hiyləgər sözü azərbaycan dilində

hiyləgər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hiyləgər • 91.7160%
  • Hiyləgər • 7.1006%
  • HİYLƏGƏR • 0.7890%
  • hiylƏgər • 0.3945%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ədəbiyyat hiyləgərlərin siyahısı
Hiyləgər folklorda və populyar mədəniyyətdə tanınmış bir xarakterdir. Ağıllı və nadinc olan bu şəxs və ya varlıq, məqsədinə çatmaq üçün hiylədən istifadə edir. Hiyləgər, başqalarını əyləncə üçün və ya təhlükəli dünyada sağ qalmaq üçün aldada bilər. Hiyləgər, dünyanın işləməsi üçün lazım olan xaosun simvolu ola bilər. == Xüsusiyyətlər == Hines və Doti 1997-ci ildə bərabər yazdıqları Əfsanəvi hiyləgər fiqurlar (ing. Mythical Trickster Figures) adlı əsərlərində bildirirlər ki, hər bir hiyləgər aşağıdakı altı xüsusiyyətdən bir neçəsinə malikdir: Onlar əsasən qeyri-müəyyən və anormaldırlar Aldadıcı və hiyləgərdirlər Forma dəyişdirə bilən və ya maskalanma bacarığına malikdirlər Vəziyyəti dəyişdirə bilirlər İlahların elçisi və təqlidçisidirlər Müqəddəs və əxlaqsız işlər görürlər == Xalq nağıllarında və mifologiyasında hiyləgərlər == Ajapa — Yoruba xalq nağıllarının hiyləgərlər tısbağasıdır Anansi — Afrika mənşəli hörümcek hiyləgəridir. Hər kəsi aldada biləcək qədər ağıllıdır, amma eyni zamanda qürurlu, tənbəl və impulsivdir. Azeban — Abenaki mifologiyasında "Rakun" adlandırılan hiyləgər ruhdur. Brer Rabbit — Afrika-Amerika mənşəli qul hiyləgəridir. Coyotlar — Şimali Amerika yerli mifologiyalarında rast gəlinir.

hiyləgər sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. hiylə və fars. …gər] 1. Hiylə işlədən, kələkbaz, fəndgir, bic, məkrli. Hiyləgər adam. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq. Dünyanın ən hiyləgər, mahir kələkbazları; Saat ilə təqvimə əl qata bilmədilər; Yalnız vaxtı, zamanı aldada bilmədilər. B.Vahabzadə. // məc. Eyni mənada bəzi heyvanlar haqqında. Hiyləgər tülkü. – Görünür ki, kəndə dadanmış bu qurd çox təcrübəli və hiyləgər bir qurd idi. M.Rzaquluzadə. 2. Hiylə ifadə edən. Hiyləgər baxış. – Cəfər hiyləgər bir təbəssümlə göz vurdu və qonaqları sakit eləyə-eləyə: – Qardaş, hər sirr Allah yanındadır, – [dedi] Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / hiyləgər

hiyləgər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 diribaş — cəld — zirək — çevik

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiyləgər
  • 2 xain — məkrli — iblis — şeytan

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiyləgər
  • 3 kələkbaz — fəndgir — bic — fırıldaqçı — haramzada — cüvəllağı

