Dəri və əzələ hissiyyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar.
Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur.
Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir.
Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.