhərində yerləşən digər otel hal-hazırda a Wyndham Garden Hotel adlanır. Otel brendi 1990-cı ildə yenidən Hilton Garden İnn kimi təqdim olunmuş və 20 il ərzindı öz sahib olduğu mülkiyyəti 4 oteldən 635 mülkiyyətə qədər qaldırmışdı. 2012-ci ildə, ilk ABŞ sərhədlərindən kənarda ilk Hilton Garden İnn oteli Niderlandda – Hilton Garden İnn Leiden adı ilə fəaliyyət göstərməyə başladı.
Hilton Otellər Şəbəkəsi
Hilton Hotels & Resorts daha çox istifadə olunan adıyla Hilton Hotels (ing. Hilton Hotels & Resorts)Hilton Worldwide şirkəti tərkibində iştirak edən Dünya tərəfindən məşhur Turizm şirkəti. Dünya səviyyəsində 3897 otel 642.000 otaq və 91 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir Dünyada turizm sektorunun ən böyük şirkəti olaraq bilinir. == Tarixi == 1919-cu ildə Konrad Hilton tərəfindənHilton Worldwide şirkəti kurulmuştur.Şirkət ABŞ-nin o zaman içində olduğu iqtisadi böhrandanda faydalanaraq çox sürətli bir şəkildə böyümüşdür. Şirkət 1946-ci ildə artıq Amerikada bir çox Otelə sahib idi. Bu otellər bir dam altında toplanaraq Hilton Hotels Corporation America (HHC) qururlar.1967-ci ildə isə artıq Dünyada bir çox otelə sahib olan Hilton Hotels Co. America, London mərkəzli olaraq dünyadakı digər otellərin bağlı olacağı Hilton İnternationali (HI) qurur daha sonra Hilton International TWAyə arxasından da Ladbroke Groupa satılır.Bu satış hadisəsindən sonra belə bir razılaşma olmuşdur. ABŞ torpaqları içində Hilton markası HHC tərəfindən istifadə ediləcək ABŞ xaricindəki bütün ölkələrdə isə ad haqqı Hiltona aid olması mövzusunda razılaşdırılır müəyyən bir müddət sonra HHC təkrar dünyaya açılmağa qərar verər, təbii ki ,Hilton adını işlənilməməsindən ötəri yeni bir marka yaratmaq ehtiyacı hiss edər. Bunun üçün şirkətin qurucu başçısı olan Konrad Hiltonun adından istifadə etməklə 1982-ci ildə Conrad Hotels qurular 1985-ci ildə Conrad Hotels ilk otelini Avstraliyada Conrad Jupiters, Gold Coast adında otelləri fəaliyyətə başlayar. 2000-ci ilə gəlindiyində HHC təkrar Hiltonu satın alır.5 İyul 2007 günü şirkət Hilton Worldwide adı altında 26 milyard dollara Blackstone şirkətinin damı altında toplandı.
Hilton Worldwide

Homewood Suites by Hilton
Homewood Suites by Hilton — Hilton Otellər Şəbəkəsi tərəfindən idarə edilən və yalnız suitlərdən ibarət olan residental üslubda Amerika otel zənciri. Bu otel zəncirinə Amerika Birləşmiş Ştatlarında, Kanadada və Meksikada 350-dən çox otel daxildir. Əksər Homewood Suites otelləri françayzinqlər tərəfindən idarə edilir. Homewood Suites oteli bazarda Staybridge Suites by IHG və Residence Inn by Marriott kimi otellər də daxil olmaqla bir çox yüksək dərəcəli otellərlə rəqabət aparır. == Tarixi == İlk Homewood Suites oteli 1989-cu ildə Nebraska Omaha şəhərində yaradılmışdır. Növbəti 10 il ərzində, bu otel zənciri Embassy Suites, Hampton Inn və Double tree otellərinin sahibi olan Promus Otel Korporasiyası tərəfindən idarə edilirdi. Hilton 1999-cu ildə $ 3.1 trilyon müqabilində Promus şirkətinə sahiblənir. Beləcə, digər 3 brendlə birlikdə Homewood Suites də Hilton Otellər Şəbəkəsinin brendinə çevrilir. 2000-ci ildə, Homewood Suites öz adını dəyişərək Homewood Suites by Hilton adlanır. Otel bu şəkildə adlandırıldıqda öz mülkiyyətçisinin adını da özündə daşıyır.
Konrad Hilton
Konrad Nikolson Hilton(ing. Conrad Nicholson Hilton; 25 dekabr 1887[…], San Antonio[d], Nyu-Meksiko – 3 yanvar 1979[…], Santa-Monika, Kaliforniya) — amerika iş adamı, Hilton Otellər Şəbəkəsinin banisi. == Həyatı == Konrad Hilton 1887-ci ilin dekabrın 25-də ABŞ-nin Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı, lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil.
Paris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. == Həyatı və yaradıcılığı == Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi - ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-cı ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Peris Hilton

