i-T sözü azərbaycan dilində

i-T

Yazılış

  • i-T • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
M İ T
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
T
Latın qrafikalı Azərbaycan əlifbasında 27-ci hərf, 23 samitdən biri. Kar samitdir.
T.A.T.u.
t.A.T.u. (rus. Тату) — "Tatu" beynəlxalq səviyyədə tanınmış ən uğurlu rus pop qrupudur. Onların sinqlları həm ingilis, həm də rus dillərində Rusiyanın, Böyük Britaniyanın, ABŞ-nin və digər ölkələrin hit paradlarında yer alıb. Onların debütu, 2002-ci ildə ingilis dilində yazılmış, "All the Things She Said" bütün dünyada ilin ən uğurlu sinqlarından biri seçilmişdir. "Tatu" ilk və yeganə rus "IFPI" mükafatı qazanan qrup sayılır. == Qrupun yaradılması == "Tatu" dueti üçün bəstəkar Aleksandr Voitinski və 1999-cu ildə ssenarist Ivan Shapovalov tərəfindən reklam yaradılmışdır. Shapovalov və Voitinski tərəfindən Lena Katina qrupun solist rolu üçün seçilir. Sonra Ivan Shapovalov duet yaratmaq qərarına gəlir və Lena Katina qrupa daha bir qız dəvət edir. O, Yuliya Volkovanı dəvət edir, onun namizədliyi isə Shapovalov tərəfindən təsdiq edilir.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
E.T.
“E.T.” – Keti Perrinin üçüncü studio albomu olan “Teenage Dream” albomundan olan sinql. Mahnının müəllif və prodüsserləri Dr. Luke, Max Martin, Ammo və Keti Perridir. Mahnı müğənninin albomundan üçüncü təbliğat sinqlı kimi 17 avqust, 2010 – cu ildə çıxarılmışdır. Daha sonra mahnı albomun dördüncü sinqlı kimi 16 fevral 2011 – ci ildə satışa çıxarılmışdır. Mahnının sinql versiyasında ABŞ repçisi Kanye Vestin də ifası əlavə edilmişdir. “Taqqıltı-taqqıltı-alqış” vurğusu üzərində qurulmuş mahnının musiqisi Queen qrupunun məşhur "We Will Rock You" (1977) mahnısını xatırladır. “E.T.” “yad dünyadan gələn varlığa qarşı olan məhəbbət”dən bəhs edən elektronik balladadır. Yerdən kənar məcazların istifadə edildiyi mahnı arasında, Vestin söylədiyi rep də mövzuya uyğundur və onun ifasını Auto-Tune müşayət edir. Hər dəqiqədə yetmiş altı vuruş olmaqla mahnı yavaş temp üzərində qurulmuşdur.
T'Çalla
Qara pantera (ing. Black Panther) – Marvel Comics nəşriyyatı tərəfindən 1966-cı ildə yaradılmış komiks personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Fantastic Four" komiksinin 52-ci sayında peyda olmuşdur. Qara panteranın əsl adı T'Çalladır, Afrikada yerləşən uydurma dövlət Vakandanın kralı və qoruyucusudur. Qədim Vakanda ritualları sayəsində güclər əldə etməklə yanaşı güclü elmi biliklərə və döyüş sənəti bacarığına malikdir. Döyüşərkən Vakandanın üstün texnologiyasından da istifadə edir. Qara pantera ABŞ komikslərində peyda olmuş ilk Afrika əsilli personajdır. O, Şahin (1969), Lük Keyc (1972), Bleyd (1972) və Con Stüart (1971) personajlarından da öncə yaradılmışdır. Bir komiksdə Qara pantera kostyumu Nyu-York polisi Kasper Kolun əlinə düşür və Kasper Kol Ağ pələng adı ilə Qara panteranın müttəfiqi olur. Qara pantera bir müddətliyinə onun bacısı Şuriyə də verilmişdi.
