Hümmətov sözü azərbaycan dilində

Hümmətov

Yazılış

  • Hümmətov • 98.0392%
  • HÜMMƏTOV • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tural Hümmətov
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988). İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
İzzət Hümmətov
Hüseyn Hümmətov
Zaur Hümmətov
Zaur Cəlal oğlu Hümmətov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2017-2020). Zaur Hümmətov 2000-ci illərdən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında xidmət edir. Zaur Hümmətova 2017-ci il yanvarın 25-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2020-ci il martın 12-nə qədər bu vəzifəni icra edib.
Xuraman Hümmətova
Xuraman Bəhmən qızı Hümmətova — AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru. Xuraman Bəhmən qızı Hümmətova Neftçala rayonunda Həsənabad kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1983-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. 1998-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrənin lirikası" namizədlik işini, 2018-ci ildə "Klassik Azərbaycan şeirində təsəvvüf (XII- XVI əsrlər)" mövzusunda doktorluq işini müdafiə etmişdir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır. Xuraman Hümmətova 2024-cü ildə Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib. Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağın vəsfi Şeyx Qalibin "Hüsn və Eşq" əsərində eşqin təsəvvüfi seyri. Tarixin taddaşında yaşayan sənətkar" 175 Abay Kunanbayev. Nizami Ganjevi’s masnavi (poem)"yeddi gözel" "seven beautıes" in tasavvuf context` Nəsimi şeirində milli koloritin poetik inikasi Nəsimi şeirində sözün informativ yükü "Kırkkız efsanesi" ve "kırklar meclisi" nin oluşturulmasında halk inançlarının qarşılıklı ilişkisi.
Zeynəb Hümmətova
Zeynəb Mübariz qızı Hümmətova (6 dekabr 1999, Şəki) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
Aygün Hümmətova
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. === Ölümü === 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.

Oxşar sözlər

#hümmətov nədir? #hümmətov sözünün mənası #hümmətov nə deməkdir? #hümmətov sözünün izahı #hümmətov sözünün yazılışı #hümmətov necə yazılır? #hümmətov sözünün düzgün yazılışı #hümmətov leksik mənası #hümmətov sözünün sinonimi #hümmətov sözünün yaxın mənalı sözlər #hümmətov sözünün əks mənası #hümmətov sözünün etimologiyası #hümmətov sözünün orfoqrafiyası #hümmətov rusca #hümmətov inglisça #hümmətov fransızca #hümmətov sözünün istifadəsi #sözlük