hortenziya sözü azərbaycan dilində

hortenziya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hortenziya • 62.5000%
  • Hortenziya • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hortenziya
Hortenziya (lat. Hydrangea) — daşdələnçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == İlk dəfə hortenziya Yaponiyadan Avropaya 1820-ci ildə gətirilmişdir. İlk sortlar Fransada Lemuan, Nansi, Muer, Vendom tərəfindən becərilmişdir.
Ağacvari hortenziya
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.
Süpürgəvari hortenziya
Süpürgəvari hortenziya (lat. Hydrangea paniculata) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
İriyarpaq hortenziya
İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır. == Ekologiyası == İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür.
Bretşneyder hortenziyası
Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır.
Hortenziyakimilər
Hortenziyakimilər (lat. Hydrangeaceae) — i̇kiləpəlilər sinfinin zoğalçiçəklilər sırasına aid bitki fəsiləsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#hortenziya nədir? #hortenziya sözünün mənası #hortenziya nə deməkdir? #hortenziya sözünün izahı #hortenziya sözünün yazılışı #hortenziya necə yazılır? #hortenziya sözünün düzgün yazılışı #hortenziya leksik mənası #hortenziya sözünün sinonimi #hortenziya sözünün yaxın mənalı sözlər #hortenziya sözünün əks mənası #hortenziya sözünün etimologiyası #hortenziya sözünün orfoqrafiyası #hortenziya rusca #hortenziya inglisça #hortenziya fransızca #hortenziya sözünün istifadəsi #sözlük