hörmətsizlik sözü azərbaycan dilində

hörmətsizlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hörmətsizlik • 99.5003%
  • Hörmətsizlik • 0.3748%
  • HÖRMƏTSİZLİK • 0.1249%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hörmətsizlik sözünün leksik mənası və izahı

  • 1 is. Nəzakətsizlik, ədəbsizlik, ehtiramsızlıq, sayğısızlıq, qabalıq, tərbiyəsizlik. Bizim kimi uşaq-muşaqlar xanım deməyə qorxardı, eyib idi, hörmətsizlik sayılırdı. Qantəmir.

    Azərbaycan dilinin izahlı lüğəti / hörmətsizlik

hörmətsizlik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ehtiramsızlıq — saymazlıq — sayğısızlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / hörmətsizlik
  • 2 kobudluq — qabalıq — sərtlik — ədəbsizlik

    Azərbaycan dilinin sinonimlər lüğəti / hörmətsizlik
  • 3 HÖRMƏTSİZLİK Alo kişi nəhayət, Şamo tərəfindən bütün bu söhbəti özünə qarşı olmazın hörmətsizlik sayıb, onun öz qınından çıxan böyüklənməli kimi hesab edib pırçım-pırçım axan tər içində pişdi, pörtüb qızardı (S.Rəhimov); BİEHTİRAMLIQ Sabahı günü dükançılardan biri Kalniyyatm hüzuruna gəlib dedi ki, iğtişaş günündə sənə biehtiramlıq göstərən şəxsi mən bilirəm, mənim dükan qonşumdur, adı Məşədi Kazımdır, adam göndər, onu gətirtdir, cəzasına çatdır (R.Əfəndiyev); BİHÖRMƏTÇİLİK Burada nə kömək lazımdır, nə bihörmətçilik, nə də qeyri bir bəhanə (C.Məmmədquluzadə); BİHÖRMƏTLİK [Baba:] Xanım, başına dönüm, bihörmətlik olar, xəcalət çəkərəm (Çəmənzəminli); EHTİRAMSIZLIQ Çingiz: Zöhrə xanım, siz ilə əlvida edərək yenə də rica edirəm ki, sizə etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız (S.S.Axundov); ƏDƏBSİZLİK Əmir Toxtamışın tədbirlərilə razılaşmadı, o, xəlifənin məktubunu cavabsız qoymağı yenə Əmirəlmöminə qarşı ədəbsizlik hesab etdi (M.S.Ordubadi); HƏQARƏT Əmir: Əmirəlmöminin məktubunu cavabsız buraxmaq ona qarşı böyük həqarətdir (M.S.Ordubadi); NƏZAKƏTSİZLİK, SAYĞISIZLIQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / hörmətsizlik

hörmətsizlik sözünün rus dilinə tərcüməsi

  • 1 неуважение, непочтительность, грубость, дерзость

    Azərbaycanca-rusca lüğət / hörmətsizlik
  • 2 сущ. неуважение, неуважительность, непочтительность. Böyüklərə hörmətsizlik günahdır неуважение к старшим – грех, müəllifə hörmətsizlik mədəniyyatsizlikdir неуважение к автору – это бескультурье; hörmətsizlik etmək (göstərmək) оказывать, оказать (проявить) неуважение, непочтительность ◊ hörmətsizlik olmasın не сочтите за неуважение (употребляется как вводное сочетание)

    Azərbaycanca-rusca lüğət / hörmətsizlik

hörmətsizlik sözünün inglis dilinə tərcüməsi

hörmətsizlik sözünün fransız dilinə tərcüməsi

hörmətsizlik sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#hörmətsizlik nədir? #hörmətsizlik sözünün mənası #hörmətsizlik nə deməkdir? #hörmətsizlik sözünün izahı #hörmətsizlik sözünün yazılışı #hörmətsizlik necə yazılır? #hörmətsizlik sözünün düzgün yazılışı #hörmətsizlik leksik mənası #hörmətsizlik sözünün sinonimi #hörmətsizlik sözünün yaxın mənalı sözlər #hörmətsizlik sözünün əks mənası #hörmətsizlik sözünün etimologiyası #hörmətsizlik sözünün orfoqrafiyası #hörmətsizlik rusca #hörmətsizlik inglisça #hörmətsizlik fransızca #hörmətsizlik sözünün istifadəsi #sözlük