Həzi sözü azərbaycan dilində

Həzi

Yazılış

  • Həzi • 99.7510%
  • həzi • 0.1867%
  • HƏZİ • 0.0622%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həzi Aslanov
Həzi Əhəd oğlu Aslanov (22 yanvar (4 fevral) 1910, Lənkəran, Lənkəran qəzası – 24 yanvar 1945, Priyekule[d]) — sovet-Azərbaycan hərbçisi, general-mayor. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı. 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib. == Həyatı == === Uşaqlığı və gəncliyi === Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib.
Həzi Həsənli
Həsənli Həzi Aslan oğlu — azərbaycanlı şair, jurnalist. == Həyatı == Həzi Həsənli Borçalının Faxralı kəndində doğulub. "Kəhər at nalı neylər?..", "Düşüncənin yaşı", "Ömür körpüləri" və s. kitabları vardır. Bakı Dövlət Universitetini və İstanbul Universitetini bitirib. Böyük Britaniyanın "Britaniya evi"ndə ingilis dili üzrə təhsil alıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, ayrı-ayrı ədəbi və media mükafatlarının laureatıdır.
Həzi Həsənov
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan. == Həyatı == Həsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir. 1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar. Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Seymur Həzi
Seymur Həzi (1982, Dünyamalılar, Jdanov rayonu) — Azərbaycan siyasətçisi, jurnalist. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini. == Həyatı == 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi aldı. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. === Həbsi === Seymur Həzi 29 avqust 2014-cu ildə saxlanılmış, 29 yanvar 2015-ci ildə məhkəməsi keçirilmiş və 5 il müddətinə həbs edilmişdir. 29 avqust 2019-cu ildə həbs müddətini başa çatdıraraq azadlığa çıxmışdır. == Siyasi fəaliyyəti == Seymur Həzi 2000-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Həmçinin o, partiyanın sədr müavinidir.Seymur Həzi 2 fevral 2015-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli tərəfindən partiyanın sədr müavini təyin edilmişdir.
Həzi Aslanov (II)
Aslanov Həzi Arif oğlu (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov (dəqiqləşdirmə)
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
Həzi Aslanov (polis)
Aslanov Həzi Arif oğlu (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda Ay işığında musiqisindən fraqment səslənir. 12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. == Tarixi == Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi.
General Həzi Aslanov (1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Həzi Aslanov (Ağstafada qəsəbə)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Köçvəlli inzibati ərazi vahidində qəsəbə. Ceyrançöldədir. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Ağstafa)

