hüquqlarının sözü azərbaycan dilində

hüquqlarının

Yazılış

  • hüquqlarının • 84.8086%
  • Hüquqlarının • 15.1793%
  • HÜQUQLARININ • 0.0120%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müəllif hüquqlarının pozulması
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. == Terminologiya == === Piratlıq === Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Müəlliflik hüquqlarının pozulması
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Qadınların hüquqlarının qorunması
Qadınların hüquqlarının qorunması (ing. A Vindication of the Rights of Woman: with Strictures on Political and Moral Subjects 1792) — feminist fəlsəfənin ilk əsərlərindən biri olan XVIII əsrin İngilis feministi Meri Uolstonkraftın ən məşhur kitabı. Bu kitabda Uolstonkraft, qadınların təhsil almamalı olduğuna inanan on səkkizinci əsr təhsil və siyasi nəzəriyyəçiləri ilə polemikaya girir. O, qadınların cəmiyyətdəki mövqelərinə uyğun bir təhsil almalı olduqlarını, uşaqları böyüdükləri üçün millət üçün vacib olduqlarını və bu səbəbdən ərləri üçün “yoldaş” ola bildiklərini, yalnız arvadların deyil ”deyə mübahisələndirdi. Uolstonkraft, qadınları cəmiyyətin bəzəyi və ya evlilikdə alınıb-satıla bilən mülk olaraq görməkdənsə, kişilərlə eyni təməl haqlara layiq insan olduqlarını iddia edir. Uolstonkraft, Şarl Moris de Taleyran-Periqorun Fransa Milli Məclisinə qadınların yalnız evdə təhsil almaları lazım olduğunu söyləyən 1791-ci il tarixli hesabatını oxuduqdan sonra “Qadınların Hüquqlarını Müdafiəsi” yazmağa qərar verdi. bu hadisə ilə bağlı şərhlərini cinslərdəki ikili standartların geniş tənqidinə başlamaq və kişilərin qadınların həddindən artıq emosional olduğu görüşünü təbliğ etməkdə günahlandırmaq üçün istifadə etdi. Uolstonkraft baş verən hadisələrə birbaşa reaksiya göstərmək üçün əsərlərini tələsik yazdı; daha düşünülmüş ikinci cild yazmaq niyyətində idi, lakin tamamlanmadan vəfat etmişdir. == İstinadlar == == Biblioqrafiya == Sapiro, Virginia. A Vindication of Political Virtue: The Political Theory of Mary Wollstonecraft.
İstehlakçı hüquqlarının müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir. 16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing.
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi
Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi (ing. Universal Declaration of Linguistic Rights; "Barselona Bəyannaməsi" olaraq da tanınır) — 1996-cı ildə Beynəlxalq PEN Klubu və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən dil hüquqları, xüsusilə nəsli kəsilməkdə olan dillərin hüquqlarını dəstəkləyən bir sənəd. Bəyannamə 6-9 iyun 1996-cı il tarixlərində Barselonada keçirilən Dünya Dil Hüquqları Konfransının yekununda qəbul edildi . Elə həmin il Bəyannamə YUNESKO-nun Baş direktoruna təqdim edildi, lakin YUNESKO-dan rəsmi təsdiq almadı . == Tarixi == 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (UİHB) dildən insan hüququ kimi bəhs edilsə də, dil hüququ açıq şəkildə sadalanmır və göstərilmir. Sonradan qəbul edilmiş bir sıra beynəlxalq insan hüquqları sənədləri, dillərin hüquqları ilə bu və ya digər şəkildə, xüsusən: Milli və ya etnik, dini və linqvistik azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında bəyannamə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası Regional Dillər üçün Avropa Xartiyası Milli Azlıqların Müdafiəsi Çərçivə Konvensiyası Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt Xalqların Kollektiv Hüquqlarının Ümumdünya Bəyannaməsi. Eyni zamanda, qlobal miqyasda bütün dillərin və ya dil hüquqlarının qorunması ilə əlaqəli heç bir məcburi sənəd yox idi . Bu baxımdan bu boşluğu doldurmaq üçün cəhdlər edilmişdir. Ümumdünya Dil Haqları Bəyannaməsi ideyası ilk dəfə 1984-cü ildə Beynəlxalq Müasir Dil Müəllimləri Federasiyasında (FIPLV) ifadə edilmişdir. Bəzi əsas dil hüquqlarını və təhsilə təsirlərini formalaşdıran Braziliya Dilçilik Dərnəyinin keçmiş prezidenti professor Fransişku Qomeş de Matuş tərəfindən irəli sürülmüşdür.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı
Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik üzrə Bakı Konfransı — oktyabr ayının 20-də Bakı şəhərində təşkil edilən konfrans nəzərdə tutulur. Konfransda rəsmi şəxslər, 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak etmişdirlər. == Təşkili == Konfrans Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə həyata keçirilmişdir. Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu ilin iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bundan əvvəl BTQ bu ilin sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olub. == Konfransın gedişatı == Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlamışdır. Müraciətdə Fransa xüsusən tənqid edilmişdir: ...Sizi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram. Müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır...Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var.
Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya
Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya (ing. United Nations Convention on the Protection of the Rights of All Migrant Workers and Members of Their Families) — Konvensiya BMT-nin təşəbbüsü ilə hazırlanmış və BMT Baş Məclisinin 18 dekabr 1990-cı il tarixli 45/158 saylı qətnaməsi ilə qəbul edilmişdir. 1 iyul 2003-cü ildə qüvvəyə minmişdir. Bu, müdafiəyə ehtiyacı olan əhalinin müəyyən bir qrupunun hüquqlarına həsr olunmuş, ümumdünya xarakterli beynəlxalq bir müqavilədir: bütün miqrant işçilər və onların ailə üzvləri. Konvensiyanın əhatə dairəsi miqrasiya hazırlığı, gediş, tranzit və iş yerində qalma və ödənişli iş yerində çalışmaq, eyni zamanda mənşə və ya daimi yaşayış vəziyyətinə qayıtmaq kimi bütün köç müddətini əhatə edir. == Konvensiyanın məqsədləri == Konvensiyanın əsas məqsədi bütün miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarını beynəlxalq səviyyədə qorumaqdır. Konvensiyanın qəbul edilməsindən əvvəl, əməkçi miqrantların hüquqi vəziyyətini tənzimləyən müəyyən müddəalar əsasən Beynəlxalq Əmək Təşkilatı çərçivəsində hazırlanmış sənədlərdə yer alırdı: Miqrant İşçilər Konvensiyası (No 97), Sahədəki İstismar Konvensiyası. Miqrasiya və Miqrant İşçilərə fürsət və müalicə bərabərliyinin təmin edilməsi haqqında (No 143), Miqrant İşçilərin Tövsiyəsi (86), Miqrant İşçilərin Tövsiyəsi (No. 151), Zorla və ya Məcburi Əmək Konvensiyası (No 29) və Məcburi Əmək Konvensiyasının ləğvi (№ 105). Beynəlxalq Əmək Təşkilatının, Birləşmiş Millətlər Təşkilatlarının (xüsusilə İnsan Hüquqları Komissiyası və Sosial İnkişaf Komissiyasının), Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının bilik və təcrübələrini ümumiləşdirmək , Ümumdünya Səhiyyə Təşkilatı, miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının qorunması ilə əlaqədar dövlətlərin regional və ya ikitərəfli bir şəkildə inkişaf etdirdikləri təcrübəni nəzərə alaraq, xüsusi olaraq yaradılmış bir işçi qrupu qəbul edilmiş bir konvensiya layihəsi hazırladı və BMT Baş Assambleyasının 18 dekabr 1990-cı il tarixli 45/158 saylı qərarı ilə imza, təsdiq və qoşulma üçün açıldı.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti — antiinhisar nəzarəti, haqsız rəqabət, açıq məkan istisna olmaqla reklam qanunvericiliyinə nəzarət, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturu, o cümlədən standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində dövlət tənzimlənməsini həyata keçirən qurumdur. == Haqqında == Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il 3 nömrəli fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradılıb. Həmin ilin avqustunda Komitənin Əsasnaməsi təsdiq olunub. 1992-ci ildə bazar iqtisadiyyatına keçidlə bağlı mühüm əhəmiyyəti olan "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Ölkə başçısı tərəfindən "İnhisarçı müəssisələrin və birliklərin məhsullarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında" fərman imzalanıb. 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hüquqi şəxs statusunda İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilərək Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib. 2001–2006-cı illər ərzində Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və normativ sənədləri ilə Departamentin vəzifə və səlahiyyətləri xeyli dərəcədə genişlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da Xidmətin səlahiyyətlərinə aid edilib. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı fərmanla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 173.11 dəfə / 1 mln.
2002 ••••••• 95.93
2003 ••••••••••• 162.20
2004 ••••••••••• 151.26
2005 •••••••••••• 178.14
2006 •••••••••••• 168.70
2007 ••••••••••••••• 217.35
2008 ••••••••••••••• 213.41
2009 ••••••••••••• 190.22
2010 •••••••••••••••••••• 301.00
2011 ••••••••••••• 186.17
2012 •••••••••••• 175.36
2013 ••••••• 99.05
2014 ••••••••••• 154.79
2015 •••••••••••••• 206.52
2016 •••••••••• 144.91
2017 ••••••••• 125.84
2018 ••••••• 99.18
2019 ••••••••••• 158.01
2020 •••••••• 110.99

Oxşar sözlər

#hüquqlarının nədir? #hüquqlarının sözünün mənası #hüquqlarının nə deməkdir? #hüquqlarının sözünün izahı #hüquqlarının sözünün yazılışı #hüquqlarının necə yazılır? #hüquqlarının sözünün düzgün yazılışı #hüquqlarının leksik mənası #hüquqlarının sözünün sinonimi #hüquqlarının sözünün yaxın mənalı sözlər #hüquqlarının sözünün əks mənası #hüquqlarının sözünün etimologiyası #hüquqlarının sözünün orfoqrafiyası #hüquqlarının rusca #hüquqlarının inglisça #hüquqlarının fransızca #hüquqlarının sözünün istifadəsi #sözlük