Hüseynbala sözü azərbaycan dilində

Hüseynbala

Yazılış

  • Hüseynbala • 99.6579%
  • HÜSEYNBALA • 0.2933%
  • hüseynbala • 0.0489%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseynbala Ağaverdiyev
Hüseynbala Ağaverdi oğlu Ağaverdiyev (1888, Kürdəxanı, Bakı – 3 oktyabr 1937) — Azərbaycan inqilabçısı, dövlət xadimi, repressiya qurbanı. == Həyatı == 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulmuşdur. 1901-ci ildə atasının ölümündən sonra Balaxanıda alman milyoner Riderlin mədənlərində işləməyə başlayıb. 1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulmuş, Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra Binəqədi RİK tərkibinə daxil olmuşdur. 1922–26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini olmuşdur. 1926-cı ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinin icrası Əliheydər Qarayev, Hüseynbala Ağaverdiyev və Levon Mirzoyandan ibarət katibliyə həvalə edilmişdi. 1927–29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929–34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləmişdir. 1933-cü ildə ABŞ-yə işgüzar səfər etmişdir.
Hüseynbala Hüseynov
Hüseynbala Mirələmov
Hüseynbala Fazil oğlu Mirələmov (25 iyun 1945, Nuravud, Lerik rayonu) — azərbaycanlı siyasətçi, yazıçı, professor. == Həyatı == Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. 1964-cü ildə Lənkaran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirmişdir. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirmişdir. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olmuşdur. 1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən "Azərqaztəmirtikinti" trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyəti ilə məşğul olmuşdur. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Zavodunun direktoru olmuşdur.
Hüseynbala Məmmədov
Hüseynbala Məmmədov (iqtisadçı) — Azərbaycanın əməkdar iqtisadçısı
Hüseynbala Nemətzadə
Hüseynbala Nemətzadə — SSRİ Jurnalistlər İttifaqının üzvü, Qızıl qələm mükafatı laureatı, jurnalist-publisist. == Həyatı və fəaliyyəti == Hüseynbala Nəsir oğlu Nemətzadə 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. O eyni zamanda Azərbaycan SSR Jurnalistlər birliyinin üzvü olmuş qabaqcıl maarif xadimi fəxri adına layiq görülmüş, medalla təltif edilmişdir. Azərbaycan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsini bitirmişdir. Bir müddət pedaqoji fəaliyyət göstərən Nemətzadə 1961-ci ildən ömrünün sonuna qədər "Azərbaycan müəllimi", "Bakı", "Баку" qəzetləri və "Kirpi" jurnalının redaksiyalarında çalışmışdır. Hüseynbala Nemətzadə 1995-ci ildə Bakıda vəfat etmişdir. Hüseynbala Nemətzadə ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin əmisidir.
Hüseynbala Əliyev
Əliyev Hüseyn Balaəli oğlu – "Lenin ordeni" ilə təltif edilib (ölümündən sonra) == Həyatı == Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir. 1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir. BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir. Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir. 18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Hüseynbala Məmmədov (dəqiqləşdirmə)
Hüseynbala Məmmədov (iqtisadçı) — Azərbaycanın əməkdar iqtisadçısı
Hüseynbala Məmmədov (tələbə)
Hüseynbala Cəfərqulu oğlu Məmmədov (d.22 oktyabr 1899, Dərbənd - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1917-ci ildə Dərbənd realnı məktəbini bitirmişdir. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Bonn Ali Kənd Təsərrüfatı Məktəbinə (Almaniya) göndərilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

hüseynbala sözünün leksik mənası və izahı

Oxşar sözlər

#hüseynbala nədir? #hüseynbala sözünün mənası #hüseynbala nə deməkdir? #hüseynbala sözünün izahı #hüseynbala sözünün yazılışı #hüseynbala necə yazılır? #hüseynbala sözünün düzgün yazılışı #hüseynbala leksik mənası #hüseynbala sözünün sinonimi #hüseynbala sözünün yaxın mənalı sözlər #hüseynbala sözünün əks mənası #hüseynbala sözünün etimologiyası #hüseynbala sözünün orfoqrafiyası #hüseynbala rusca #hüseynbala inglisça #hüseynbala fransızca #hüseynbala sözünün istifadəsi #sözlük