* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Həkim sənəti, həkimin işi, peşəsi; doktorluq; təbabət. [Fərhad:] …Musa ilə də belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə, orada həkimlik oxuyub qurtaraq. Ə.Haqverdiyev. [Sadıq kişinin övrəti ərinə:] A kişi, qaç bazara… Qaç tez usta Hüseynin yanına, onun həkimlikdə səriştəsi çoxdu… C.Məmmədquluzadə. □ Həkimlik etmək – təbabətlə məşğul olmaq, doktorluq etmək (bir peşə kimi).
Azərbaycan dilinin izahlı lüğəti / həkimlik1 HƏKİMLİK (həkim sənəti) [Fərhad:] Orada həkimlik oxuyub qurtaraq (Ə.Haqverdiyev); DOKTORLUQ Akif: Bu haman Zərifə xanımdır ki, menim ilə Şvetsariyada doktorluq məktəbində oxuyurdu (M.S.Ordubadi); TƏBABƏT Səhhət: Bir qədər Tehranda və ətrafda təbabət etdikdən sonra vətəni əslisi olan Şamaxıya övdət etmişdi (A.Şaiq); TƏBİBLİK Həkimbaşı: Men qırx beş ildir ki, təbiblik edirəm (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / həkimlik2 I сущ. профессия врача II прил. врачебный. Həkimlik fəaliyyəti врачебная деятельность, həkimlik təcrübəsi врачебный опыт, həkimlik etikası врачебная этика ◊ həkimlik sirri профессиональная тайна врача о болезни, которую без согласия больного врач не имеет права разглашать
Azərbaycanca-rusca lüğət / həkimlik1 сущ. духтурвал, духтурдин сенят, пеше; həkimlik etmək духтурвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / həkimlik