Honda-Accord sözü azərbaycan dilində

Honda-Accord

Yazılış

  • Honda-Accord • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Honda Accord
Honda Accord— Yapon avtomobil istehsalçısı Honda tərəfindən 1976-cı ildən günümüzədək istehsal olunan sedan.Daha çox 4-qapılı sedan tipli maşınların satışı ilə daha məşhurdur.Bu günə kimi ABŞ-də 8 000 000 ədədi satılaraq 1989-cu ildən ən yaxşı satılan avtomobillər sırasındadır. Adı latın sözləri "ad" və "cordis"in birləşməsi, yəni "ürəyə" mənasını bildirən sözdən irəli gəlir.
Honda
Honda başlıca məhsulları avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markasıdır. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Honda Civic
Honda Civic — Honda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub. Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib. Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54-75 a.g. (işçi həcmi 1169—1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.
Honda Element
Honda Element (ing. Honda Element) – SUV sinfindən olan və Honda şirkətinin ABŞ-nin Ohaya ştatındakı İst Liberti zavodunda quraşdırılan avtomobil (East Liberty, Ohio). Rəsmi satış 2003-cü ildən ABŞ, Kanada və Yaponiyada başlamışdır. "Element" Honda CR-V-nin bazası əsasında tamam başqa cür yaradılmışdır. Onun banı 300 mm qısa, təkər bazası 43 mm kiçildilib. "Element"də 2.4 l həcmində, 5500 dövr/dəq-də gücü 166 a.g. (119 kVt) olan dördsilindirli K24A4 i-VTEC motoru quraşdırılıb.
Honda mükafatı
Honda mükafatı — (ing. Honda Prize;yap. 本田賞) Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat == Yaranması == Honda (Honda Foundation) mükafatı1980-ci ildən etibarən hər il Honda Fondu tərəfindən verilir.Əsası Soiçiro Honda və onun kiçik qardaşı Benciro Honda tərəfindən 1977-сi ilin dekabrında qoyulan Honda Fonduna indi Xiromori Kavaşima başçılıq edir .Mükafatın əsasını diplom, medal və pul mükafatı təşkil edir(10 milyon yapon İenası). Dünyanın bir çox tanınmış alimləri , həmçinin Nobel mükafatının 3 laureatı bu mükafatı almışdır. Honda mükafatını alan ilk və yeganə azərbaycanlı alim Lütfi Zadədir. == Şirkətin tarixi == Porşen üzüklərinin istehsalı Hondanın Soitirosunun sahibkar fəaliyyətinin birinci təcrübəsi idi. O, 1938-ci ildə qarajda qaydaya saldı. İki il sonra o Toyota şirkətindən böyük sifarişi aldı, icrası üçün ona yeni zavodu tikmək lazım oldu. İkinci dünya müharibəsindən sonra o Toyota şirkətinin öz zavodunu satdı və Fudzisavının köməyi ilə motosikllərin istehsalıyla məşğul oldu, hansı ki, yeni şirkətin maliyyələşdirilməsini təmin etdi, həmçinin marketinq strategiyasıyla məşğul olurdu. 1946-cı ildə Honda Technical Research Institute-u (Hondanın Texniki elmi tədqiqat institutu) yaradılmışdı, 24 sentyabr 1948-ci ildə şirkət kimi qeyd edilmişdi.
Keysuke Honda
Keysuke Honda — 1986-cı ildə Yaponiyanın Osaka şəhərində anadan olub. Honda Neftçi PFK-nın keçmiş futbolçusudur.
Midori Honda
Midori Honda (d. 16 noyabr 1964) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib.
Minoru Honda
Minoru Honda (本田 実, Honda Minoru, 26 fevral 1913, Tottori prefekturası – 26 avqust 1990, Kuraşiki, Okayama prefekturası) – Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir. == Həyatı və karyerası == Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır.1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur.1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir. Honda hərbi xidməti zamanı da özü ilə monokulyar gəzdirmiş və ulduzları müşahidə etmişdir. Sinqapurda əldə etdiyi 8 santimetrlik linza ilə teleskop düzəltmişdir.Honda 1965-ci ildə Kuraşikidə iki bağçanın direktoru olmuş və növbəti illərdə işıq çirkliliyi səbəbilə astronomik müşahidələrinə son vermişdir.
