Hindist sözü azərbaycan dilində

Hindist

Yazılış

  • Hindist • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2011-ci il Hindistan iğtişaşları
2011-ci il Hindistan iğtişaşları — Şərq ölkələrinin əksəriyyətini bürümüş etiraz hərəkatının tərkib hissəsidir. 2011-ci ilin fevral ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərinin küçələrinə 100 mindən çox insan axışıb. Onlar işsizliyin və ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısının alınmasını tələb edirlər. Bu, yüksək vəzifəli hökumət məmurlarının korrupsiya qalmaqalında adlarının hallanması fonunda son illər Hindistanda hökumət əleyhinə keçirilən ən böyük kütləvi aksiyadır.
2019 Hindistan-Pakistan münaqişəsi
2019 Hindistan-Pakistan Münaqişəsi - Kəşmirdə 2019-ci ildə baş verən və davam edən münaqişədir. Uzun müddətli Hindistan-Pakistan münaqişəsinin bir hissəsidir. == Hadisələrin gedişatı == Hindistanın mübahisəli Kəşmir bölgəsində Pulvamedə polisin 14 fevral 2019-cu ildə islamçı qruplaşmasının hücumuna məruz qalması münaqişənin başlanmasına səbəb oldu. Hücum nəticəsində Hindistan polisinin mərkəzi ehtiyatı güclərinin 45 əməkdaşı həlak oldu. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir. Bununla əlaqədar İslamabad və Nyu-Delhidəki səfirlər məsləhətləşmələr üçün qarşılıqlı şəkildə geri çağırılıb.26 fevral 2019-cu ildə Hindistan Hərbi Hava Qüvvələri 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi mübahisəli Kəşmir bölgəsində Pakistanın nəzarəti altında olan ərazilərə 1000 kiloqrama qədər bomba atıldığını iddia edib. Hindistanın məlumatına görə, hücumun gedişatında təxminən 350 döyüşçü öldürülüb. Lakin Pakistanın yaydığı kadrlarda bombaların meşədə boş əraziyə düşdüyü və heç kimin zərər görmədiyi göstərilirdi. 27 fevral səhər saatlarında Hindistan HHQ-nin iki təyyarəsi Pakistan silahlı qüvvələri tərəfindən Kəşmir rayonunda vurulub və nəticədə iki hindistanlı pilot Pakistanda həbs edilib.
Asiya və ya Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsada, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Aud (Hindistan)
Aud(Avadh, Audh; hind अवध, Awadh, Oudh) — Hindistanın şimalında tarixi əyalət. == Tarixi == Bu əyalət öz adını qədim Koşala dövlətinin paytaxtı Ayodhyadan alıb. Böyük Moğol İmperiyası dönəmində Aud bir söbə idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığını yaratdı. Bu nəvvablıq XVIII-XIX əsrlərdə iqtidarda oldu. == Coğrafiyası == Bu tarixi əyalət Hindistanın şimalında qərar tutan müasir Uttar Pradeş ştatında yerləşirdi.
Azərbaycan-Hindistan futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Hindistan münasibətləri
Azərbaycan–Hindistan münasibətləri — Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Münasibətlərin tarixi == 1991-ci il dekabrın 26-da Hindistan Respublikası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 28-də qurulmuşdur. Diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, sonrakı illər ərzində bu iki ölkə arasında əlaqələrin inkişafı yalnız beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqla kifayətlənmişdir. Qeyd etmək lazımdır ki, BMT-də Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan Respublikası 1996 – 1999-cu illərdə Azərbaycanın lehinə səs vermiş, 2000 – 2004-cü illərdə isə bitərəf qalmışdır. 2004-cü ilin sonuncu rübündə Azərbaycan Respublikasının Hindistanda səfirliyinin açılması iki ölkə arasında mövcud olan diplomatik əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə zəmin yaratmışdır. İkitərəfli əlaqələrə toxunduqda qeyd etmək lazımdır ki, Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olmuşdur. Eyni zamanda Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilmişdir. Bu səfərlər içərisində Hindistanın Neft və Təbii qaz Nazirinin səfəri diqqəti cəlb edir. Hindistanlı nazir səfər zamanı ölkəsinin Azərbaycanda energetika sahəsində həyata keçirilən layihələrdə iştirak etmək niyyətində olduğunu bildirmiş, hindistanlı iş adamlarının Azərbaycanda neft-qaz sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını vurğulamışdır.
