Hora sözü azərbaycan dilində

Hora

Yazılış

  • Hora • 78.9474%
  • hora • 10.5263%
  • HORA • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Achillea horanszkyi
Achillea horanszkyi (lat. Achillea horanszkyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Azadlıq döyüşü: Horadiz əməliyyatı (film, 2013)
Azadlıq döyüşü: Horadiz əməliyyatı qısametrajlı sənədli televiziya filmi 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmişdir. Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir. == Məzmun == Film 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən azadlıq döyüşü olan Horadiz əməliyyatından bəhs edir. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ağdərəq (Horand)
Ağdərəq (fars. اغدرك‎) və ya Ağdərə — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (18 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Diglə kəndistanında, Horand qəsəbəsindən 28 km cənubda, Əhər-Kəleybar avtomobil yolunun üstündə yerləşir.
Ernest Horas Ayzinq
Ernest Horas Ayzinq (ing. Ernest Horace Ising; 1884[…] – 1973[…], Adelaida) — Avstraliya botaniki. == Əsərləri == Ising E. H. The species of Bassia All. (Chenopodiaceae) in Australia // Transactions of the Royal Society of South Australia. — 1964. — Vol. 88. — P. 63—110. Ising E. H. Six new species of Bassia All. (Chenopodiaceae) // Transactions of the Royal Society of South Australia.
Horadil dağı
Horadil- Şamaxı rayonu ərazisində dağ silsiləsi. == Toponimikası == Horadil Şamaxı rayonu ərazisində dağ silsiləsi. Qozluçay vəm Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, oronimin əsli Ouratel olmalıdır. Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, "qala təpəsi" mənasındadır.
Horadiz
Horadiz və ya Qoradiz — Azərbaycanın Füzuli rayonunda şəhər. Araz çayının sol sahilində, düzənlikdədir. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalıb. Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Adı sovet dövründən Qoradiz və ya Qaradiz deyə adlandırıldığından, yerli əhali hələdə şəhəri belə adlandırır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Daha sonralar Horadizə şəhər tipli qəsəbə statusu verilib. Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib. 24 oktyabr 1993-cü ildə Ermənistan ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib. Azərbaycan ordusunun əks-hücumu nəticəsində (bax:Horadiz əməliyyatı) 1994-cü il yanvarın 5-də Horadiz işğaldan azad edilib.
Horadiz (Dərələyəz)
Horadiz və ya Qaradüz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Ağxaç kəndinin yaxınlığında yerləşirdi.
Horadiz (dəqiqləşdirmə)
Horadiz — Füzuli rayonunda şəhər. Horadiz (kənd) — Füzuli rayonunda kənd. Horadiz (stansiya) — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. Horadiz (Dərələyəz) — Dərələyəz mahalında kənd. Horadiz bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda bələdiyyə. Horadiz əməliyyatı — 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmiş döyüş. Horadiz şəhəri 1 nömrəli tam orta məktəb — Horadiz şəhərində məktəb. Horadiz şəhəri 2 nömrəli tam orta məktəb — Horadiz şəhərində məktəb. Horadiz şəhəri 3 nömrəli tam orta məktəb — Horadiz şəhərində məktəb.
Horadiz (kənd)
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd.Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir. == Əhalisi == Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.
Horadiz (stansiya)
Horadiz — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Horadiz bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Horadiz kəndi
Horadiz — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd.Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. 1993-cü il sentyabrın 3-də kənd Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalmışdır.27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. Horadiz kəndi Füzuli rayonunun dörd kəndi ilə birlikdə azad olunmuşdur.. == Etimologiyası == "Qoradüz" adının danışıqda təhrifidir. Türk dillərində kora, qora, qura, monqolca xürz "yarım oturaq həyat tərzi keçirən maldarların qışlaq yerində müvəqqəti evləri və təsərrüfat "gecələr malqara salqmaş üçün hasırlanmış yer" və düz (düzən yer) sözlərindən ibarətdir. Cənubi Qafqazın türk toponimiyasında kora (qora) sözü sonralar "kara" və "qara" formalarında bir sıra dərə, təpə və düzən adlarında əksini tapmışdır. XVII əsrdə Naxçıvanda Kürədiz. Şamaxı rayonunda Horadil (kora, qora və ərəb dilində tel "təpə" sözlərindən) dağ adında və Abşeronda Goradil (kora, qora və ərəbcə tel "təpə" sözlərindən) kənd adları mənaca eynidir. == Əhalisi == Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmşdur.
Horadiz şəhəri
Horadiz və ya Qoradiz — Azərbaycanın Füzuli rayonunda şəhər. Araz çayının sol sahilində, düzənlikdədir. Oykonim İran dillərindəki oura (qala, möhkəmləndirilmış yer) və dizə (qala) sözlərindən ibarətdir, "qala kənd" mənasındadır.1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalıb. Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Adı sovet dövründən Qoradiz və ya Qaradiz deyə adlandırıldığından, yerli əhali hələdə şəhəri belə adlandırır. == Tarixi == Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Daha sonralar Horadizə şəhər tipli qəsəbə statusu verilib. Qarabağ müharibəsi dövründə qəsəbə ərazisində ağır döyüşlər gedib, qəsəbədəki bir çox evlər dağılıb, təsərrüfata böyük ziyan dəyib. 24 oktyabr 1993-cü ildə Ermənistan ordusu qəsəbəni Füzuli rayonu ilə birlikdə işğal edib. Azərbaycan ordusunun əks-hücumu nəticəsində (bax:Horadiz əməliyyatı) 1994-cü il yanvarın 5-də Horadiz işğaldan azad edilib.
