* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 185.01 |
2003 | •••• | 172.04 |
2004 | ••• | 114.88 |
2005 | •••• | 155.20 |
2006 | •• | 85.82 |
2007 | •• | 86.05 |
2008 | •• | 80.15 |
2009 | ••• | 113.59 |
2010 | ••• | 118.01 |
2011 | ••• | 130.23 |
2012 | •••• | 138.54 |
2013 | ••••• | 174.61 |
2014 | •••• | 164.75 |
2015 | ••• | 117.04 |
2016 | ••• | 100.83 |
2017 | ••• | 102.59 |
2018 | •• | 84.95 |
2019 | ••• | 123.65 |
2020 | •••• | 137.12 |
1 is. [ər.] 1. bax duyğu. [Rüstəm bəy Sofya xanıma:] Hiss təbiət zəkasının təzahürüdür, təbiət istədiyini hiss vasitəsilə görür. Çəmənzəminli. Səbrlə, tədbirlə ölçüb-biçmədən; Ağla güvənmədik, hissə güvəndik. B.Vahabzadə. Görən doğrudanmı insan qəlbinin; İncə hisslərinə toxunmur şeir? M.Araz. □ Hiss etmək – bax duymaq. Aclıq hiss etmək. – Əri Cavad tamam qışı xəstə yatıb, indi isə qıçlarında bir qədər qüvvət hiss edib dedi… Ə.Haqverdiyev. [Əminə:] Heyrətindən şillənin ağrı-acısını belə hiss etmədi. Ə.Əbülhəsən. 2. məc. Sevgi, məhəbbət. Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil, o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən. 3. Öz duyğuları, təəssüratı əsasında bir şeyi apaydın, həssaslıqla qavrama, dərketmə bacarığı. Gözəllik hissi. – Güman olunmasın ki, Münəvvər xanımda qadınlara xas olan qısqanclıq hissi zəif idi. Mir Cəlal. □ Hissə qapılmaq – bax hissiyyata qapılmaq (“hissiyyat”da). Şirzad hissə qapılan, yəni, Salmanın dediyi kimi, qəlbən şair idi. Hissə qapılanda da ürəyi yaz səhərinin üfüqləri kimi açılırdı. M.İbrahimov. [Səlim:] Hissə qapılmaq məndə də var, Zərnişan! B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / hiss3 HİSS [Cövdət:] Səbir elə, qoy bir müddət keçsin, o hisslərdən uzaqlaşsın, baxarıq (H.Abbaszadə); DUYĞU Səlimə: Öz duyğularımızı bir məhbus kimi çox zaman qapalı saxlamağa bizi məcbur edən nədir? (İ.Əfəndiyev); HİSSİYYAT Kamal: Hissiyyatı tərbiyə edən, insanlarda eşq və ümid doğuran şairlərimizdir (A.Şaiq); İNSTİNKT Müslim qorxulu yuxular aləmindən sərt, amansız instinktlər aləminə daxil olurdu (Ə.Yusifoğlu).
