hərcayi sözü azərbaycan dilində

hərcayi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərcayi • 82.8571%
  • Hərcayi • 11.4286%
  • HƏRCAYİ • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hərcayi sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam. – Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər. Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş qaldırıb, talanlar yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov. // Zərf mənasında. Boş-boş, avara-avara, veyil-veyil. Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. M.Ə.Sabir. // İs. mənasında. Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər. Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq içində, dost yanında olar xar… Aşıq Hüseyn. 2. Mənasız, boş. Hərcayi iş. – [Hacı:] Hərcayi söz danışırsan! M.İbrahimov. İçəridən … zarafatlaşan cavanların hərcayi sözləri eşidilirdi. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / hərcayi

hərcayi sözünün sinonimləri (yaxın mənalı sözlər)

hərcayi sözünün rus dilinə tərcüməsi

  • 1 1. развязный; 2. неуместный, некстати сказанное (слово);

    Azərbaycanca-rusca lüğət / hərcayi
  • 2 I прил. 1. праздный (ничем не занимающийся, живущий без работы, без дела), праздношатающийся. Hərcayi adam праздный человек 2. неуместный (сказанный некстати). Hərcayi söz неуместное слово 3. пустой, бесполезный. Hərcayi iş пустое дело II нареч. праздно. Hərcayi gəzmək праздно шататься III сущ. праздношатающийся, бездельник ◊ hərcayi danışmaq бросаться словами

    Azərbaycanca-rusca lüğət / hərcayi

hərcayi sözünün inglis dilinə tərcüməsi

hərcayi sözünün fransız dilinə tərcüməsi

hərcayi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. прил. авара, са карни тийир; 2. нареч. авара-авара, буш-буш, са карни тийиз (мес. къекъуьн); 3. сущ. авара, дудуркъули; 4. прил. манасуз, буш (мес. гафар).

    Azərbaycanca-ləzgicə lüğəti / hərcayi

hərcayi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: hərcayı. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Bax: hərcayı. Öpmədim gülər üzündən, Doymadım ala gözündən; Nakəs, hərcayi sözündən Gül uymaz xara deynən.                                 (“Əmrah”)                          * Sən gəl uyma hərcayiyə, nakəsə, Naxələfdi, onda düz bazar olmaz. Ortaq olma bivəfanın tağına, Zatı yoxdu, şamaması tər olmaz.                                     (“Seydi və Pəri”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HƏRCA(Y)İ f. 1) hər yerdə olan, xüsusi yeri olmayan; 2) sərsəri, dərbədər; 3) boş, nahaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"hərcayi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərcayi nədir? #hərcayi sözünün mənası #hərcayi nə deməkdir? #hərcayi sözünün izahı #hərcayi sözünün yazılışı #hərcayi necə yazılır? #hərcayi sözünün düzgün yazılışı #hərcayi leksik mənası #hərcayi sözünün sinonimi #hərcayi sözünün yaxın mənalı sözlər #hərcayi sözünün əks mənası #hərcayi sözünün etimologiyası #hərcayi sözünün orfoqrafiyası #hərcayi rusca #hərcayi inglisça #hərcayi fransızca #hərcayi sözünün istifadəsi #sözlük