hinduşka sözü azərbaycan dilində

hinduşka

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hinduşka • 72.0930%
  • Hinduşka • 25.5814%
  • HİNDUŞKA • 2.3256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hinduşka
Hind quşu (lat. Meleagris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. 2 növü var. Əhliləşdirilmişdir. Normal inkişaf etmiş fərdin kütləsi 12-16 kq, bədəninin uzunluğu isə 100-110 sm-ə qədər olur. Hind toyuğu Azərbaycana 1730-cu ildə İspaniyadan gətirilmişdir. Bu quşa İrandakı azərbaycanlılar və həmçinin qaşqaylar "Həştərxan quşu" da deyir. Ehtimal olunur ki, bu quş Cənubi Azərbaycana ilk dəfə Xəzər dənizinin şimalında olan Həştərxan şəhərindən gəldiyinə görə bu adla tanınmışdır. Bu quşa ingilis dilində "Turkey" deyilir. Ehtimal ki, bu quş ilk dəfə Türkiyədən qərb ölkələrinə getdiyinə görə bu adla tanınmışdır.
Adi hinduşka

hinduşka sözünün leksik mənası və izahı

  • 1 is. [rus.] Qırqovul ailəsinə mənsub ətlik iri ev quşu; loş. Hinduşka əti. Hinduşka ferması. – Gülsəhər Müşgünazgilin qapısını döyəndə həyətdəki qazlar çığırışdı, hinduşkalar bərkdən səs elədi. Ə.Vəliyev. Gözünü yumub qulaq asırsan, gah elə bilirsən otağa bir sürü xoruz-toyuq dolub, gah da sənə elə gəlir ki, ətrafında qaz, ördək, hinduşka gəzir. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / hinduşka

hinduşka sözünün etimologiyası

  • 1 “Hind quşu” deməkdir. Farslar ona “filquşu” (pilmorğ) deyirlər. Görünür, böyük olduğu üçün belə adlandırılıb. Həm də xortumları arasında oxşarlıq var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / hinduşka

hinduşka sözünün sinonimləri (yaxın mənalı sözlər)

hinduşka sözünün rus dilinə tərcüməsi

hinduşka sözünün inglis dilinə tərcüməsi

hinduşka sözünün fransız dilinə tərcüməsi

hinduşka sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [rus.] сущ. уьндуьшка, аштерхан, биби, лушка; // уьндуьшкадин (мес. як, кака); // уьндуьшкаяр хуьдай, уьндуьшкайрин (мес. ферма).

    Azərbaycanca-ləzgicə lüğəti / hinduşka

hinduşka sözünün türk dilinə tərcüməsi

"hinduşka" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hinduşka nədir? #hinduşka sözünün mənası #hinduşka nə deməkdir? #hinduşka sözünün izahı #hinduşka sözünün yazılışı #hinduşka necə yazılır? #hinduşka sözünün düzgün yazılışı #hinduşka leksik mənası #hinduşka sözünün sinonimi #hinduşka sözünün yaxın mənalı sözlər #hinduşka sözünün əks mənası #hinduşka sözünün etimologiyası #hinduşka sözünün orfoqrafiyası #hinduşka rusca #hinduşka inglisça #hinduşka fransızca #hinduşka sözünün istifadəsi #sözlük