Stefen Hilton
Stefen Hilton (23 oktyabr 1964) — Yamaykanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Stefen Hilton Yamaykanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Ceyms Hilton (yazıçı)
Ceyms Hilton (9 sentyabr 1900[…], Lankaşir – 20 dekabr 1954[…], Lonq-Biç, Kaliforniya) — (9 sentyabr 1900 - 20 dekabr 1954) ingilis yazıçısı və ssenaristi idi. O, " İtirilmiş üfüq" , "Əlvida", "Cənab çips" və " Təsadüfi məhsul" romanları , həmçinin Kamil (1936) və Xanım Miniver (1942) filmləri üçün birgə ssenari yazması ilə yadda qalıb və sonuncu ona Akademiya Mükafatı qazandırıb . == Erkən həyat == Hilton , Lankaşir ştatının Leigh şəhərində anadan olub , Walthamstowdakı Chapel End məktəbinin direktoru Con Hiltonun oğludur . O, 1914-cü ilə qədər Monoux School Walthamstow , sonra The Leys School , Cambridge, daha sonra Christ's College, Kembricdə təhsil alıb, burada ilk romanını yazıb və ingilis ədəbiyyatı üzrə fərqlənmə diplomuna layiq görülüb. O, əvvəlcə Manchester Guardian qəzetində jurnalist kimi işə başladı , sonra The Daily Telegraph üçün bədii ədəbiyyata nəzər saldı . == Karyera == Hiltonun ilk romanı Ketrin Özü hələ bakalavr ikən 1920-ci ildə nəşr olunub. Sonrakı 11 il onun üçün çətin keçdi və 1931-ci ilə qədər "Və indi əlvida" romanı ilə uğur qazandı . Bundan sonra onun bir neçə kitabı beynəlxalq bestsellerlər oldu və uğurlu film adaptasiyalarına ilham verdi, xüsusən də Hawthornden Mükafatını qazanan Lost Horizon (1933) ; Əlvida, cənab Çips (1934); və Təsadüfi Məhsul (1941). Bundan sonra o, yazmağa davam etdi, lakin əsərlər onun daha yaxşı tanınan romanları ilə eyni keyfiyyətdə sayılmadı. Hiltonun kitabları bəzən ingilis fəzilətlərinin sentimental və idealist qeydləri kimi xarakterizə olunur.
Banqkok Hilton
"Banqkok Hilton" (ing. «Bangkok Hilton») 1989-cu ildə Ken Kemeron tərəfindən çəkilmiş altı seriyalı televiziya bədii filmidir. Baş rollarda Nikol Kidman, Denholm Elliott və Hyuqo Uivinq. Serialın şüarı: "Uşaqlıq əsarətindən onu həbsxana gözləyir" (ing. «From the captivity of her childhood, the ultimate prison awaits»). == Süjet == 1960-cı illər, Avstraliyanın Sidney şəhəri. Orta yaşlı ingilis hüquqşünas Qrem Qrin varlı torpaq sahibləri Folkner ailəsi ilə tanış olur. Onunla ailənin qızı Ketrin Folkner arasında hisslər yaranır, sevgililər gecəni birlikdə keçirirlər. Lakin tezliklə Britaniyanın “ The Daily Telegraph ” qəzetinin sayında general “Dunkerk aslanı” Anqus Stentonun ölümü ilə bağlı xəbər və onun oğlu hər kəsin Qrem Qrini kimi tanıdığı Haroldun fotoşəkili dərc olunur. Məlum olub ki, 1945-ci ilin avqustunda, İkinci Dünya Müharibəsinin sonunda hərbi əsir və Banqkok Hilton həbsxanasının əsiri olan Harold Stenton yaponlara tunel qazan yoldaşları üçün qaçış planı verib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2006 •••••••••••••••••••• 0.68

Oxşar sözlər

#hilt nədir? #hilt sözünün mənası #hilt nə deməkdir? #hilt sözünün izahı #hilt sözünün yazılışı #hilt necə yazılır? #hilt sözünün düzgün yazılışı #hilt leksik mənası #hilt sözünün sinonimi #hilt sözünün yaxın mənalı sözlər #hilt sözünün əks mənası #hilt sözünün etimologiyası #hilt sözünün orfoqrafiyası #hilt rusca #hilt inglisça #hilt fransızca #hilt sözünün istifadəsi #sözlük