T-10
IS-10 (Object 730) KV, IS və ya 1943-cü ildən istehsal edilən SSRİ ağır tanklarının ən son məhsuludur. Bu tanklar əvvəllər IS-8 və ya IS-9 adlandırılmalı olsa da, sonda IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edilmişdir. Doğrudan da “əcdadı” olan IS-3 tanklarından daha uzun bir gövdəyə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərlərinə, inkişaf etdirilmiş olan bir dizel motoruna və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına rəğmən, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər. Zireh: 250 mm Əsas silah: 122 mm-lik D-25TA topu Köməkçi silah: 2 ədəd 12.7 mm-lik DShKM pulemyotu (piyadalara və hava hücumlarına qarşı) Mühərrik: 39 l 12-silindirli dizel model V-2-IS Mühərrik gücü: 700 at gücü (522 kW) Hərəkət ehtiyatı: 250 km Sürəti: 42 km/saat (yolda) == İstehsal müddəti == İkinci dünya müharibəsindən sonra ABŞ M103, Böyük Britaniya isə Conquerer adlı ağır tanklar istehsal edirdilər. SSRİ ordusu buna cavab olaraq IS seriyalı tanklardan fərqli olaraq daha uzun gövdəyə sahib olan və daha böyük tank istehsal etməyə qərar verir.
T-129
T-129 Atak — Atak proqramı çərçivəsində Türkiyə Silahlı Qüvvələri üçün Türkiyənin coğrafi və iqlim şəraitinə əsaslanaraq yaradılmış, Türkiyə və İtaliyanın birgə istehsalı olan hücum helikopteridir. Bu helikopter İtaliyanın A-129 Mangusta helikopterinin gövdə hissəsinin bəzi yerlərinin dəyişdirilməsi və özünə məxsus silah sistemlərinin inteqrasiya edilməsi ilə meydana gəlmişdir. İstehsalı tamamlanan ilk helikopter 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında bir italyan və bir türk pilot tərəfindən ilk uçuşunu həyata keçirmişdir. Təxminən yarım saat havada qalan helikopter müxtəlif manevr testlərini həyata keçirdikdən sonra uğurla yerə enmişdir. T-129-da Rolls-Royce və Honeywell firmalarının ortaq istehsalı olan iki ədəd LHTEC CTS800-4A motoru istifadə olunmuşdur. 278 km/s maksimal sürətə sahib olan helikopter 6,096 m yüksəkliyə qədər qalxmaq qabiliyyətinə sahibdir. T-129 yaxın hava dəstəyi və çox məqsədli tapşırıqlar üçün iki fərqli tipə sahibdir. T-129A yaxın hava dəstəyi, T-129B isə çoxməqsədli tapşırıqlar üçün istehsal olunmuşdur. == Hazırlanması == Təxminən 12 illik araşdırmalardan sonra Türkiyə Müdafiə Sənayesi İcra Komitəsi 30 mart 2007-ci il tarixində, İtaliyanın "AgustaWestland" şirkətini "Atak" proqramı üzrə tenderin qalibi elan etdi. 2007-ci ilin aprel ayında MSM Türkiyə Aerokosmik Sənaye (TAI) şirkətinin əsas podratçı olduğunu açıqladı.
T-28
T-28 tankı SSRİ istehsalı olan və dünyanın ilk orta zirehə malik olan tankıdır. 1931-ci ildə T-28 tankının prototipi hazırlanmış, 1932-ci ildən etibarən isə bu tankın-T-28 tankının seriyalı istehsalına başlanılmışdır. Bu tank mühasirələri yarmaq, düşmən qüvvələrinin dirənişini qırmaq üçün istifadə edilmiş və həmçinin çoxlu əsgər daşımaq qabiliyyəti olan bir tank kimi də istifadə edilmişdir. Bu tankın daha inkişaf etmiş variantı olan T-35 tankları istehsal olunana qədər bu tank istifadə də qalmışdır. 503 ədəd istehsal edilmiş bu tankdan hal-hazırda cəmi 3 dənəsi qalmışdır. İki tank Finlandiya ordusu tərəfindən SSRİ-Finlandiya müharibəsi (1939-1940) zamanı ələ keçirildikdən sonra hal-hazırda sərgilənir, biri isə Moskvada sərgilənir. T-28 tankı ingilislərin Vickers A1E1İndependent tankı ilə oxşardır. I və II Dünya müharibəsi arasında istehsal edilmiş bir orta zirehə malik bir tankdır. 1926-cı ildə ilk prototipi Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq) Kirov zavodunda istehsal edilmişdir. Bu tankın 11 avqust 1933-cü ildə istehsalına başlanıb.Vickers A1E1İndependent isə 1932-ci ildən etibarən istehsal edilmişdir.