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiyləgər
  • 4 HİYLƏGƏR Dedi: – Rədd ol, hiyləgər! Lovğalanma bu qədər! (A.Şaiq); BİC Kəndlilər arasında belə bir söz gəzirdi ki, Şahbaz bəy bic adamdır... (M.İbrahimov); BİCƏNGƏ(NƏ) (məh.) [Dayıoğlu:] Amma elə ki bicəngə xalaoğlum başladı dayımı yamsılamağa və dayım kimi dodaqlarını tərpətməyə, ... doğrusu, mən də gülməyə başladım (C.Məmmədquluzadə); CÜVƏLLAĞI Həsən yazıq türkəsaya adamdır, birdən keçər bir cüvəllağının əlinə, yıxar evimi, papağımı vurar yerə, ciyərim od tutub yanar, əlim bir yana çatmaz (M.İbrahimov); ÇOXBİLMİŞ (dan.) Qəndab: Yaxşı deyirlərmiş ki, yetim çoxbilmiş olur (B.Bayramov); DƏLƏDUZ Malik: Bunlar da o dələduz Malik ibn Səidin aşıqlarıdır (A.Şaiq); ƏMƏLBAZ Demək, bu əməlbaz arvad oturduğu yerdə ..qızını söz-sovdan qurtardı (S.Rəhimov); ƏYYAR Əyyar İbrahim Şiraza gələndən sonra Fərəc ixtisara düşən bir müəllim vəziyyətində qalmışdı (Qantəmir); FAQQI (dial.) Fatma çox faqqı arvaddı (ADDL); FƏNDBAZ (dan.) Əhməd: Zalımoğlu nə fəndbazmış, a gədə!.. (N.Vəzirov); FIRILDAQÇI Zöhrə: Anam fırıldaqçı adamları sevmir (M.İbrahimov); FƏNDGİR Mircəlil Fətiyə: Yaşa! Fəndgir oğlansan, – dedi. – İndi tapdığın çörəkdən bir tikə özün ye, birini də rəis müavininə nəzir elə (Ə.İldırımoğlu); HARAMZADƏ Zəki: Min cür fırıldaq işlətmiş bu qoşa haramzadələr indi məhkəmə kürsüsündə cüt oturmuşlar (Anar); HƏLLƏM-QƏLLƏM (dan.) Xan: Ay gedə, sən çox həlləm-qəlləm adama oxşayırsan... (Çəmənzəminli); HİYLƏBAZ A hiyləbaz molla, sənin bu kələyini biz də duymuşuq (S.S.Axundov); JULİK (dan.) Ham dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam.. (A.Şaiq); KƏLƏKBAZ Əsgər: Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan! (Ü.Hacıbəyov); QURNAZ (köhn.) Oqtay: Təbiət qurnaz baqqallar kimi bizi aldadır (C.Cabbarlı); LOTU (dan.) Qurbanəli bəy: Amma beş-on il bundan irəli burada bir pristav vardı; çox lotu oğlan idi (C.Məmmədquluzadə); MƏKRLİ O, görünür, hiyləgər və məkrli düşmənindən intiqam almaq üçün sənətin ecazkar qüdrətini sınaqdan keçirmək istəyirdi (M.Hüseyn); NADÜRÜST Qəmrar: Hamımız deyirdik ki, bu nadürüst adamları başından elə, qulaq asmırdı (S.Rəhman); ŞARLATAN Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar (C.Məmmədquluzadə); ŞEYTAN (məc., dan.) Səlimə: Ax, necə şeytandır... hər kəsin ürəyinə girməyi necə bacarır (İ.Əfəndiyev); TÜLƏK (dial.) Nemət tülək adamdı (ADDL); TÜLKÜ (məc., dan.) Səfər tülkü olsa da axır tələyə düşdü; Olan olmuşdu artıq, ötən dəxi ötmüşdü (M.Rahim); TÜLÜNGÜ (dial.) Abbas lap tülüngüdü (ADDL); VƏLƏDÜZZİNA (məh.) Xanpəri: İtil buradan, vələdüzina! (N.Vəzirov); ZATIQIRIQ (dan.) Qarovulçu Həmidə: İnanıram, qərdeşoğlu, Abdulla Qəmbərov zatıqırıq idi. Zatıqırıqdan hər nə desən gözləmək olar (H.Abbaszads); KAZİB (köhn.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hiyləgər

hiyləgər sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 HİYLƏGƏR – MƏRD Böyük bir yazıçı deyib ki, bic və hiyləgər adamlar hamını aldadıb tora sala bilərlər (M.İbrahimov); O yaxşı gündə nəcib və xeyirxahdır, ürəyi genişdir, səxavətlidir, mərd və qayğıkeşdi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / hiyləgər

hiyləgər sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. хитрый: 1. скрывающий свои истинные намерения, идущий непрямыми, обманчивыми путями к достижению чего-л.; лукавый, коварный. Hiyləgər adam хитрый человек, hiyləgər tülkü хитрая лиса, hiyləgər düşmən коварный враг, hiyləgər olmaq быть хитрым, лукавым 2. выражающий хитрость. Hiyləgər baxış хитрый взгляд, hiyləgər təbəssüm хитрая улыбка, hiyləgər gözlər хитрые глаза, hiyləgər siyasət хитрая политика, hiyləgər davranış хитрое поведение II сущ. хитрец, хитрюга, мошенник, лукавец, плут

    Azərbaycanca-rusca lüğət / hiyləgər

hiyləgər sözünün inglis dilinə tərcüməsi

hiyləgər sözünün fransız dilinə tərcüməsi

hiyləgər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. hiylə və fars. ...gər] прил. 1. гьиллебаз, амалдар, биж, фендигар; 2. гьилле квай, бижвал квай (мес. хъвер).

    Azərbaycanca-ləzgicə lüğəti / hiyləgər

hiyləgər sözünün türk dilinə tərcüməsi

"hiyləgər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hiyləgər nədir? #hiyləgər sözünün mənası #hiyləgər nə deməkdir? #hiyləgər sözünün izahı #hiyləgər sözünün yazılışı #hiyləgər necə yazılır? #hiyləgər sözünün düzgün yazılışı #hiyləgər leksik mənası #hiyləgər sözünün sinonimi #hiyləgər sözünün yaxın mənalı sözlər #hiyləgər sözünün əks mənası #hiyləgər sözünün etimologiyası #hiyləgər sözünün orfoqrafiyası #hiyləgər rusca #hiyləgər inglisça #hiyləgər fransızca #hiyləgər sözünün istifadəsi #sözlük