Horadiz əməliyyatı
Horadiz əməliyyatı — 1993-ci ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonununda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biri. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi (Araz Zərgər, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Bala Bəhmənli, Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı) və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi.Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Tarixi == === Zəmin === 1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri (yalnız Ermənistan ordusunun müntəzəm hissəsi, qondarma "Dağlıq Qarabağ ordusu" nəzərdə tutulmur) Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi.1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcər.. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi. Azərbaycan hissələrinin Horadizə əsas zərbələri, Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Horand
Hurand (fars. هوراند‎) — İranın Şərqi Azərbaycan ostanında bir şəhər, Hurand şəhristanının inzibati mərkəzi. Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşir. Əhali sayına görə Şərqi Azərbaycanın 42-ci böyük şəhəri sayılır. 2013-cü ilədək Əhər şəhristanının tərkibində yerləşirdi, habelə həmin şəhristanın Hurand bəxşinin mərkəzi idi. 2013-də şəhər statusunu qazandıqdan sonra, keçmiş Hurand bəxşinin ərazisi ilə Əhər şəhristanının tərkibindən çıxdı və ayrıca bir şəhristan mərkəzi olaraq təyin olundu. Hazırda Hurand şəhristanının inzibati mərkəzidir.
Horas və Tina
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Horasis
Horasis — mərkəzi İsveçrənin Sürix şəhərində yerləşən, əsası 2005-ci ildə Frenk-Yurgen Rixter tərəfindən qoyulmuş müstəqil araşdırma mərkəzidir.Mərkəz təklif əsasında Çin, Hindistan, Rusiya və Yaxın Şərq biznes liderləri ilə regional görüşlər təşkil edir. Horasis "The New York Times" tərəfindən "inkişaf edən bazarlar üçün beynəlxalq iqtisadi forum kimi kiçik liqa" adlandırılmışdır. Regional səviyyəli görüşlərlə yanaşı, təşkilat, "Horasis Global Meeting" və "Horasis Visionary Circle" adlı fərdi tədbirlərin də təşkilatçısıdır. == Rol və missiya == Horasisin əsas məqsədi, inkişaf etmiş və inkişafda olan ölkələrin təcrübələrini bölüşmək və əməkdaşlığı sayəsində "sabit gələcək üçün konsepsiyanın qəbul edilməsi"dir. Cəmiyyət əsasən, tez-tez yeni partyor koorporasiyalarla, hökümətlər və beynəlxalq təşkilarlarla əlaqələr şəraitində işləyir. Bu görüşlər növbə ilə təklifçi ölkələrdə keçirilir, seçilmiş korporasiyalar güncəl mövzularda nitq və təqdimatlar hazırlayırlar.Görüşlər adətən seçilmiş ölkənin coğrafi mövqeyinə uyğun olaraq təşkil edilir. Seçilmiş ölkə üçün bu tədbir qonaq ölkələrlə (Çin, Rusiya, Hindistan, ərəb ölkələri və sair.) əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün vasitə hesab edilir. Təbirlər həm də siyasi dialoqların aparılması üçün uğurlu platforma rolunu oynayır. == İlin biznes liderləri == Horasis tərəfindən yaradılmış "İlin biznes lideri" mükafatı hər il etibarlı gələcəyin qurulmasında iştirak edən biznesmenlərə verilir. Mükafat ilk dəfə 2006-cı ildə təqdim edilmişdir.
Horatio Pintea
Horatio Pintea (11 noyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Horatio Pintea Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Horatsilərin andı
Horatsilərin andı — 1784-cü ildə fransız rəssam Jak Lui David tərəfindən çəkilmiş böyük rəsm əsəri. Hal-hazırda Parisdə, Luvr muzeyində saxlanılır. Neoklassisizm üslubunda olan ən yaxşı rəsm əsəri hesab edilir. David bu məşhur tablosunu yaratmaqla yeni inqilabi üslubun — klassisizmin təməlini qoydu. Bu əsərdə dövlətin gücləndirilməsi üçün xalqın birliyini əks etdirən üç oğul və atanın andı təsvir olunmuşdur. Qoca silahı oğullarına uzadaraq, onların döyüşünə xeyir-dua verir. Bu tabloda rəssam gözəllik və zəriflikdən, detalların xırdalıqlarından imtina etmişdir. Üslubda ciddilik, güclü enerji axını hiss olunur. David tabloda hər bir detalı əsərin başlıca ideyasının açılmasına yönəltmiş, kompozisiya və perspektiv qanunauyğunluqlardan böyük məharətlə istifadə etmişdir. "Horatsilərin andı" rəssama çox böyük şöhrət gətirdi və inqilab illərində onun taleyində əhəmiyyətli rol oynadı.
Horatsio Nelson
Horatsio Nelson (29 sentyabr 1758[…] – 1805[…], Trafalqar burnu, Əndəlüs) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir. == Tərcümeyi-halı == ==== Uşaqlığı və gəncliyi ==== Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı.
Horavar
Horavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horavar Yardımlı rayonunun Vərgədüz inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, dağətəyi ərazidədir. Oykonim fars dilindəki oura (qala) və var (yer, məskən) sözlərindən düzəlib, "qala yeri" mənasındadır. Hıravar variantında "dumanlı yer" mənasında da izah olunur.
Horavenc
Horavenc — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Horavenc kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.29
2014 •••••••••••• 0.17

"hora" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hora nədir? #hora sözünün mənası #hora nə deməkdir? #hora sözünün izahı #hora sözünün yazılışı #hora necə yazılır? #hora sözünün düzgün yazılışı #hora leksik mənası #hora sözünün sinonimi #hora sözünün yaxın mənalı sözlər #hora sözünün əks mənası #hora sözünün etimologiyası #hora sözünün orfoqrafiyası #hora rusca #hora inglisça #hora fransızca #hora sözünün istifadəsi #sözlük