T-34
T-34 — 1940 və 1958-ci illər arasında istehsal edilən SSRİ orta tankıdır. Çox ekspertlərə görə T-34 tankları II Dünya Müharibəsinin ən yaxşı tankıdır. T-34 dövrünün tank dizaynını tamamilə dəyişdirtdirmişdir, ondan sonrakı bütün tanklar da T-34-lərin dizaynından istifadə olunmuşdur. Şərq cəbhəsində Alman Ordusu bu tank qarşısında çarəsiz qalmışdır. Tiger və Panther tanklarının istehsalı ilə T-34 müharibədəki üstünlüyünü itirsədə, Rusiya iqliminə uyğunluğu, asan istehsalı və çoxlu miqdarda istehsalı ilə Alman əsgərləri arasında qorxu salmışdır. T-34 atəş gücünün, sürətin və dözümlülüyün yaxşı bir şəkildə birləşdirilmiş halıdır. Tankın 45°-lil zireh dizaynı, hədəfi tapan mərmilərin bir çoxunun tanka zərər vermədən getməsi ilə nəticələnir. Bəzi hərbi tarixçilər T-34-ün dünyanın ilk əsas müharibə tankı olduğunu iddia edirlər. T-34 II Dünya Müharibəsi və sonrasında da SSRİ zirehli briqadalarının istifadə etdiyi əsas tank olmuşdur. Həmçinin bir çox ölkələrə də bu tank ixrac edilmişdir.
T-35
T-35 — SSRİ istehsalı çoxqülləli ağır tank. Ekipaj 10 nəfərdən ibarətdir. Ümumilikdə 61 ədəd istehsal olunmuşdur(2 prototip və 59 döyüş maşını). == Məhv olunmamış nüsxələr == Yalnız 1 ədəd T-35 tankı günümüzə qədər salamat qalmışdır. Həmin nüsxə Moskva şəhərində Kubinka Tank Muzeyində yerləşdirilib.2016-cı ildə real çertyojlar əsasında hazırlanmış hərəkətsiz nüsxə, 2018-ci ildə isə hərəkət edə bilən nüsxə hazırlanmışdır.
T-37
T-37 yüngül amfibiya tank əsaslı Fransa istehsalı olan AMR 33 nəqliyyat vasitəsindən müəyyən xüsusiyyətlərin götürülməsi ilə SSRİ tərəfindən 1930-cu ildə hazırlanmış amfibiya kəşfiyyat vasitəsidir. Dünyanın ilk amfibiya tankı olan bu tank sonralar yerini T-38 tankına buraxmışdır. Asqı sistemi yaylı, əməliyyat mənzili 185 km, maksimum sürəti 35 km/s təşkil edir.
T-38
T-38, bir Sovet amfibiya yüngül tankıdır. Tank T-37A tankının təkmilləşdirilmiş bir modeli olub SSRİ tərəfindən İkinci dünya müharibəsi dövründə istifadə edilmişdir. 1940-cı ildə yerinə T-40 tankları hazırlanmışdır. Asqı sistemi yaylı boji, əməliyyat mənzili 170 km, maksimum sürəti 40 km/s olmuşdur.
T-40
T-40, SSRİ mənşəli amfibiya yüngül tankıdır. Tank, T-38 tankını əvəzetmə məqsədi ilə yaradılmışdır. O dövrdə körpüsüz çay keçə bilən bir neçə tankdan biri idi və əsasən də kəşfiyyat bölüklərinə verilirdi. Hərəkət mənzili 450 km, maksimum sürəti 45 km/s təşkil etmişdir. Asqı sistemi burulma çubuğu olmuşdur.
T-44
T-44 - Sovet orta tank.
T-54
T-54 - SSRİ istehsalı olan orta tank. Sovet Ordusuna 1946-cı ildə qəbul edilib, 1947-ci ildən modernləşdirilməsinə başlanılıb. T-54 tankının çəkisi 36.6 ton, uzunluğu 6.04 metr, həcmi 3.27 metr, hündürlüyü 2.40 metrdir. Tankın maksimum sürəti saatda təxminən 48 kilometr, hərəkət mənzili 325 kilometrdir (201.9 mil). Başqa tanklarla birlikdə bu tankın hərəkət mənzili artaraq 610 kilometrə (379 mil) çatır. V-12 dizel yanacağı ilə işləyir tankın mühərriyi. Əsas silahı 100 mm-lik D-10T topudur. Tankda bundan əlavə 7.62 mm-lik SGMT pulemyotu və 12.7mm-lik DŞK pulemyotu quraşdırılıb. Tank 1946-1981-ci illər arasında SSRİ-də, 1956-1979-cu illər arasında Polşada, 1957-1983-cü illər arasında isə Çexoslovakiyada istehsal edilmişdir. Bu tankdan təxminən 86.000—100.000 arasında istehsal edilmişdir.
