həyati sözü azərbaycan dilində

həyati

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həyati • 94.0402%
  • Həyati • 5.6133%
  • HƏYATİ • 0.3465%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bitkilərin həyati formaları
Bitkilərin həyati formaları - Bitkilərin tumurcuqlarının əlverişsiz şəraitdə (ilin soyuq və quru mövsümlərində) torpağın və qar örtüyünün səviyyəsinə uyğunlaşması və özünü qorumasıdır. Bu sistem ilk dəfə 1905-ci ildə, Danimarka botaniki K.Raunkiaer tərəfindən təklif edilmişdir.Raunkier bitkiliyin formalaşdığı, müxtəlif ekoloji şəraiti əks etdirən, bitkilərin həyati formalarının 5 əsas tipini təsnif etmişdir. Müəyyən bir həyati formaya aid olan növlərin faizini hesablayaraq, dünyanın müxtəlif bölgələrinin və ya planetin müxtəlif tipli bitkiliklərinin həyati formalarının spektri əldə olunur. == Fanerofitlər == Fanerofit bitkilərdə tumurcuqlar qışlayır və ya quraqlıq dövrünü "açıq şəraitdə", torpaqdan hündürdə keçirirlər. Onları tumurcuqları xüsusi pulcuqşəkilli qabıqla mühafizə olunur. Bu tip özündə ağaclar, kollar və lianları birləşdirən 15 alttipi birləşdirir. Alttiplər ölçüdən (meqa-, mezo-, mikro- və nanaofanerofit), tumurcuğun tipindən (qorunan və ya açıq) və yatpaqtökməsinə (həmişəyaşıl və ya yarpağını tökənlər) görə bölünür. == Xamefitlər == Xamefit bitkilərdə qönçələr və təpə tumurcuqları əlverişsiz şərati torpağın səthinə sərilən və ya torpağa yaxın yerləşən əlavə tumurcuqlardan inkişaf edir. soyuq ərazilərdə bitən xamefitlərdə qönçə və təpə tumurcuqlarını qar, isti bölgələrdə isə onları bitki qalıqları örtür. Bunları Raunkier 4 alttipə bölmüşdür: yarımkollar, kolcuqlar, yarımkolcuqlar və "yastıq" bitkilər.
Şərqdə həyati məkan
Şərqdə həyati məkan (alm. Lebensraum im Osten‎) — Şərqi Avropada german xalqlarının (nasist rəhbərlərinin anlayışına görə "arilər") ərazilərinin məskunlaşdırılması planlarını əks etdirən nasional-sosialist təbliğat termini. İlk dəfə bu termin Vilhelm dövründə meydana gəlsə də, sonradan nasistlər ona irqi və bioloji bir kontekst vermişdir. "Məkansız insanlar" (alm. Volk ohne Raum‎) üçün geniş ərazilər əldə etmək istəyi Henrix Himmler tərəfindən hazırlanan "Ost" Baş Planının ideoloji əsaslarından biri olaraq xidmət etdi. "İrqi baxımdan arzuolunmaz" əhalinin genişmiqyaslı deportasiyasını, əsarətini və iqtisadi istismarını təmin edirdi. Fridrix Ratsel (1844-1904) bu termini "Siyasi coğrafiya" (1897) və "Həyati məkan" (1901) adlı elmi əsərlərində irəli sürmüşdür. Eyni zamanda o, Çarlz Darvinin heyvanlar aləmində yaşamaq uğrunda mübarizəyə dair nəzəriyyələrini xalqlar arasındakı münasibətlərə köçürmüş və dövlətləri davamlı olaraq yaşayış sahəsi uğrunda mübarizə aparan, mövcudluğunun varlığından asılı olan canlılar kimi təsvir etmişdir. Bu termin Xalq hərəkatı (Völkische beewegung) və Ümumalman ittifaqı (Alman Alldeutscher Verband) tərəfindən götürülmüş və Şərqi Avropada o zaman çoxsaylı Alman azlıqları (Volksdeutsche) və onların genişlənmə planları ilə əlaqədar istifadə edilmişdir. Hesab olunurdu ki, onların sahib olduğu torpaqlar itirilməməli, məqsəd yeni qəsəbələr salmaq olmalıdır.
Həyatizadə Mehmed Əmin Əfəndi
Həyatizadə Mehmed Əmin Əfəndi (v. sentyabr 1747, Dəməşq əyaləti) — Osmanlı alimi, təbibi və şeyxülislamı. == Həyatı == Doğum tarixi bilinmir. Babası IV Mehmed dönəminin baş həkimi yəhudi əsilli Mustafa Feyzi Əfəndi, atası isə müdərris Əhməd Əfəndidir. Mədrəsə təhsilini tamamladıqdan sonra müdərrislik ünvanı aldı və ailəsinin nüfuzu sayəsində sürətlə yüksəldi. Ardından Yenişəhər qazılığına gətirildi. 1734-cü ildə Ədirnə qazısı, qardaşı Mustafa Feyzi Əfəndinin təqaüdə ayrılmasının ardından 1736-cı ilin martında baş həkimliyə yüksəldi. Çox keçmədən 17 mart 1738-ci ildə Məkkə və İstanbul qazılığına gətirildi. 1739-cu ildə qazılıqdan alındı və 11 fevral 1740-cı ildə Rumeli qazəsgərliyinə yüksəldi. 29 avqust 1741-ci ildə vəzifə müddəti tamam oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.11 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 30.84
2003 ••••••••• 12.60
2004 ••••••• 10.78
2005 ••••• 7.42
2006 •••••• 9.01
2007 ••••••••• 12.69
2008 •••••••• 12.18
2009 •••• 5.76
2010 ••••••• 9.62
2011 ••••••• 9.52
2012 ••••• 7.31
2013 ••••••• 10.21
2014 ••••••• 10.47
2015 •••••••• 11.23
2016 •••••• 8.16
2017 ••••• 7.64
2018 ••••••• 10.79
2019 ••••• 7.65
2020 •••••••••••••• 20.16