Birinci Hindistan-Pakistan müharibəsi
Hindistan-Pakistan müharibəsi — 21 oktyabr 1947 – 31 dekabr 1948 — Britaniya Hindistanı bölüşdürüldükdən sonra Hindistan və Pakistan arasında baş vermiş silahlı münaqişə. Münaqişənin səbəbi Cammu və Kəşmir ştatının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya Hindistanının bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar Kəşmirin Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər. == Müharibə ərəfəsində Hindistanda vəziyyət == 1815-ci ilədək müasir dövrdə Cammu və Kəşmir kimi tanınan ərazidə 22 kiçik knyazlıq (16 hind və 6 müsəlman knyazlığı) mövcud idi, onların bir hissəsi Əfqanıstan əmirinin nəzarəti altında idi. Hind knyazlıqları imperator Əkbərin dövründən Böyük Moğol imperiyasının vassalları olan racput knyazları tərəfindən idarə olunurdu. Böyük Moğol imperiyasının süqutundan sonra və qurkların dağlıq knyazlıqlara basqınından sonra onlar sinqlərin hökmdarı Rancit Sinqin hakimiyyəti altına düşdü. == Hindistanın bölüşdürülməsi == Böyük Britaniyanın Hindistan knyazlıqları üzərində hökmranlığının başa çatması yerli əhalinin seçmək, knyazlıqların Hindistana və ya Pakistana birləşmək və ya öz müstəqilliyini elan etmək hüququnun tanınması ilə müşayət olunurdu. Britaniya qoşunları Hindistanı hələ tamamilə tərk edənədək Cammu və Kəşmir knyazlığının hakimi Hindistanın və Pakistanın təkidi ilə yeni yaranmış bu iki dövlətdən birini seçməli idi. == Müharibənin mərhələləri == === Birinci mərhələ. Müdaxilənin başlanması === Pakistan knyazlıqların şimal hissəsini Azad Cammu və Kəşmir adı ilə öz ərazisi elan etdi və buraya qoşunlarını yeritdi.
Britaniya Hindistanı
Britaniya Hindistanı (ing. British Raj) — Cənubi Asiyada (indiki Hindistan, Pakistan, Banqladeş,Myanma,Seylon) XVIII əsrin ortalarından 1858-ci ilədək Ost-Hind şirkətinin, sonra isə 1947-ci ilədək Britaniya imperiyasının hakimiyyətində olan ərazi. == Tarixi == Britaniya Hindistanının tərkibinə 1796–1802-ci illərdə Seylon (indiki Şri-Lanka); 1826, 1852 və 1885-ci illərdə ərazisinin tədricən işğalı nəticəsində 1935-ci ilədək Birma (indiki Myanma); 1839–1937-ci illərdə Ədən; 1811–1814-cü illərdə Yava; Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkləri (Streyts-Setlments, 1826–1867) daxil edilirdi. 1858-ci ildə Ost-Hind şirkəti ləğv edildi və Britaniya Hindistanı biləvasitə Böyük Britaniya kraliçası Viktoriyaya tabe oldu. 1876-cı ildə Viktoriya Hindistanın imperatriçəsi elan edildi. Britaniya Hindistanı Londondakı Hindistan məsələləri üzrə stats-katib (nazir) və Kəlkətədəki (1911-ci ildən Dehlidəki) general-qubernator (vitse-kral) tərəfindən idarə olunurdu. O, müstəqil dövlətin bəzi atributlarına (hökumət, büdcə, ordu) və Qanunverici məclisə (1919-cu ildən) malik idi. Britaniya Hindistanının bütün sakinlərinin irqindən, milliyətindən, və dinindən asılı olmayaraq idarəçilikdə və məhkəmədə bərabərliyi rəsmən elan edilirdi. Britaniya Hindistanı 1919–1946-cı illərdə Millətlər Cəmiyyətinin üzvü olmuşdur. == Britanya hindistanın parçalanışı və birləşmiş krallıq hakimyətinin sonu == Birləşmiş krallıq 2-ci dünya muharibəsindən sonra koloniyasının dəstəyi üçün azadlığı üçün söz vermişdi Britanya hindistanında üsyanlar baş verirdi bunların hamısı sepoylar yəni birləşmiş krallıqa xidmət edən əsgərlər tərəfindən bastırıldı bruma və seylon isə britanya hindistanının hakimyətində deyildi 1947-ci ilin 15 avqustunda isə hindistan müsəlman və hind əhali olmaq üzrə 2-yə ayrıldı müsəlmanları çox olduğu yer pakistan və şərqi pakistan (1971)qədər yəni banqladeş hind əhali isə hindistan dövlətini qurdular hindistanda azadlıq uğrunda mübarizədə iki şəxs vardı Məhəmməd Əli Cinnah (müsəlman azadlıq hərəkatçısı) və Mahatma Qandi (hind hərəkat başçısı) 1947 ci ilin 15 avqust bölnməsindən 3 il sonra 1950-ci ildə respublika elan olunur və dominyonluğ ləvğ edilir bruma və ya Myanma əyaləti isə birləşmiş kralıqa bağlı əyalətdi 1948-ci ildə müstəqil olur və həmin il seylonda müstəqil olur belləlikl Britanya hakimyəti sona çatır amma indi myanmar xaric hamısı Millətlər Birliyinə üzv olur.
