Alkatraz həbsxanasından qaçış (iyun, 1962)
Alkatraz həbsxanasından qaçış — 1962-ci ilin iyun ayının 11-i 4 məhbus — Frenk Morriz, Enqlin qardaşları və Alen Vestin həbsxanadan qaçması hadisəsi. Frenk Morriz və Enqlin qardaşlarının qaçış planı uğurla alınsa da, Alen Vest həbsdən qaça bilmir. 1962-ci ildən indiyə kimi 3 məhbus — Frenk Morriz və Enqlin qardaşlarını görən olmayıb. FTB uzun müddət davam edən istintaqın nəticəsində həbsxana qaçaqlarının San Fransisko Körfəzində batdığı qərarına gəlib.
Ancaq bu gün də yüksək səviyyədə qorunan bu həbsxanadan qaçan 3 nəfərin taleyi müəmmalı olaraq qalır.