həyati sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Həyatla, diriliklə bağlı olan. Həyati proseslərin getməsi üçün orqanizm müəyyən enerji sərf etməlidir ki, bu da tənəffüs prosesində əldə edilir. “Bitki fiziologiyası”. // Həqiqi həyatı, gerçəkliyi əks etdirən, həqiqətə yaxın, uyğun olan, həyatdan götürülmüş; inandırıcı. Həyati roman. – [Elçin:] Neftçilərin yürütdükləri mühakimələr həyati idi. Z.Xəlil. 2. məc. Zəruri, vacib, çox mühüm. Türk teatrosu … Azərbaycan üçün həyati məsələdir və bunun barəsində [jurnal] ətraflıca danışmalıdır. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / həyati

həyati sözünün sinonimləri (yaxın mənalı sözlər)

həyati sözünün rus dilinə tərcüməsi

  • 1 жизненный

    Azərbaycanca-rusca lüğət / həyati
  • 2 прил. 1. жизненный: 1) связанный с жизнью, действительностью, типичный для неё. Həyati proseslər жизненные процессы, həyati güc жизненная сила 2) близкий к действительности, правдоподобный, живой. Həyati roman жизненный роман 3) важный для жизни, общественно необходимый. Həyati məsələ жизненный вопрос, həyati maraqlar (mənafe) жизненные интересы 2. житейский. Həyati müdriklik житейская мудрость, həyati müşahidələr житейские наблюдения, həyati qayğılar житейские заботы (хлопоты)

    Azərbaycanca-rusca lüğət / həyati

həyati sözünün inglis dilinə tərcüməsi

həyati sözünün fransız dilinə tərcüməsi

həyati sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. уьмуьрдихъ, диривилихъ, яшайишдихъ галаз алакъалу тир; 2. гьакъикъи уьмуьр (яшайиш, герчеквал) къалурдай, гьакъикъатдив кьур, чӀалахъ жедай; 3. пер. лазимлу, важиб, чӀехи метлеб авай.

    Azərbaycanca-ləzgicə lüğəti / həyati

həyati sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. həyatla əlaqədar olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"həyati" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həyati nədir? #həyati sözünün mənası #həyati nə deməkdir? #həyati sözünün izahı #həyati sözünün yazılışı #həyati necə yazılır? #həyati sözünün düzgün yazılışı #həyati leksik mənası #həyati sözünün sinonimi #həyati sözünün yaxın mənalı sözlər #həyati sözünün əks mənası #həyati sözünün etimologiyası #həyati sözünün orfoqrafiyası #həyati rusca #həyati inglisça #həyati fransızca #həyati sözünün istifadəsi #sözlük