Butan–Hindistan münasibətləri
Hindistan–Butan münasibətləri — Hindistan və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında münasibətlər olduqca yaxın olmuşdur. 1947-ci ildə Hindistan Britaniya imperiyasından ayrıldıqdan sonra Butan üzərində suverenlik əldə edir. O dövrə nisbətdə çox şey dəyişsə də, Hindistan hazırda da Butanın xarici siyasəyinə, müdafiəsinə və ticarətinə təsir etmək gücünə malikdir. Hindistan iqtisadi, siyasi və mədəıni sahələrdə Butanın əsas həmkarıdır. Hindistan üzərinə xarici ticarətin böyük hissəsi düşür. hindistan vətəndaşları asanlıqkla Butanı ziyarət edə bilirlər. Ancaq digər ölkələrin vətəndaşları butanı demək olar ki, ziyarət edə bilmirlər. Bir çox butanlı hind univertrsitetini bitirmişdir. Hərbi sahədə də Hindistan Butanı dəstəkləyir.
Bütün Hindistan Müsəlman Liqası
Bütün Hindistan Müsəlman Liqası— Britaniya Hindistan imperiyasında 20-ci əsrin ilk illərində yaranmış siyasi partiya. Ayrıca müsəlman əhaliyə sahib milli dövlət-Pakistanın yaradılması üçün onun güclü təbliğatı Britaniya İmperiyası tərəfindən uğurla 1947-ci ildə Hindistanın parçalanmasına gətirib çıxardı. Partiya Aliqarx Müsəlman Universitetində ədəbi hərəkat kimi yaranmışdı. Partiyada mərkəzi xadim Seyid Əhməd Xan idi.
Bütün Hindistan Ot Kökləri Konqres Partiyası
Cartoon Network (Hindistan)
Cartoon Network Hindistan — AT&T-nin rəhbərliyi ilə Warner Media beynəlxalq yayım şəbəkəsi altında yayımlanan Hindistanın rəqəmsal peyk və kabel televiziya kanalı. 1 may 1995-ci il tarixində yayıma başlayan telekanal, Hindistanda fəaliyyət göstərən ilk uşaq telekanalıdır. Kanalın baş qərargahı Mumbay, Maharaştradır. 2020-ci ilin oktyabr ayına kimi CN tamaşaçı statistikasına görə Hindistanda yeddinci sırada, ən çox izlənən uşaq kanalı olmuşdur. == Tarixçə == Cartoon Network Hindistanda 1 may 1995-ci ildə fəaliyyətə başlamış ilk uşaq telekanalıdır. Yayım ilk öncə, Turner Classic Movies-in səhər 05:30-dan axşam 05:30-a kimi (sonralar, 09:00) yayımlanan proqramlarından ibarət idi. CN 1 iyul 2001-ci ildə 24 saatlıq bir kanal kimi yayımına davam etmişdir.Orijinal yayım Ayı Yoqi Şou, Top Ket, Çaxmaqdaşlar və Skubi-Du kimi Hanna-Barbera cizgi filmlərindən ibarət idi. Kanal sürətlə inkişaf etməyə başladı və 1996-cı ildə ilk dəfə MGM cizgi filmlərini (Tom və Cerri, Drupi və Spayk və Tayk) yayımladı və (Time Warner-in Turneri 1996-cı ildə satın aldıqdan sonra) Warner Bros. şoularını 1997-ci ildə (Looney Tunes və digər Looney Tunes ilə əlaqəli cizgi filmləri) yayımlamağa başladı. 1998-ci ildə Cartoon Network ilk orijinal şouları olan Space Ghost Coast to Cost və The Moxy Show-u yayımladı.