T-80
T-80 Sovet istehsalı, üçüncü nəsil əsas döyüş tankıdır. Bu tankın daha da inkişaf etdirilmiş variantı sayılan T-84 hazırda Ukraynada istehsal olunur. T-80 və onun müxtəlif variantları hal-hazırda Belarus, Kipr, Misir, Qazaxıstan, Pakistan, Rusiya, Cənubi Koreya və Ukrayna silahlı qüvvələrinin silahlanmasına daxildir. T-80-nin baş konstruktoru rusiyalı mühəndis Nikolay Popovdur. == İstehsal tarixçəsi == Əvvəllər bir çox Qərb analitikləri T-80 və T-72 tanklarını bir-birindən fərqləndirə bilmirdi. Lakin, həmin tanklar müxtəlif dizayn büroları tərəfindən istehsal olunurdu. T-80 tankı Leninqradda yerləşən Kirov zavodunun SKB-2 dizayn bürosu tərəfindən istehsal olunduğu halda, T-72 tankları Nijni Tagil şəhərində yerləşən Uralvaqonzavod tərəfindən istehsal olunurdu. Xarici görünüşləri oxşar olan bu tanklardan T-80 tankı T-64 tankının əsasında dizayn olunmuşdu. Onu da qeyd etmək lazımdır ki, T-64 tankları öz dövrünün yüksək texnologiyaları ilə təchiz olunmuşdu və daha köhnə T-54, T-55, həmçinin T-62-ləri əvəz etmək məqsədilə silahlanmaya qəbul olunurdu. Bir sıra oxşarlıqlara baxmayaraq, T-80 və T-72 mexaniki cəhətdən bir-birindən fərqlənir.
T-84
T-84 — Ukrayna istehsalı olan əsas döyüş tankı. Sovet istehsalı T-80 tankının daha inkişaf etdirilmiş variantdır. Tank ilk dəfə 1994-cü ildə hazırlanıb və 1999-cu ildən Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul olunub. Yüksək performanslı mühərriki onu dünyanın ən sürətli tanklarından biri edir. Güc-çəki nisbəti hər tona 26 at gücü düşür (19 kW/t). Ən qabaqcıl versiyası olan Oplot tankından 2001-ci ildə Ukrayna ordusuna 10 ədəd qəbul olunub. T-84-120 Yatagan isə tankın ixrac versiyasının prototipidir. Bu versiyanın üzərində quraşdırılmış 120 mm-lik top standart NATO sursatı ilə yanaşı həm də, idarəolunan mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir. Ukrayna istehsalı tank "T-84" Oplot tankı 46 ton ağırlığındadır və saatda 65 km sürətlə hərəkət edir. Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi.
T-90
T-90 — Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankı. == Xüsusiyyətləri == T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-nin M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdirlər.Rusiya Silahlı Qüvvələrində istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanmışdır. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır. T-90 Rusiya istehsalı 3-cü nəsil döyüş tankıdır. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var(istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-90S
T-90 — Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankı. == Xüsusiyyətləri == T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz müharibəsində T-72-lərin ABŞ-nin M1 Abrams tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. Bu tanklar, T-80 tankından alınan 1G46 nişangah, termal kamera, Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdirlər.Rusiya Silahlı Qüvvələrində istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanmışdır. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır. T-90 Rusiya istehsalı 3-cü nəsil döyüş tankıdır. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var(istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-95
T-95 — dördüncü nəsil Rusiya tankı.TARİXİ Layihə haqqında ilk dəfə 1995-ci ildə məlumat verildi [sitat lazımdır] və 2000-ci ildə Rusiyanın rəsmi mənbələri tərəfindən elan edildi, lakin heç bir konkret məlumat açıqlanmadı. 2009-cu ildə təqdim edilməli idi, lakin dəfələrlə gecikdirildi. Rusiya hökuməti 2010-cu ilin mayında layihədə iştirakını dayandırdı və bütün maliyyəni geri götürdü. Bu tank haqqında məlumatların əksəriyyəti spekulyativ idi. Dizayn, ehtimal ki, hazırda xidmətdə olan Sovet dövründəki tanklardan əhəmiyyətli dərəcədə fərqli idi. Xüsusilə, onun adaptiv xüsusiyyətlərə malik yeni hidropnevmatik asqının olması gözlənilirdi və bütün ekipaj, görünür, tankın digər komponentlərindən təcrid olunmuş korpusun içərisindəki möhürlənmiş bölməyə yerləşdiriləcəkdi. T-95 tanka media tərəfindən verilən ad idi; rəsmi ad deyildi. Dərc edilmiş mənbələrə görə, "Obyekt 195" adlı yeni tankın hazırlanması 1990-cı illərin əvvəllərində Uralvaqonzavod konstruktor bürosunda başlamışdır. Tankın prototipini 2000-ci ildə Rusiyanın müdafiə naziri İqor Sergeyev elan edib. 10 iyul 2008-ci ildə Rusiya hökuməti elan etdi ki, Rusiya silahlı qüvvələri 2010-cu ildən sonra T-90 əsas döyüş tankından üstün olan yeni nəsil tankları almağa başlayacaq." T-90 MBT 2025-ci ilə qədər zirehli bölmələrin onurğa sütununu təşkil edəcək.