Həzi Aslanov (qəsəbə, Xətai)
Həzi Aslanov — Bakı şəhərinin Xətai rayonunda qəsəbə. Girişdə Həzi Aslanovun heykəli var.
Həzi Aslanovun Ev-Muzeyi
Həzi Aslanovun ev muzeyi — İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general mayoru, Həzi Aslanovun Ev-Muzeyi == Muzey binası == 2 otaqdan ibarət olan muzeyin sahəsi 35 kv/m əhatə edir. Muzeyin binası açıq eyvanlı bir mərtəbəli həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir. Xatirə əşyalarından generalın hərbi geyimi, yorğança sırıqlı şalvarı, əl dəsmalı, 2 boşqab,, süfrə, fincan, üzqırxan dəsti, bıçaq, qaşıq, məişət əşyaları, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, stolüstü saat,2 ədəd teleqram 1 ədəd məktub, və s. qorunub saxlanılır. H. Aslanovun ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət etmişdir. Muzeyə dünyanın bir çox yerlərindən Amerika, Norvec, Latviya, Kanada, Fransa, Litva, Bolqarıstan, Rusiya, Polşa, Türkiyyə, Kuba, Ukrayna və s. ölkələrdən qonaqlar gəlmişdir.
Həzi Aslanov-2 metrostansiyası
Həzi Aslanov-2 metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y-17. "Həzi Aslanov metrostansiyasına" (qırmızı xətt) birbaşa keçidi olacaqdır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, şair Məhəmməd Hadinin şərəfinə adlandırılmışdır. Planda bu stansiyadan tunelin Şah İsmayıl Xətai metrostansiyasına qədər uzadılması planlaşdırılır. Üstəlik Dərnəgül metrostansiyasına qədər 3 yeni stansiyanın tikintisidə planda vardır. Daha sonra 9 stansiyanın tikintisi ilə Yaşıl xəttin dairəvi forma alması təmin ediləcəkdir. == Tikinti == Tikinti işləri 2011-ci ildən aparılır. Ümumilikdə Yaşıl xətdə tikinti işlərini fransız Bouygues Travaux Publics şirkəti aparır. Tikitinin gələcək illərdə bitməsi planlaşdırılır.
General Həzi Aslanov (film, 1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Həzi Aslanovun heykəli (Bakı, 1949)
Həzi Aslanovun heykəli — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun xatirəsinə 1949-cu ildə qoyulmuş qəbir üstü abidə. == Abidənin qoyulması == Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu. Bahadur Məmməd oğlu Həziyev (d.1999) — Azərbaycan futbolçusu.
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Bahadur Həziyev (idmançı, 1926)
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Bahadur Həziyev (idmançı, 1971)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Hazırda Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyir.
Bahadır Həziyev
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Hafiz Həziyev
Hafiz Varoğlu oğlu Həziyev (23 oktyabr 1993, Yeni Qaradolaq, Ağcabədi rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həziyev 23 oktyabr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Məhəmməd Füzuli adına tam orta məktəbdə təhsil almışdır. 2010-cu ildə həmin məktəbdən məzun olmuşdur. == Hərbi xidməti == Hafiz Həziyev 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həziyev 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həziabad
Həziabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Komanlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin yamacındadır. Oykonim Həzi (Həzi Aslanov) və abad (kənd) komponentlərindən düzəlib "Həzi kəndi" deməkdir. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xəyal Həziyev
Xəyal Feyruz oğlu Həziyev (20 dekabr 1987; Ağcabədi, Azərbaycan SSR — 15 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Həziyev 1987-ci il dekabrın 20-də Ağcabədi şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Bakıda texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsilini davam etdirmişdir. == Hərbi xidməti == Xəyal Həziyev 2005-2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə qaynaqçı olaraq davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xəyal Həziyev 15 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şeyx Məhəmmədəli Həzin
Şeyx Məhəmmədəli Həzin (1692, İsfahan, -1766) — İran şairi və ensiklopediyaçı-alimi. == Həyatı == Şeyx Məhəmmədəli Həzin Hindistanda fars ədəbiyyatının yayılmasında mühüm rol oynamışdı. Dehli şəhərində yaşamışdı. == Əsərləri == Куллияте Хазин, Лакноу, 1292 с. г. х. (1913); Тарихе Хазин, Исфахан, 1332 с. г. х. (1953); Тазкере-йе Хазин..., 2 изд., Исфахан, 1334 с.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.52 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 17.13
2003 •••••••••• 9.84
2004 •••••••• 7.75
2005 ••••••• 6.75
2006 •••••••••••••••••••• 20.05
2007 •••••••••••••• 14.59
2008 ••••••• 6.58
2009 •••••••••••••••• 16.64
2010 •••••••••• 10.53
2011 •••••••• 8.15
2012 •••••••••• 9.90
2013 •••••••••••••• 14.59
2014 •••••••••• 10.30
2015 ••••••••• 9.02
2016 •••••••• 8.33
2017 ••••••••• 8.94
2018 •••••••••• 10.19
2019 ••••••••••• 11.27
2020 •••••••••••••••••••• 21.08

həzi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

həzi gəlmeg: (Dərbənd) xoşu gəlmək. – Bu uşağdan həzim gələdi

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"həz" hecası ilə başlanan adların ixtisar əzizləmə forması; ön, qabaq; cənab.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"həzi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həzi nədir? #həzi sözünün mənası #həzi nə deməkdir? #həzi sözünün izahı #həzi sözünün yazılışı #həzi necə yazılır? #həzi sözünün düzgün yazılışı #həzi leksik mənası #həzi sözünün sinonimi #həzi sözünün yaxın mənalı sözlər #həzi sözünün əks mənası #həzi sözünün etimologiyası #həzi sözünün orfoqrafiyası #həzi rusca #həzi inglisça #həzi fransızca #həzi sözünün istifadəsi #sözlük