Ceren Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. == Həyatı == Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . == Filmoqrafiyası == 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Cərən Hindistan
Ceren Hindistan — Türkiyəli aktrisa. == Həyatı == Cərən Hindistan 1989-cu ildə fevralın 27-də Ankarada anadan olub . Orta təhsillidir - Anadolu Otelçilik və Türizm Peşə Litseyi məzunudur . == Filmoqrafiyası == 2013 - Firuze | Firuze rolunda 2013 - Muhteşem Yüzyıl | Ahsen Hatun rolunda 2012 - Babalar ve Evlatlar | Zeynep rolunda 2009 - Sakarya Fırat | Nihan Tekintaş rolunda 2008 - Baba Ocağı | İsmet rolunda 2007 - Sənin uğrunda | Serpil rolunda 2007 - Fədai | Ceyda rolunda 2007 - En iyi arkadaşım | hangi rolde olduğu bilinmiyor, son 2 bölüm yani 56. bölüm ve 57.
Danimarka Qərbi Hindistanı
Danimarka Qərbi Hindistanı (dan. Dansk Vestindien) — Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını və yaxınlıqdakı bir sıra adaları əhatə edən Kiçik Antil adaları arxipelağında Danimarka koloniyası. Koloniya, Danimarkanın bir Qərbi Hindistan şirkəti tərəfindən 1672-ci ildə quruldu. 1755-ci ildə şirkət milliləşdirildi. Afrikadan adalara kölələr əkinlərdə işləmək üçün gətirildi, lakin 1792-ci ildə Danimarka hökuməti kölə ticarətini qadağan etdi və 1848-ci ildə köləlik ləğv edildi. 19-cu əsrin ikinci yarısında adaların Amerika Birləşmiş Ştatlarına satılması ilə bağlı müzakirələr başladı, lakin bu müqavilə Ştatlarda başlayan vətəndaş müharibəsi ilə qarşısı alındı. Birinci Dünya müharibəsinin başlamasından sonra, adaların Almaniya tərəfindən işğalı təhlükəsi var idi. 1917-ci ildə adalar 25 milyon dollara ABŞ-yə satıldı. Birləşmiş Ştatların bir hissəsi olaraq, Danimarka Qərbi Hindistanına ABŞ Vircin adaları adı verildi. == Coğrafiyası == Danimarka Qərbi Hindistanını təşkil edən adalar Puerto-Rikodan 60 kilometr şərqdə yerləşir.
Ermənistan–Hindistan münasibətləri
Hindistan—Ermənistan münasibətləri — Hindistan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == === Orta əsrlər tarixi === Moğol İmperatoru Əkbər şah (1556-1605) XVI əsrdə erməniləri Aqrada yerləşməyə dəvət edir. XIX əsrin ortalarında Hindistanda xeyli sayda erməni yaşayırdı. Erməni tacirlər Moğol İmperiyası dövründə Aqranı ziyarət etmişlər. Əkbər ermənilərə bir neçə imtiyaz, xeyli etiqad azadlığı və hökumətdə işləmək imkanı vermişdi. Əkbərin həyat ypldaşlarından biri olan Məryəm Zamani Bequm erməni idi. İmperator fərmanı ilə erməni tacirlər idxal etdikləri və ixrac etdikləri mallara görə vergi ödəməkdən azad edilmişdi. Moğol İmperiyası ərazilərində xaricilərin girişinin qadağan olunduğu ərazilərdə hərəkət etmələrinə icazə verilirdi. 1562-ci ildə Aqrada bir erməni kilsəsi tikildi. XVI əsrdən başlayaraq ermənilər (əksəriyyəti İrandan olanlar), Hindistanın qərb sahilində yerləşən dövrün ən fəal Hindistan limanı olan Suratda əhəmiyyətli bir ticarət birliyi qurmuşdular.
