Həmma sözü azərbaycan dilində

Həmma

Yazılış

  • Həmma • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmmad ibn Buluqqin
Həmmad ibn Buluqqin Ziri əs-Sanhaci əl-Bərbəri (?-1028) — Həmmadilər sülaləsi və dövlətinin qurucusu. == Həyatı == Fatimi xəlifəsi Muiz-Lidinillaha tabi olaraq Mərkəzi Məğribdə Zirilər dövlətini quran Bərbəri Sanhacə qəbiləsinə mənsub Buluqqin b. Zirinin oğludur. Bir müddət Kayrəvanda fiqh təhsili gördü və cədəl kitablarını incələdi; ancaq cəsur və atılgan şəxsiylə daha çox əsgəri sahədə təmayüz etdi. Buluqqinin yerinə keçən Mənsurun dönəmində (984-996), Əbül-Bahar b. Zirinin Cəzayirdə istiqlalini elan etmə təşəbbüsünü əngəllədi; əsl şöhrətini isə Mənsurdan idarəni alan Badis b. Muiz dönəmində (996-1016) Sanhacə torpaqlarını təhdid edən Zənatəlilər qarşısındakı başarılarıyla qazandı. Badis tərəfindən “naibül-əmir” ünvanıyla ölkənin qərb kəsimində əmin-amanlığı qorumaqla vəzifələndirildi və ona Əşir bölgəsiylə zəbt edəcəyi yeni torpaqlar iqta olaraq verildi. Həmmad, xanədan mənsubu Maksin və Zavi qardaşların üsyanlarını yatıraraq (1000) və Zənatəlilər qarşısında üst-üstə uğur qazanaraq Zab, Məsilə və civarını itaət altına aldı (1005). Ayrıca Badisin izniylə, ələ keçirdiyi torpaqlarda qurulub valiliyinə gətirildiyi yeni vilayətin idari mərkəzi olmaq üzrə Məsilə yaxınında torpağı əkin-biçinə əlverişli bir yerdə Kalatü-Bəni Həmmad deyilən müstahkəm və mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib şəhəri inşa etdi.
Həmmadilər sülaləsi
Həmmadilər sülaləsi— 1015-1152-ci illərdə hökmranlıq edən bərbəri əsilli süalalə. == Tarixi == Sülalə adını qurucusu Həmmad ibn Buluqqin bin Ziridən alır. Fatımilərin 972-ci ildə geri çəkilməsindən sonra Məğribin idarəsi, yenə bu dövlətin himayəsində olmaq üzrə Bərbəri əsilli Sanhacə qəbiləsinə mənsub Ziri sülaləsinin əlinə keçdi. Ziriləri təhdid edən ilk təhlükə, Əndülüs əməvilərinə tabe olan zənatəlilərin başladığı üsyan oldu. Zirilər üsyanı yatırmaq üçün hərəkətə keçdilər; ancaq bu ilk zamanlarda gözlənən nəticəni verdisə də, bir müddət sonra hadisələr əks istiqamətdə cərəyan etməyə başladı və Ziri torpaqları parçalandı. Bu parçalanan torpaqların bir qismində zirilərin əqrabaları olan həmmadilər öz müstəqilliklərini elan etdilər. Zənatəlilərə qarşı verilən mücadələdə üst üstə qazandığı uğurlarla özünü göstərən Həmmad ibn Buluqqin ibn Ziri, Sultan Badis b. Muiz tərəfindən Zab və Məsiləni içinə alan bölgənin valiliyinə gətirildi; ayrıca müstahkəm bir idarə mərkəzi qurma istəyi də qəbul edildi. Bunun üzərinə Həmmad, Məsilənin şimal-şərqində Kalatü-Bəni Həmmad deyilən bir qala-şəhər qurdu və ardından da bir bahanəylə əsl niyətini açığa vuraraq müstəqilliyini elan etdi. Həmmadilərin tarixini, biri mərkəzin Kalatü-Bəni Həmmad olduğu 1015-1067, digəri Bicayəyə köçürüldüyü 1067-1152-ci illər arası olmaq üzrə iki dönəmdə incələmək mümkündür.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.

"həmma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmma nədir? #həmma sözünün mənası #həmma nə deməkdir? #həmma sözünün izahı #həmma sözünün yazılışı #həmma necə yazılır? #həmma sözünün düzgün yazılışı #həmma leksik mənası #həmma sözünün sinonimi #həmma sözünün yaxın mənalı sözlər #həmma sözünün əks mənası #həmma sözünün etimologiyası #həmma sözünün orfoqrafiyası #həmma rusca #həmma inglisça #həmma fransızca #həmma sözünün istifadəsi #sözlük