* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Xalq təbabətində: xəstə adama küpə salıb qan almaqdan ibarət müalicə üsulu, habelə müalicə məqsədilə qan almaq, qanı sormaq üçün işlədilən buynuzşəkilli alət. Şeyx Şabanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı … çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı. Ə.Haqverdiyev. Kəndin bir kişisi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / həcəmət1 Ərəbcədir, sinonimi farsca “badkeş”dir. Bizdə sorğu (soğmaq feilindəndir) işlədilib. Sor-ğu qəlibi üzrə yaranıb (sormaq feili soğmaqdan əmələ gəlib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / həcəmət1 HƏCƏMƏT (təbabətdə müalicə məqsədi ilə işlədilən əşya, qab, banka) Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki, Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı (S.S.Axundov); BADKEŞ (köhn.) Badkeş qanı zəli kimi sümürür (ADDL); KÜPƏ [Namiq:] Nə kompres, nə rentgen, nə bellərinə küpə salan.. (Anar).
Azərbaycan dilinin sinonimlər lüğəti / həcəmət2 сущ. 1. кровопускание (в народной медицине: метод выпускания какого-л. количества крови из организма с лечебной целью) 2. предмет (горшок, банка), употребляемый в народной медицине для выпускания крови. Həcəmət qoymaq пускать, пустить кровь, отсасывать кровь кровососными предметами
Azərbaycanca-rusca lüğət / həcəmət1 [ər.] сущ. халкьдин медицинада: азарлудан чӀуру иви фитӀинун, къачун патал крчуниз ухшар алат ва гьахьтин алатдалди (банкаяр хьиз алкӀурна) азарлудалай иви къачуникай ибарат сагъарунин къайда.
Azərbaycanca-ləzgicə lüğəti / həcəmət