Paul fon Hindenburq
Paul fon Hindenburq (alm. Paul Ludwig Hans Anton von Beneckendorff und von Hindenburg; 2 oktyabr 1847[…] – 2 avqust 1934[…], Oqrodzenets[d], Üçüncü Reyx) — alman hərbi və siyasi xadimi, Almaniya İmperiyasının general-feldmarşalı (1914), Veymar Respublikasının 2-ci prezidenti (1925-1934). Birinci dünya müharibəsi dövründə Şərq cəbhəsində Rusiyaya qarşı aparılan hərbi əməliyyatlara rəhbərlik etmiş (1914-1916), 1916-1919-cu illərdə Baş Qərargah rəisi olmuşdur.