Naqayasu Honda
Naqayasu Honda — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Soiçiro Honda
Soiçiro Honda (yap. 本田 宗一郎; 17 noyabr 1906, Şizuoka – 5 avqust 1991, Tokio[d]) — Yaponiyalı mühəndis və sənayeçi. == Həyatı == Soiçiro Honda 1906-cı ilin noyabrın 17-si Yaponiyanın Şizuoka Prefekturasının Komyo kəndində anadan olmuşdur. Atası Gihei Honda dəmirçi, anası Mika Honda isə toxucu olub. Ailəsi kasıb olsa da onlar Soiçironun ən azından ibtidai təhsil almasına çalışıblar, amma Soiçiro uşaqlıqdan ənənvi tədris üsulunu sevmirdi. O dövrdə şagirdlərin gündəliyinin yoxlanmasını təsdiqləmək üçün ailə üzvlərindən biri gündəliyə öz möhürünü vurmalı idi, lakin Soiçiro qiymtlərini ailəsindən gizlətmək üçün özünün hazırladığı möhürdən istifadə edirdi. Belə ki, o, hələ məktəbdə oxuyarkən velosiped pedalından öz ailəsinin möhürünü hazırlamışdı. Honda familiyası iki heroqlifdən (本田) ibarət və simmetrik olduğundan onu hazırlamaq asan idi, lakin digər məktəblilər üçün hazırladığı möhür tərsinə alındığından onun bu fırıldağı ortaya çıxmışdı. Uşaqlıq xatirələrdindən danışanda Soiçironun ən çox xatırladıqları arasında avtomobillərin arxasınca qaçması və avtomobil səsboğucusundan çıxan benzin qoxusu var. Soiçiro bir gün atasının velosipedini götürərək pilot Art Smitin təyyarə şousuna baxmağa gedir və bu hadisədən sonra onun mexanizmlərə marağı yaranır.
Takuya Honda
Takuya Honda (d. 17 aprel 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tsubasa Honda
Tsubasa Honda (本田 翼, Honda Tsubasa, 27 iyun 1992, Tokio[d]) – Yaponiya aktrisası və modeli. == Karyerası == Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu. 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur. 2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur. 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur. 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur. 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır.
Yasuto Honda
Yasuto Honda (25 iyun 1969, Kitakyuşu, Fukuoka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 1 qol vurub.
Honda CR-V
Honda CR-V — Yaponiyanın Honda şirkəti tərəfindən istehsal olunan avtomobil. Bu avtomobil Honda Civic modelinin bazası əsasında yaradılıb. ing. Comfortable Recreational Vehicle (tərcüməsi: "(təbiətdə) istirahət etmək üçün komfort avtomobil") sözlərinin baş hərflərindən düzəldilib. Modelin istehsalı 1995-ci ildən başlayıb və 2005-ci ilin sonuna Honda CR-V modelinin bir neçə nəslininə aid 2 mln-dan artıq avtomobil istehsal olunmuşdur. İstehsalı şirkətin Yaponiya, ABŞ, Kanada, Böyük Britaniya, Çindəki zavodlarında həyata keçirilir.
Honda HR-V
Honda HR-V (ing. Hi-rider Revolutionary Vehicle) —- Honda şirkəti tərəfindən istehsal olunmuş kompakt krossover. 1998-ci ildə üçqapılı ban versiyalı avtomobil buraxıldı. Avtomobil gücü 105 a.g. olan, 1,6 litr həcmə malik mühərriklə təchiz edildi. 1999-cu ildə beşqapılı variant buraxıldı. Bu variant avtomobilə gücü 124 a.g. olan VTEC sistemi ilə işləyən mühərriklə təchiz olunma imkanı verirdi. 2003-cü ildə üçqapılı variantların, 2006-cı ildə modelin istehsalı tamamilə dayandırıldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#honda-accord nədir? #honda-accord sözünün mənası #honda-accord nə deməkdir? #honda-accord sözünün izahı #honda-accord sözünün yazılışı #honda-accord necə yazılır? #honda-accord sözünün düzgün yazılışı #honda-accord leksik mənası #honda-accord sözünün sinonimi #honda-accord sözünün yaxın mənalı sözlər #honda-accord sözünün əks mənası #honda-accord sözünün etimologiyası #honda-accord sözünün orfoqrafiyası #honda-accord rusca #honda-accord inglisça #honda-accord fransızca #honda-accord sözünün istifadəsi #sözlük