hörümçəklər sözü azərbaycan dilində

hörümçəklər

Yazılış

  • hörümçəklər • 86.8852%
  • Hörümçəklər • 13.1148%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hörümçəklər
Hörümçəklər (lat. Araneae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir. Hörümçəklər geniş yayılmışdır. Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür. və onların çoxalması 31 vasitəsilə olur. == Xarici quruluşu == Hörümçəklər 0.8 mm-dən 11 sm-ə qədər ölçüdə olurlar. Baş-döş şöbə bütöv örtüyə malikdir. Ön hissədə 4 cüt gözlər yerləşir.
Araneomorf hörümçəklər
Araneomorf hörümçəklər (lat. Araneomorphae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin hörümçəklər dəstəsinə aid heyvan infradəstəsi. Bu yarımdəstənin nümayəndələri çox iri zəhər vəzilərinə malikdirlər. == Ümumi xarakteristika == Araneomorf hörümçəklərin xeliserləri aşağıya doğru əyilmişdir. Hypochilidae fəsiləsi müstəsna olmaqla, araneomorf hörümçəklər bir cüt ağciyərə malikdir. == Təsnifat == Bu yarımdəstəyə dünya faunasında yayılan 53 fəsiləyə mənsub hörümçək növü daxildir.
Hörümçəklər (Aranea)
== Quruluşu == Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır. Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür.
Lifistiomorf hörümçəklər
Lifistiomorf hörümçəklər və ya Qarnıbuğumlular (lat. Mesothelae) — bu yarımdəstəyə ən primitiv quruluşlu hörümçəklər daxildir. == Ümumi xarakteristika == Bu yarımdəstənin nümayəndələrinin bədən ölçüləri 11–35 mm-dir. Xeliserləri önə doğru uzanmışdır. Zəhər vəziləri iri olmur. Pedipalpları iridir, təxminən ayaqları uzunluqdadır. Qarıncıqları buğumlu olub, 11 buğumdan ibarətdir. Qarıncığın qurtaracağında 8 ədəd tor ziyili yerləşir. Ağciyərləri iki cütdür. Bu yarımdəstənin Liphistiidae fəsiləsində birləşən 8 növü vardır.
Miqalomorf hörümçəklər
Miqalomorf hörümçəklər və ya Quşyeyən hörümçəklər (lat. Mygalomorphae) - bu yarımdəstəyə hörümçəklərin ən iri ölçülü nümayəndələri daxildir. 9 fəsiləyə mənsub olan 1500-ə qədər növü özündə birləşdirir. == Ümumi xarakteristika == Miqalomorf hörümçəklər yarımdəstəsinə aid olan hörümçəklərin ölçüləri 10 sm-ə kimi olur. Gözləri baş-döş şöbənin ön tərəfində bir-birinə yaxın yerləşir. Xeliserləri önə doğru uzanmışdır. Zəhər vəzilərinin ölçüsü böyük olmur. Qarıncıq hissə buğumsuzdur. Qarıncığın qurtaracağında 2-6 ədəd tor ziyili yerləşir. Əsasən tropik zonada yayılmışdır.
Qamçılıayaq hörümçəklər
Qamçılıayaq hörümçəklər (lat. Amblypygi) – hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. == Haqqında == Qamçıayaqlılar tropik ölkələrdə yaşayırlar. Orta ölçülü və daha iri formalar vardır. Xeliserləri qısadır və caynaqşəkilli buğumla nəhayətlənir. Qamçıayaqlıların xüsusi özünümüdafiə vasitəsi vardır. Onlarda anal dəliyinin yanında xarici mühitlə əlaqələnən anal vəzi yerləşir. Bu vəzi aşındırıcı maddə ifraz edir. Qamçıayaqlıların Thelyphonidae fəsiləsinə daxil olan 80-ə qədər növü məlumdur. Əksər növü Malay arxipelaqında və Mərkəzi Amerikada yayılmışdır.
Dəniz hörümçəkləri
Dəniz hörümçəkləri (lat. Pycnogonida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Hazırda 1000-dən çox müasir növü məlumdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2009 •••••••••• 0.32
2010 •••••• 0.18
2011 ••• 0.09
2012 •••••• 0.17
2013 ••••••••• 0.29
2014 •••••• 0.17
2015 •••••••••••••••••••• 0.68
2017 ••••• 0.16
2018 ••••••••• 0.30
2019 ••••• 0.14
2020 •••• 0.13

"hörümçəklər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hörümçəklər nədir? #hörümçəklər sözünün mənası #hörümçəklər nə deməkdir? #hörümçəklər sözünün izahı #hörümçəklər sözünün yazılışı #hörümçəklər necə yazılır? #hörümçəklər sözünün düzgün yazılışı #hörümçəklər leksik mənası #hörümçəklər sözünün sinonimi #hörümçəklər sözünün yaxın mənalı sözlər #hörümçəklər sözünün əks mənası #hörümçəklər sözünün etimologiyası #hörümçəklər sözünün orfoqrafiyası #hörümçəklər rusca #hörümçəklər inglisça #hörümçəklər fransızca #hörümçəklər sözünün istifadəsi #sözlük