Hədayiq əs-siyahət
Hədayiq əs-siyahət (azərb. Səyahət bağları) — Hacı Zeynalabdin Şirvaninin əsəridir.
Hədaiq əs-siyahət girişdən, 28 fəsildən və nəticədən ibarətdir. Mətn əlifba hərfləri tərtibilə yəni coğrafi lüğətə oxşar formada tərtib edilmişdir. Mətnin mütaliəsindən anlaşılır ki, Şirvani 30 ildən artıq bu əsər üzərində çalışmış və onu hicri-tarixi ilə 1242/1826–27-ci ildə Şiraz şəhərində bitirmişdir. Əsərin sonunda belə yazılmışdır: "Allahın lütfü ilə Hədaiq əs-siyahət adlı bu kitabı şənbə günü, Zilhiccə ayının iyirmi səkkizi, yəni Qədir-Xum bayramı günü, hicri-qəməri tarixi ilə 1242-ci ildə Şiraz şəhərində bitirdim. Bəndəniz hicri-qəməri tarixi ilə 1273-cü ildə dördüncü gün, mübarək ramazan ayının 5-i bu kitabın nüsxəsini də yazıb başa çatdırdım".