Hitlerin sözü azərbaycan dilində

Hitlerin

Yazılış

  • Hitlerin • 99.5043%
  • hitlerin • 0.4957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hitlerin Qlobusu
Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf Hitler və Nasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir. İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır. == Mənbə == Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır. Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir.
Hitlerin gündəlikləri
"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher‎) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə. "Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı. Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır. Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.
Adolf Hitlerin rəsmləri
İkinci Dünya Müharibəsi əsnasında və sonraki illərdə Almanyadaki Nazi Partiyasına rəhbərlik edən Adolf Hitler həmçinin bir rəssam idi. O, Vyana dövrü əsnasında (1908–13) yüzlərlə əsər yaradıb və dolanışığını təmin etmək üçün rəsmlərini və poçt kartlarını satırdı. Onun bir çox rəsm əsərləri İkinci Dünya müharibəsindən sonra bərpa edildi və on minlərlə dollarlıq hərraclarda satıldı. == Hitlerin tərzi və təsirləri == Hitlerin tərzi onun əsərlərində memarlığı təmsil edərkən çoxlu hesablanmışdır. Bəddi təsirində ilərləmək yerinə, əsərləri 19-cu əsrin və ondan əvvəlki rəssamları yamsılayırdı. O əsərlərinin bir çox rəssamlıq cərəyanların sintezi olduğunu iddia edirdi ancaq, Yunan-Roma klasisizmindən, İtalyan Renesansından və Noklasisizmdən çəkirdi. O, bu cərəyanların rəssamlarının texniki qabiliyyətini, eləcə də başa düşülən simvolizmi sevirdi. O, Rudolf von Altı ən yaxşı müəllimi adlandırırdı. Hər ikisinin rəsm əsərlərində oxşar mövzu və rəng tədbiqləri müşahidə olunsa da Alt cəlb edici mənzərələr sərgiləyən təbiət və ətraf mühitə memarlıqdan çox olmasa da eyni dərəcədə əhəmiyyət verirdi. == Tarixi == === Rəssamlıq ambisyası === Hitler avtobioqrafiq əsəri olan Mein Kampfda gəncliyində necə peşəkar rəssam olmaq istəməsindən lakin, Vyana İncəsənət Akademiyasına girə bilməyib xəyalarının puça çıxmasından danışır.
Adolf Hitlerin Ölümü
Adolf Hitler 30 aprel 1945-ci il, Bazar ertəsi günü, saat 15:10 - 15.15 arasında (15:25 - 15:30 arasında, sovet KİV-inə görə), Berlində yerləşən fürerbunkerdə (təxminən bu vaxtlarda Qırmızı ordu, Reyxstaqın birinci mərtəbəsini nəzarət altına aldı və Reyx kanslerindən cəmi 700-750 metr məsafədə idi) odlu silah atəşi ilə özünü öldürərək intihar etmişdir. Həyat yoldaşı Eva Braun da kalium sionid qəbul edərək intihar etdi . Elə həmin gün Hitlerin əvvəlki təlimatlarına uyğun olaraq meyitləri bunkerin təcili çıxışı ilə pilləkənlərlə yuxarı qaldırdılar, üzərinə benzin tökdülər və bunkerin xaricindəki bağda yandırdılar .
Adolf Hitlerin Münhen mənzili
Adolf Hitlerin Münhen mənzili, əsası 1920-ci ildə Münhendə qoyulan Nasional Sosialist Alman Fəhlə Partiyasının doğum yeri və paytaxtı olan alman şəhəri Münhenin Prinzregentenplatz 16 küçəsində yerləşən, Adolf Hitlerin yaşadığı bir mənzildir. == Daha öncəki mənzil == Hitlerin 1920-ci ilin martında Alman ordusundan tərxis olunmasından sonra o, Münhenə geri döndü və bu şəhərdə yerləşən Nasional Sosialist Alman Fəhlə Partiyasında bütün gün ərzində işləməyə başladı. 1920-ci ildən 1929-cu ilədək o, Tierştrasse 41 küçəsində kiçik yataq otağını kirayə tutdu. Daha sonra isə ofis kimi istifadə üçün ikinci bir otağı kirayə tutdu. 1936-cı ildə Münhen şəhər bələdiyyəsi binanın üzərinə lövhə vurdu və onun üzərində bu sözlər yazılmışdır: "Adolf Hitler 1920-ci ilin may ayınınn 1-dən 1929-cu il oktyabr ayının 5-ə dək bu binada yaşamışdır". Bina hələ də durur; Hitlerin köhnə otağı isə anbar kimi işlədilir. == Prinzregentenplatz == 1929-cu ildə Hitler Prinzregentenplatz 16 küçəsində yerləşən, 9 otaqlı lüks mənzilə köçdü. Mənzil ikinci mərtəbədə yerləşirdi və (Avropa konqresinə görə; Amerika konqresinə görə üçüncü mərtəbədə) buraya 2 mətbəx və 2 hamam otağı daxil idi. Onun naşiri başlanğıcda mənzil üçün ödəniş edirdi lakin 10 il sonra Hitler bunu tamamən ona geri ödədi. Nəhayət bütün bina Nasional Sosialist Alman Fəhlə Partiyasının mülkünə çevrildi.
Adolf Hitlerin Münhendəki mənzili

Oxşar sözlər

#hitlerin nədir? #hitlerin sözünün mənası #hitlerin nə deməkdir? #hitlerin sözünün izahı #hitlerin sözünün yazılışı #hitlerin necə yazılır? #hitlerin sözünün düzgün yazılışı #hitlerin leksik mənası #hitlerin sözünün sinonimi #hitlerin sözünün yaxın mənalı sözlər #hitlerin sözünün əks mənası #hitlerin sözünün etimologiyası #hitlerin sözünün orfoqrafiyası #hitlerin rusca #hitlerin inglisça #hitlerin fransızca #hitlerin sözünün istifadəsi #sözlük