Fayzabad (Hindistan)
Feyzabad(hind फ़ैज़ाबाद, urdu فیض آباد, ing. Faizabad) — Hindistanın Uttar Pradeş ştatında şəhər. Eyni adlı dairənin mərkəzi. Fayzabad (hind dilində:फ़ैज़ाबाद, urdu dilində:فیض آباد, ingilis dilində:Faizabad) — Hindistanın Uttar-Pradeş ştatının şimal-şərqində şəhər. Eyni adlı dairənin inzibati mərkəzi. == Coğrafiya və iqlimi == Fayzabad şəhəri Laknaudan 128 km şərqdə, Allahabaddan 165 km şimalda, Varanasidən 200 km şimal-qərbdə, Qxaqxra şayının sahilində yerləşir. Dəniz səviyyəsindən 96 metr yüksəklikdə yerləşir.. Ən isti ayları - aprel ayından iyun ayınadək olan dövrdür (orta aylıq və maksimum temperatur 36 °C -dən 42 °C - yədəkdir. Ən soyuq ayları dekabr və yanvar aylarıdır (orta və minimum temperatur 6 °C -dən 7 °C - yədəkdir. Yağıntı mövsümü iyul ayından sentyabr ayınadək davam edir.
Feyzabad (Hindistan)
Feyzabad(hind फ़ैज़ाबाद, urdu فیض آباد, ing. Faizabad) — Hindistanın Uttar Pradeş ştatında şəhər. Eyni adlı dairənin mərkəzi. Fayzabad (hind dilində:फ़ैज़ाबाद, urdu dilində:فیض آباد, ingilis dilində:Faizabad) — Hindistanın Uttar-Pradeş ştatının şimal-şərqində şəhər. Eyni adlı dairənin inzibati mərkəzi. == Coğrafiya və iqlimi == Fayzabad şəhəri Laknaudan 128 km şərqdə, Allahabaddan 165 km şimalda, Varanasidən 200 km şimal-qərbdə, Qxaqxra şayının sahilində yerləşir. Dəniz səviyyəsindən 96 metr yüksəklikdə yerləşir.. Ən isti ayları - aprel ayından iyun ayınadək olan dövrdür (orta aylıq və maksimum temperatur 36 °C -dən 42 °C - yədəkdir. Ən soyuq ayları dekabr və yanvar aylarıdır (orta və minimum temperatur 6 °C -dən 7 °C - yədəkdir. Yağıntı mövsümü iyul ayından sentyabr ayınadək davam edir.
Futbol üzrə Hindistan çempionatının qaliblərinin siyahısı
Gürcüstan–Hindistan münasibətləri
Hindistan–Gürcüstan münasibətləri — Hindistan və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. Gürcüstan Nyu-Dehlidə səfirliyə sahibdir. Hindistanın İrəvanda yerləşən səfirliyi həm də gürcüstanda akreditə olunmuşdur. == Tarixi == Gürcü və hind xalqları arasında əlaqələr hələ qədim zamanlardan mövcud olmuşdur. Bunu gürcü xalq əfsanələrindən görmək mümkündüre. Əsasəndə Pançatantra təsiri böyükdür. Orta əsrlərdə gürcü missionerləri, səyyahları və tacirlərinin Hindistana səfəri məlumdur. Gürcülərin hətta Böyük Moğol İmperiyası saraylarında xidmət etmələri də məlumdur. Udaypuri Bequn Böyük Moğollar imperiyasının imperatoru Sultan Övrəngzebin həyat yoldaşı idi. gürcü kökləreə sahib idi.
Heydərabad (Hindistan)
Heydәrabad — Hindistanda şəhər.
Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır. == Mövsümi bayramlar == Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər.
Hindistan bayrağı
Hindistan bayrağı — Hindistanın Dövlət bayrağı. 22 iyul 1947-ci ildə qəbul olunmuşdur. Narıncı rəng cəsarəti və fədakarlığı, ağ rəng sülh və dürüstlüyü, yaşıl rəng qəhrəmanlıq və sədaqəti təmsil edir. Bayrağın ortasındakı dairəvi simvol isə Buddizm inancındakı Çakra'dır.
Hindistan bəbiri
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Hindistan bəzəklicəsi
Hindistan bəzəklicəsi, Bəzəkli çökükburun (lat. Vanellus indicus) — bibikinə cinsinə aid quş növü.

"hindist" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hindist nədir? #hindist sözünün mənası #hindist nə deməkdir? #hindist sözünün izahı #hindist sözünün yazılışı #hindist necə yazılır? #hindist sözünün düzgün yazılışı #hindist leksik mənası #hindist sözünün sinonimi #hindist sözünün yaxın mənalı sözlər #hindist sözünün əks mənası #hindist sözünün etimologiyası #hindist sözünün orfoqrafiyası #hindist rusca #hindist inglisça #hindist fransızca #hindist sözünün istifadəsi #sözlük