Azərbaycan dilinin sinonimlər lüğəti / hiss2 сущ. чувство: 1. способность ощущать, воспринимать явления объективной действительности. Hiss üzvləri органы чувств 2. психофизическое ощущение, испытываемое человеком. Qorxu hissi чувство страха, ağrı hissi чувство боли 3. внутреннее психическое состояние человека, его душевное переживание. Öz hisslərini gizlətmək скрывать свои чувства, qısqanclıq hissi чувство ревности, tənhalıq hissi чувство одиночества, peşmançılıq hissi чувство раскаяния, həya hissi чувство стыда, qəzəb hissi чувство гнева, xoş hisslər добрые чувства, analıq hissi материнское чувство 4. способность переживать, отзываться душой на жизненные впечатления. Hissləri qaynayır (coşur) чувства кипят в нём, hissləri soyuyub чувства его охладели 5. интуитивное понимание значения чего-л. Yenilik hissi чувство нового 6. осознание своего отношения к другим, своей связи с ними, общественного положения. Məsuliyyət hissi чувство ответственности, yoldaşlıq hissi чувство товарищества, minnətdarlıq hissi чувство признательности, kollektivçilik hissi чувство коллективизма, mənlik (şəxsi ləyaqət) hissi чувство собственного достоинства, qürur hissi чувство гордости 7. любовь, испытываемая кем-л. к кому-л. Məhəbbət hissi чувство любви, hisslərini bildirmək объявить свои чувства кому-л.; hiss etmək чувствовать, почувствовать: 1. воспринимать, воспринять органами чувств. Aclıq hiss etmək чувствовать голод 2. воспринимать, воспринять сознанием, понимать, понять, осознавать, осознать. Dərindən hiss etmək глубоко чувствовать, özünü pis hiss etmək чувствовать себя плохо; özünüzü necə hiss edirsiniz? как вы себя чувствуете?; hiss etdirmək kimə давать, дать почувствовать; давать, дать понять; показывать, показать вид; hiss edilmək чувствоваться, ощущаться; hiss olunmaq см. hiss edilmək; hiss oyatmaq kimdə вызвать чувства у кого; hissə qapılmaq см. hissiyyata qapılmaq; давать волю чувствам; hisslərinə toxunmaq kimin задевать, задеть чувства чьи; hisslərini boğmaq бороться с самим собой, со своими чувствами, подавлять, подавить свои чувства
Azərbaycanca-rusca lüğət / hiss1 I. i. (müxt. mənalarda) sense; feeling; beş ~ the five senses; eşitmə ~i sense of hearing; görmə ~i sense of sight; iybilmə ~i sense of smell; dadbilmə ~i sense of taste; ləmsə ~i sense of touch; məsuliyyət ~i sense of responsibility; yumor ~i sense of humour; vəzifə ~i sense of duty; şərəf ~i sense of honour; razılıq ~i sense / feeling of satisfaction; ağrı ~i sense / feeling of pain; iftixar ~i feeling of pride; gözəllik ~i sense of beauty; yenilik ~i sense of the new; ~ etmək to feel* (d.); to have a sensation (of); aclıq ~ etmək to feel* hungry; yorğunluq ~ etmək to feel* tired; yaxşı / pis ~ etmək to feel* better / worse; özünü günahkar ~ etmək to feel* guilty, to feel* one’s guilt; ~ olunmaq to be* felt / observed; ~ini itirmək to fall* insensible, to faint (away); şair. to swoon II. s.: ~ orqanları organs of sense
Azərbaycanca-ingiliscə lüğət / hiss1 is. sens \-s\] m ; sentiment m ; sensation f ; feeling m ; iybilmə ~i sens olfactif ; dadbilmə ~i sens gustatif ; məsuliyyət ~i sens des responsabilités ; gözəllik ~i sentiment du beau ; ~ etmək sentir vt ; comprendre vt ; éprouver vt ; avoir la sensation de
Azərbaycanca-fransızca lüğət / hiss1 [ər.] сущ. 1. кил. duyğu; hiss etmək кил. duymaq; 2. гьисс; qorxu hissi кичӀевилин гьисс; qısqanclıq hissi гъайравилин гьисс; // hissə qapılmaq кил. hissiyyat (hissiyyata qapılmaq); 3. пер. ашкъи, кӀанивал, муьгьуьббат).
Azərbaycanca-ləzgicə lüğəti / hiss\ – Xəbərdarlığı almaq qabiliyyəti. Əsas hiss orqanları olan görmək, eşitmək, dadmaq, qoxu bilmək və toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın ətraf gerçəkliyə \ və özünə münasibətini hiss etməsi, yanaşması.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. duyğu. Hissi-qəbləlvüqu’ qabaqcadan hiss etmə, duyma; ürəyə damma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti