Hüseyni sözü azərbaycan dilində

Hüseyni

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Hüseyni • 98.5915%
  • hüseyni • 1.4085%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseyni
Hüseyni (üzüm) — Üzüm növü.
Hüseyni (üzüm)
Hüseyni — Üzüm növü. Sortun vətəni Orta Asiyadır. Hüseyni ərəb sözü olub "gözəl" və "yaxşılıq" deməkdir. Ən çox Özbəkistanda və dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanın əksər rayonlarında və ən çox Şəmkirdə yayılmışdır. Bir çox variasiyaları vardır. Ağ Hüseyni gilələri boğmalı olan, boğulma gilənin ortasındadır; Hüseyni Lyunda – gilələri silindrikdir, ağdır, gəlinbarmağı gilələri ensiz və nazikdir; çəhrayı Hüseyni – Hüseyni Lyunda kimidir, ancaq çəhrayıdır. Bunların içərisində Hüseyni Lyunda geniş yayılmışdır. Təsvir də buna görə aparılmışdır. Kolları güclü böyüyəndir. Kordon formaları bu sorta uyğun gəlir.
Hüseyni sülaləsi
Hüseyni sülaləsi — 1705-1881-ci illərdə Tunisi idarə edən türk sülaləsi. Qurucusu Hüseyn bin Əli ət-Türkidir.
Hüseyni Əbülfəzl
Hüseyni Əbülfəzl Aslan oğlu – şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Hüseyni Əbülfəzl 1925-ci ilin baharında Cənubi Azərbaycanda, Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclık dövründən onda şerə maraq oyanmış, ilk şerlərini yazmışdır. == Azadlıq uğrunda döyünən ürək == Milli azadlıq Hərəkətına qoşulmuş, Cənubi Azorbaycanda demokratik Hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik qurluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbəycanda siyasi sığınacaq tapmışdır (1946). == Həyatında yeni səhifə == Burada Bakı Tibb texnikomunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin fılologiya fəkültəsinin axşam şöbəsinə daxil olmuş, ikinci kursdan əyani şöbəyə dəyişilmiş. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra əvvəl Qaradağ qəsəbə orta məktəbində (1954-1957), sonar isə Bakı şəhərində 160 nomrəli orta məktəbdə müəllimlik etmişdir (1954-1957). 1958-1959 cı illərdə “Göyərçin” uşaq jurnalı redaksiyasında işləmişdir.
Həsən Hüseyni
Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; 25 aprel 1970, Sobu, Zəngilan rayonu) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas; "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019); Qarabağ müharibəsi qazisi; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü. == Həyatı == Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya-biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir. 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır. 2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib. == Hərbi xidməti == Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir.1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir. O, əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir.
Ruslan Hüseyni
Ruslan Hüseynov (aktyor)
Şəhab Hüseyni
Şəhab Hüseyni — İran aktyoru. == Filmoqrafiya == Yekun imtahan (1395) Lobbi (1395) Qardaşım Khosrow (1394) Çərşənbə (1394) Sun Midnight (1394) Paralel gölgeler (1394) Satıcı (film, 2016) Sevgi Çağı (1393) Qorxun Şirin ləzzəti (1393) Beş Ulduz (1392) ortada qalmaq (1392) Lovely Rubbish (1391) Rəsm rəsm (1391) Hey!
Əbülfəz Hüseyni
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əhəd Hüseyni
Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. == Həyatı == Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. == Yaradıcılığı == === İran dövrü === 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.
Aşağı Hüseyni (Çaroymaq)
Aşağı Hüseyni (fars. حسيني سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Rza Hüseyni Nassab
Ayətullah Seyid Rza Hüseyni Nassab (22 noyabr 1960, Yəzd) — Hamburqda İslam Mərkəzi müdiri (1999–2003). 2003-cü ildən o Kanadada Ahlul Beyt Məclisi başçısıdır. 50-dən çox kitab yazmışdır.
Yuxarı Hüseyni (Çaroymaq)
Yuxarı Hüseyni (fars. حسيني عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (44 ailə).
Əbülfəz Hüseyni (Həsrət)
Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi (1968). == Həyatı == Əbülfəz Hüseyni 1925-ci ilin baharında İranın Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stomatologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Qaradağ qəsəbə orta məktəbində müəllimlik etmişdir (1954-1957). Sonra Bakıda 160 saylı orta məktəbə dəyişilmişdir (1957).
Əmin əl-Hüseyni
Hacı Məhəmməd Əmin əl-Hüseyni (ərəb. محمد أمين الحسيني‎; 1 yanvar 1895, Qüds, Osmanlı imperiyası – 4 iyul 1974[…], Beyrut) — Qüds müftisi, Fələstindəki ərəb millətçilərinin lideri. == Həyatı == Əmin əl-Hüseyni 1895-ci ildə Qüdsün ən zəngin və nüfuzlu ərəb ailələrindən birində anadan olmuşdur. O, Qüdsdəki Yəhudi Hərəkatı Alyansının məktəbində, sonra Qahirədə Əl-Əzhər Universitetində və İstanbulda inzibati işçilər hazırlayan məktəbdə təhsil alıb. 1914-1917-ci illərdə Osmanlı ordusunda xidmət etmişdir. Fələstinin ingilis qoşunları tərəfindən işğalından sonra hərbi idarənin rəsmisi oldu. O, Qüdsdə millətçi ərəb gənclərinin iki ən böyük təşkilatından biri olan Ərəb Klubuna rəhbərlik edib. Əl-Hüseyni 1920-ci ilin aprelində Qüdsdə yəhudilərə qarşı iğtişaşlar təşkil etdiyinə görə Britaniya imperiya məhkəməsi tərəfindən qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilmiş, lakin həmin ilin avqustunda əfv edilmişdir. 1921-ci ilin mayında Britaniyanın ali komissarı Herbert Samuel Hüseyni Qüds müftisi təyin etdi (1921-ci ilin martına qədər bu vəzifəni onun ögey qardaşı tuturdu). Hüseyni 1929-cu ildə yəhudi talanlarının təşkilində fəal iştirak edib.
Xəlifə sultan əl-Hüseyni
Xəlifə sultan əl-Hüseyni (1590, İsfahan – 1654, Behşəhr, Mazandaran ostanı) — Səfəvilər dövründə vəzir, sonra baş vəzir (1645-1648). == Həyatı == Əsl adı Seyid Əlaəddin ibn Mir Rəfiəddin Məhəmməd bin Mir Şücaəddin Hüseynidir. Xəlifə sultan kimi tanınırdı. Xəlifə sultan Təbriz şəhərində anadan olmuşdu. Seyid əsillidir. Onlara Mərəşiyyə seyidləri deyirdilər. I Şah Abbas Səfəvinin anası tərəfdən qohumu idi. I Şah Abbas Səfəvinin vaxtında vəzir idi. Şah Səfi hakimiyyətə gəldikdən sonra 1632-ci ildə onu həmin vəzifədən kənarlaşdırdı. Onun yerinə Mirzə Əbutalib xan Ordubadi təyin olundu.
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) - Xəttat və həkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi.
Hüseyniyyə
Hüseyniyyə və ya Hüseyniyə — şiə xatırlama mərasimləri, xüsusilə Məhərrəm Əzadarlıq ilə bağlı bir camaat salonu.Adı,Məhəmmədin nəvəsi və şiələrin üçüncü İmamı Hüseyn ibn Əlidən gəlir.
Hüseyniyyə (şəhər)
Hüseyniyə— İranın Xuzistan ostanının Əndimeşk şəhristanının Əlvar Gərmsiri bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 405 ailədən ibarət idi.
Hüseyniyyə məscidi
Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. == Tarixi == Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir: Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində, indi suvağın altında qalan nəbati ornamentlər olmuşdur. Ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin məscid deyil, mədrəsə, mehmanxana məqsədilə tikildiyini söyləməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi, lakin bu binadan uzun müddət məscid kimi istifadə edilmişdir.
Hüseyniyə
Hüseyniyə— İranın Xuzistan ostanının Əndimeşk şəhristanının Əlvar Gərmsiri bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 405 ailədən ibarət idi.
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı — bu məqalədə Hüseyn ibn Əlinin qohumlarının və yoldaşlarının Kərbəla döyüşündə olan itkilərinin siyahısı mövcuddur. Döyüş cümə günü Məhərrəm ayının 10-da baş verdi, İslam təqviminə görə 61-ci ildə (10 oktyabr, 680-ci il) bugünkü İraqda mövcud olan Kərbəlada gerçəkləşdi.Döyüş Kufə qoşunları ilə gücləndirilmiş Suriyadan gələn Yezid ordusu ilə İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin ailələrindən və səhabələrindən ibarət karvan arasında gedirdi. Hüseynin yoldaşlarından 72 kişi (Hüseynin 6 aylıq oğlu da daxil olmaqla) I Yezidin qüvvələri tərəfindən öldürüldüyü iddia edilir. == Hüseyn ibn Əlinin ordusu == Aşağıda Hüseyn ibn Əlinin yoldaşlarının Kərbəla döyüşündə həlak olanların siyahısı verilmişdir. === Bani Haşim üzvləri === Bu insanlar Əbu Talib ibn Əbdül-Müttəlibin nəslindən və Kərbəla döyüşündə həlak olmuş Bəni Haşimdən idilər. ==== Əli ibn Əbi Talibin nəvələri ==== ===== Əli ibn Əbi Talibin oğlanları ===== Aşağıdakılar Əlinin oğulları idi: Fatimənin oğlu Hüseyn ibn Əli Cəfər ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abdullah ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Osman ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abbas ibn Əli, Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Hüseynin ordusunun bayraqdarı, Ümmül-Banunun oğlu. Əbu Bəkr ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Leyla binti Məsudun oğlu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.48 dəfə / 1 mln.
2003 •••••• 1.18
2004 •••••••••••••••••••• 4.72
2005 •••••••••••••••••••• 4.72
2006 •••••••••••••••••••• 4.50
2007 ••••••••••••••• 3.38
2008 •••• 0.73
2009 ••••••••••••• 3.04
2010 •••••••••••••••• 3.72
2011 •••••••••••••••• 3.77
2012 •••••••• 1.72
2013 ••••••••••••• 3.06
2014 •••••••• 1.89
2015 ••••••••• 2.04
2016 •••••••••• 2.26
2017 •• 0.33
2018 •••••• 1.35
2019 ••••••••• 2.09
2020 •••••• 1.33

hüseyni sözünün leksik mənası və izahı

hüseyni sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. муз. “Хусейни”: 1. название одного из азербайджанских классических мугамов 2. название одного из азербайджанских лирических ашугских мелодий

    Azərbaycanca-rusca lüğət / hüseyni

hüseyni sözünün ləzgi dilinə tərcüməsi

hüseyni sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa) üzüm növü

Azərbaycan dilinin dialektoloji lüğəti.

"hüseyni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüseyni nədir? #hüseyni sözünün mənası #hüseyni nə deməkdir? #hüseyni sözünün izahı #hüseyni sözünün yazılışı #hüseyni necə yazılır? #hüseyni sözünün düzgün yazılışı #hüseyni leksik mənası #hüseyni sözünün sinonimi #hüseyni sözünün yaxın mənalı sözlər #hüseyni sözünün əks mənası #hüseyni sözünün etimologiyası #hüseyni sözünün orfoqrafiyası #hüseyni rusca #hüseyni inglisça #hüseyni fransızca #hüseyni sözünün istifadəsi #sözlük