T-Mobile
T-Mobile Alman GSM operatoru. Deutsche Telekom nəzdində fəaliyyət göstərən qrupun mərkəzi Bonnda yerləşir. Digər ölkələrdəki investisiyaları da hesaba qatılanda cəmi 106,42 milyon müştərisi olan T-Mobile mobil telefon xidməti təqdim edən şirkətlər siyahısında 6-cı yerdədir. İdarə heyəti başçılığı Hamid Akhavan tərəfindən aparılan T-Mobile, 7 mini Almaniyada olmaq üzrə 44 mindən çox işçiyə malikdir.
T-Series
Super Cassettes Industries Private Limited və ya daha çox tanınmış adı ilə T-Series, 1983-cü ildə Gülşən Kumar tərəfindən əsası qoyulmuş Hindistan film və musiqi şirkətidir. Şirkət əsas diqqətini xüsusi ilə Bollivud filmlərində istifadə olunan musiqilər ilə hind pop musiqisinə yönəltmişdir. T-Series 2014-cü ilə görə Hindistan musiqi bazarının 35%-nə sahibdir və bu onu Hindistanın ən böyük musiqi şirkəti edir. 2022-ci ilin yanvar ayına olan məlumata görə, T-Series 176 milyard ümumi baxışla YouTube-da ən çox baxış sayına və 2022-ci ilin avqustuna olan məlumata əsasən 222 milyon abunəçisi ilə ən çox abunəçisi olan kanalın sahibi və onun idarəçisidir. Şirkətin kanalı bu adı PewDiePie kanalını keçərək qazanmışdır. Ən çox musiqi şirkəti kimi tanınan T-Series film istehsalı şirkəti kimi də orta səviyyədə müvəffəqiyyətlər qazanmışdır.
T-killah
Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir. == Həyatı == Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb. Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub.
T.Mey.
Teodoro Meyer (isp. Teodore Meyer; 11 dekabr 1910 – 7 aprel 1972) — Alman əsilli Argentina botaniki. == Elmi fəaliyyəti == Teodoro Meyer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Aloysia meyeri Moldenke, 1940 [syn. Aloysia gratissima (Gillies & Hook.) Tronc., 1962] Eichhornia meyeri A.G.Schulz, 1942 [syn. Eichhornia paniculata (Spreng.) Solms, 1883] Erigeron meyeri Cabrera, 1959 Şablon:Bt-latrus Gentiana meyeri Fabris, 1949 [syn. Gentianella thiosphaera (Gilg) Holub, 1967] Isoetes meyeri H.P.Fuchs, 1965, nom. nud. Juelia meyeri Sleumer, 1954 [syn. Ombrophytum subterraneum (Aspl.) B.Hansen, 1980] Nassella meyeri Torres, 1997 Salvia meyeri Legname, 1962 [syn.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#i-t nədir? #i-t sözünün mənası #i-t nə deməkdir? #i-t sözünün izahı #i-t sözünün yazılışı #i-t necə yazılır? #i-t sözünün düzgün yazılışı #i-t leksik mənası #i-t sözünün sinonimi #i-t sözünün yaxın mənalı sözlər #i-t sözünün əks mənası #i-t sözünün etimologiyası #i-t sözünün orfoqrafiyası #i-t rusca #i-t inglisça #i-t fransızca #i-t sözünün istifadəsi #sözlük