hissəciklər sözü azərbaycan dilində

hissəciklər

Yazılış

  • hissəciklər • 97.9730%
  • Hissəciklər • 2.0270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Elementar hissəciklər
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. == Elementar hissəciklərin təsnifatı == Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar. Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur.
Fundamental hissəciklər

Hissəciklər fizikası
Hissəciklər fizikası- maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir. Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır. == Tarix == Bütün maddələrin əsaslı şəkildə elementar hissəciklərdən ibarət olduğu fikri ən azı 6-cı əsrə aiddir. 19-cu əsrdə John Dalton, stoiometriya üzərində apardığı işlər nəticəsində təbiətin hər bir elementinin tək, bənzərsiz bir hissəcikdən ibarət olduğu qənaətinə gəldi. Əvvəlcə atom (yunanca atomos- bölünməz) tapıldı. Daha sonra isə atomlar üzərində işlənərək kimyəvi elemet anlayışı fizikaya əlavə olundu. Lakin fiziklər tezliklə atomun bölünməz olmadığı, əslində atomun özünün də elektron kimi kiçik hissəciklərdən ibarət olduğu qənaətinə gəldilər.

"hissəciklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hissəciklər nədir? #hissəciklər sözünün mənası #hissəciklər nə deməkdir? #hissəciklər sözünün izahı #hissəciklər sözünün yazılışı #hissəciklər necə yazılır? #hissəciklər sözünün düzgün yazılışı #hissəciklər leksik mənası #hissəciklər sözünün sinonimi #hissəciklər sözünün yaxın mənalı sözlər #hissəciklər sözünün əks mənası #hissəciklər sözünün etimologiyası #hissəciklər sözünün orfoqrafiyası #hissəciklər rusca #hissəciklər inglisça #hissəciklər fransızca #hissəciklər sözünün istifadəsi #sözlük