* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars. həm və ər. söhbət] Birisi ilə söhbət edən, söhbət yoldaşı; müsahib. …Bir az zamanda Sona özü üçün həmsöhbət tapıb, gününü gah bağlarda və gah meşələrdə keçirirdi. N.Nərimanov. [Bəhram:] [Pərini] çağırım, bir az həmsöhbət olsun. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / həmsöhbət2 f. və ə. söhbət yoldaşı, söhbətləri tutan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / həmsöhbət1 HƏMSÖHBƏT [Cənnətəli ağa:] İndi biz ilən həmsöhbət olacaqdır (N.Vəzirov); QULAQYOLDAŞI (dan.) Həmid xəyalına gətirmirdi ki, Bakıya qayıdanda öz evində belə darıxacaq. Bəlkə də evdə bir qulaqyoldaşı olsaydı, o bu cür xiffət çəkməzdi (H.Abbaszadə); MÜSAHİB Rəssam həmişə diqqət və hörmətlə müsahibinə qulaq asır, adamın yaxşı cəhətlərini görür və sevinir, özü isə nəzakətlə danışır, yumşaq rəftar edir (M.İbrahimov); HƏMNİŞİN (kl.əd.) Qəm mərhələsində qalmışam fərd; Nə yar, nə həmnişin, nə həmdərd (Füzuli); NƏDİM Ağsaqqal, qoca nədim; çox dərdləri bilən həkim... (M.Seyidzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / həmsöhbət1 [fars. həm və ər. söhbət] сущ. эхтилатдин юлдаш, гафардай юлдаш; эхтилатчи.
Azərbaycanca-ləzgicə lüğəti / həmsöhbət