hərəmxana sözü azərbaycan dilində

hərəmxana

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərəmxana • 80.0000%
  • Hərəmxana • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hərəmxana
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.

hərəmxana sözünün leksik mənası və izahı

  • 1 is. [ər. hərəm və fars. …xanə] köhn. Sarayda hərəmlərin (2-ci mənada) yaşadığı otaqlar, bina. Şah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: – Mirzə Sədrəddini çağır, gəlsin. M.F.Axundzadə. …Əbdülhəmidin hərəmxanasında dörd yüzədək övrət və qız var imiş. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / hərəmxana

hərəmxana sözünün etimologiyası

hərəmxana sözünün rus dilinə tərcüməsi

  • 1 1. гарем; 2. гаремный;

    Azərbaycanca-rusca lüğət / hərəmxana
  • 2 I сущ. истор. гарем: 1. у мусульман: помещение или часть его, в котором проживали наложницы 2. собир. жёны и наложницы хозяина дома. Sultanın hərəmxanası гарем султана, saray sükuta qərq oldu, hərəmxana uyudu дворец утих, гарем уснул II прил. гаремный (относящийся к гарему). Hərəmxana adətləri гаремные нравы

    Azərbaycanca-rusca lüğət / hərəmxana

hərəmxana sözünün inglis dilinə tərcüməsi

hərəmxana sözünün fransız dilinə tərcüməsi

hərəmxana sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. hərəm və fars. ...xanə] сущ. куьгьн. гьеремхана, сарайда папар яшамиш жедай кӀвалер, папарин кӀвал, дарамат.

    Azərbaycanca-ləzgicə lüğəti / hərəmxana

"hərəmxana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hərəmxana nədir? #hərəmxana sözünün mənası #hərəmxana nə deməkdir? #hərəmxana sözünün izahı #hərəmxana sözünün yazılışı #hərəmxana necə yazılır? #hərəmxana sözünün düzgün yazılışı #hərəmxana leksik mənası #hərəmxana sözünün sinonimi #hərəmxana sözünün yaxın mənalı sözlər #hərəmxana sözünün əks mənası #hərəmxana sözünün etimologiyası #hərəmxana sözünün orfoqrafiyası #hərəmxana rusca #hərəmxana inglisça #hərəmxana fransızca #hərəmxana sözünün istifadəsi #sözlük