Honents sözü azərbaycan dilində

Honents

Yazılış

  • Honents • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Tiqran Honents kilsəsi
Tiqran Honents kilsəsi – Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında olan qədim erməni kilsəsi. Kilsənin inşa olunmasıyla bağlı Şərq divarındakı kitabədə deyilir: "664-cü ildə (miladi 1215) Tanrının lütfüylə Ani şəhərinin bəyi güclü və müqtədir Zəkəriyyə ikən…mən, Tanrının qulu Honents ailəsindən Sulem Smbatorentsin oğlu Tiqran ağalarımın və onların uşaqlarının uzun ömürlərinin şərəfinə, qayalıqların kənarı və kolluqlardan keçilməyən bu yerdə Müqəddəs Qriqora həsr etdiyim bu monastırı inşa etdirdim və ərazini sahiblərindən halal zəhmətimlə aldım, böyük zəhmətlə hər tərəfdən onun müdafiəsini təşkil etdim. Bu kilsəni Müqəddəs Qriqorun adına inşa etdirdim və onu bir çox gözəl naxışlarla bəzətdirdim…" Həmin dövrdə Ani gürcü krallarının himayəsi altında idi və kilsənin içindəki freskalarında məhz gürcü sənətkarları tərəfindən işləndiyi güman edilir. == Memarlıq xüsusiyyətləri == Kilsənin qübbəli və düzbucaqlı plan quruluşu ilk görünüşdən onu kafedrala bənzədir, lakin kilsənin iç planı fərqlidir və orta əsrlərin digər erməni kilsələrinin daxili planlaşdırmasıyla demək olar ki, eyniyyət təşkil edir. Memarlıqda çox vaxt "qübbəli zal" adlandırılan üç sahəyə ayrılmış bir zalın mərkəzi hissəsinin üstündə qübbə vardır. Yarımçıq (kor) kəmərlər silsiləsi binanın dörd bir tərəfinə dolanır. Sarmaşıq bitkilərin arasından görünən həqiqi və ya fantastik heyvan qabartmaları kəmərlərin arasını və üstündəki boşluq əraziləri bəzəyir. Bütün bunlar binanı tamamilə əhatə edən bir bəzəkli xətt əmələ gətirir. Bənzər kəmər silsiləsi və bəzəkli xətt qübbənin kənarında da vardır. Həmin bəzəkli xəttin üstündə isə daha kiçik bir bəzəkli xətt də var ki, bu da XIII əsr erməni kilsələri üçün xarakterik olan xüsusiyyətdir.
#honents nədir? #honents sözünün mənası #honents nə deməkdir? #honents sözünün izahı #honents sözünün yazılışı #honents necə yazılır? #honents sözünün düzgün yazılışı #honents leksik mənası #honents sözünün sinonimi #honents sözünün yaxın mənalı sözlər #honents sözünün əks mənası #honents sözünün etimologiyası #honents sözünün orfoqrafiyası #honents rusca #honents inglisça #honents fransızca #honents sözünün istifadəsi #sözlük