hökmdarların sözü azərbaycan dilində

hökmdarların

Yazılış

  • hökmdarların • 93.5065%
  • Hökmdarların • 6.4935%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan hökmdarlarının siyahısı
Ağqoyunlu hökmdarlarının siyahısı
Ağqoyunlu hökmdarlarının siyahısı — Ağqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Fars körfəzi, şərqdə İran Xorasanı, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzə və Sultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu.
Böyük Moğol imperiyası hökmdarlarının siyahısı
Böyük Moğol İmperiyasının hökmdarlarının siyahısı – Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. == Baburilərin mənşəyi haqqında == Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Qaraqoyunlu hökmdarlarının siyahısı
Qaraqoyunlu hökmdarlarının siyahısı — Qaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur. Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir. Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyəti dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir. Qaraqoyunlular qüdrətli dövrlərində hazırkı Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, Rusiya və Gürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi məkanı əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur. Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca Həsənəlinin və Yusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Rusiya hökmdarlarının siyahısı
Rusiya imperatorlarının siyahısı
Tyampi dövlətinin hökmdarlarının siyahısı
Vyetnamın dövlət başçılarının siyahısı —
Səfəvi hökmdarlarının siyahısı
Səfəvi şahlarının siyahısı
Ukrayna hökmdarlarının siyahısı
Kiyev Rusunun dövründən indiyədək müasir Ukrayna ərazisindəki tarixi dövlətlərin hökmdarlarının siyahısı (1991—indiki). Müasir Ukraynanın ərazilərinin qonşu dövlətlərin tabeliyində olduğu dövrlərdə (XIV–XX əsrlər) yerli hakimiyyət orqanlarının rəhbərləri imkan daxilində göstərilir.
Məmlük hökmdarlarının siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.
Əyyubi hökmdarlarının siyahısı
12-14-cü əsrlər arasında Orta Şərqə və Şimali Afrikaya nəzarət edən Əyyubi sülaləsindən olan hökmdarların siyahısı. == Misir sultanları == Səlahəddin, Nəcməddin Əyyubun oğlu, 1174–1193; Əziz Osman, Səlahəddinin oğlu, 1193–1198; Mənsur Məhəmməd, Əziz Osmanın oğlu, 1198–1200; I Adil, Səlahəddinin qardaşı, 1200–1218; Kamil Məhəmməd, I Adilin oğlu, 1218–1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1240; Saleh Əyyub, Kamil Məhəmmədin oğlu, 1240–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Əşrəf Musa, Səlahəddinin nəslindən olduğu ehtimal edilir (de-yure hökmdar elan edilsə də, faktiki olaraq dövlət Aybək tərəfindən idarə olunurdu), 1250–1254. Məmlük sultanlığı tərəfindən süquta uğradıldı. == Dəməşq əmirləri və sultanları == Səlahəddin, 1174–1193; Əfdal Əli, Səlahəddinin oğlu, 1193–1196; I Adil, Səlahəddinin qardaşı, 1196–1218; Müəzzəm İsa, I Adilin oğlu, 1218–1227; Nasir Davud, Müəzzəm İsanın oğlu, 1227–1229; Əşrəf Musa, I Adilin oğlu, 1229–1237; Saleh İsmayıl, I Adilin oğlu, 1237–1238; Kamil Məhəmməd, I Adilin oğlu, 1238; II Adil, Kamil Məhəmmədin oğlu, 1238–1239; Saleh Əyyub, I Adilin oğlu, 1239; Saleh İsmayıl (ikinci hakimiyyəti), 1239–1245; Saleh Əyyub (ikinci hakimiyyəti), 1245–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1250–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Hələb əmirləri == Səlahəddin, 1183–1193; Zahir Qazi, Səlahəddinin oğlu, 1193–1216; Əziz Məhəmməd, Zahir Qazinin oğlu, 1216–1236; Nasir Yusif, Əziz Məhəmmədin oğlu, 1236–1260. Bölgə 1260-cı ildə Əyn Cəllud döyüşündən sonra Monqol imperiyası tərəfindən ələ keçirildi. Daha sonra isə Məmlük sultanlığının tabeliyinə keçdi. == Bəəlbək əmirləri == Şəmsəldin Məhəmməd, (sülalənin üzvü deyildi, Dəməşqin keçmiş valisidir), Səlahəddin tərəfindən təyin edilib, 1175–1178; Turanşah, Səlahəddinin qardaşı, 1178–1179; Fərruxşah, Səlahəddinin qardaşı oğlu, 1179–1182; Bəhramşah, Fərruxşahın oğlu, 1182–1230; Əşrəf Musa, I Adilin oğlu, 1230–1237; Saleh İsmayıl, Əşrəf Musanın qardaşı, 1237–1246; Sədəldin əl-Humeydi (sülalənin üzvü deyildi, Saleh Əyyub tərəfindən vali təyin olunub), 1246–1249; Müəzzəm Turanşah, Saleh Əyyubun oğlu, 1249–1250; Nasir Yusif, Hələb və Dəməşq sultanı, Əziz Məhəmmədin oğlu, 1250–1260.

"hökmdarların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hökmdarların nədir? #hökmdarların sözünün mənası #hökmdarların nə deməkdir? #hökmdarların sözünün izahı #hökmdarların sözünün yazılışı #hökmdarların necə yazılır? #hökmdarların sözünün düzgün yazılışı #hökmdarların leksik mənası #hökmdarların sözünün sinonimi #hökmdarların sözünün yaxın mənalı sözlər #hökmdarların sözünün əks mənası #hökmdarların sözünün etimologiyası #hökmdarların sözünün orfoqrafiyası #hökmdarların rusca #hökmdarların inglisça #hökmdarların fransızca #hökmdarların sözünün istifadəsi #sözlük