İbrahimbəyov sözü azərbaycan dilində

İbrahimbəyov

Yazılış

  • İbrahimbəyov • 99.3978%
  • İBRAHİMBƏYOV • 0.5161%
  • ibrahimbəyov • 0.0860%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fuad İbrahimbəyov
Fuad İbrahimbəyov (tam adı: Fuad Əhməd oğlu İbrahimbəyov) — psixoloq. 1901-ci il dekabrın 29-da Şamaxıda dünyaya gəlmişdir. Hələ uşaqlıq illərində özünün dərin zəkası, hadisələri təhlil etmək, ümumiləşdirə bilmək qabiliyyəti ilə fərqlənmişdir. O, əmək fəaliyyətinə çox erkən, 15 yaşından başlamışdır. Xalqını sevən bu gənc az sonra pedaqoji işə keçmiş və əsl maarifpərvər kimi fəaliyyət göstərmişdir. Elmə olan böyük həvəs onu bir yerdə dayanıb durmağa qoymamışdır. Məktəbdə işləyə- işləyə İbrahimbəyov Azərbaycan Dövlət Universitetində öz təhsilini davam etdirmiş və 1925-ci ildə tibb fakültəsini bitirmişdir. Tibb elminin müxtəlif sahələri ilə yanaşı psixologiya elmi də ilk gündən onun diqqətini özünə cəlb etmişdir. Ona görə də 1926-cı ildən başlayaraq əvvəlcə tibb fakültəsinin nevrologiya kafedrasında çalışmaqla, sonra isə psixiatriya kafedrasında assisent vəzifəsində, eləcə də müalicə-profilaktika müəssisələrində işləməklə yanaşı Azərbaycan Pedaqoji İnstitutunda psixologiya kursunu oxumağa başlamışdır. Ali məktəbdə işlədiyi ilk günlərdən başlayaraq Fuad İbrahimbəyov özünün elmə və onun tədrisinə ciddi münasibət bəsləməsini büruzə vermişdir.
Maqsud İbrahimbəyov
Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov (11 may 1935, Bakı – 22 mart 2016, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-nin Luiziana ştatının Fəxri Senatoru, ABŞ-nin Minneapolis şəhərinin Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti. "Şöhrət" (1995) və "İstiqlal" (2005), "Şərəf" (2015) ordenləri laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır. == Həyatı == Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib. 36 xarici dilə tərcümə olunub. SSRİ-nin və Azərbaycanın Dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960–1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962–1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964–1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971–1973) olmuşdur.
Murad İbrahimbəyov
Murad İbrahimbəyov — Rejissor. Ssenari müəllifi. == Həyatı == Murad İbrahimbəyov 1965-ci ildə Bakıda doğulub. Hələ məktəbli ikən hekayələr yazar, ədəbi nəşrlərdə çap etdirərdi. Orta təhsilini başa vurduqdan sonra böyüdüyü ab-havanın təsirilə o, Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Sergey Gerasimovun kursunda təhsil alan M. İbrahimbəyov hərbi xidmətdən qayıtdıqdan sonra İqor Talankinin emalatxanasında məşğul olur. Kinodakı 10 illik fəaliyyətində o, üç tammetrajlı - "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" və bir neçə qısametrajlı ("Dundukley", "Bir nəfər hamı üçün") film çəkib. Atasının povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb. Bundan başqa, rejissor ötən əsrin 95-96-cı illərində "İlin rejissoru" kimi, Rusiyanın "Yaşıl alma, qızıl yarpaq" mükafatına, "Kinoşok"un və kinotənqidçilərin "Ədəbiyyat və kino" festivalının mükafatlarına layiq görülüb. Əsasən komediya janrında işləyən rejissor özünü heç də bir istiqamətin nümayəndəsi saymır.
Məmmədibrahim İbrahimbəyov
Məmməd İbrahim İbrahimbəyov (tam adı: İbrahimbəyov Məmməd İbrahim Əhməd oğlu; 1900, Şamaxı – 1973) — azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü. == Həyatı == Məmməd İbrahim Əhməd oğlu İbrahimbəyov Şamaxı şəhərində anadan olmuşdur. Ailəsi 1902-ci ildə baş vermiş Şamaxı zəlzələsindən sonra Bakıya köçmüşdür. M.İ.İbrahimbəyov öz pedaqoji fəaliyyəti dövründə indiki Tusi adına ADPU-da, BDU-da coğrafiyadan dərs demiş, Azərbaycan EA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı olmuş, keçmiş SSRİ EA Azərbaycan filialının Coğrafiya sektorunda elmi katib işləmiş, Azərbaycan ali məktəblərində coğrafiya fakültələrinin təşkilində fəal iştirak etmişdir. Akademik H.Ə.Əliyevla, Azərbaycan EA-nın müxbir üzvləri Q.Güllə, Ə.Şıxlinski ilə, coğrafiya elmələri doktoru B.T.Nəzirova ilə, professorlardan H.B.Əliyevlə, N.Kərimovla, Ə.Hacızadə ilə, dosentlərdən O.Osmanovla, M.Axundovla, H.Sadıxlı və digər bir çox alim və müəllimlərlə işləmişdir. Akademiklərdən B.Ə.Budaqova, A.A.Nadirova, coğrafiya elmləri doktorları, professorlar Ə.C.Əyyubova, N.Nəbiyevə, M.A.Müseyibova, Ş.Həsənova, E.Mehrəliyevə, M.Avdiyevə, B.Əbdürrəhmanova, N.A.Vəliyevə, şair Məmməd Araza, dosentlər Qaramollayev, İ.Mərdanov və yüzlərlə başqalarına dərs demişdir. 1999-cu il iyun ayının 29-da M.İ.İbrahimbəyova həsr olunmuş yubiley keçirilmişdir. Azərbaycanda eksperimental psixologiyanın əsasını qoymuş psixoloq Fuad İbrahimbəyovun qardaşıdır.
Rüstəm İbrahimbəyov
Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı – 10 mart 2022, Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi. == Həyatı == Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
İsfəndiyar bəy İbrahimbəyov
İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu (1892, Şuşa-Bakı) - Azərbaycanın səhiyyə təşkilatçıla­ rından biri, respublikanın əməkdar Bağır bəy ibrahimbəyov həkimi (1942)> tibb elmləri nami­ zədi (1952). Müəllim ailəsində anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı fərqlənmə diplomu ilə bitirmişdir. O, 1912-ci ildə Müqəddəs Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o, universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı "Puşey Vodiça" 781 nömrəli qospitalında ordinator işləməyə başlamışdır. 1916-ciJldə ali təhsilini başa vurmuş, 1918-ci ilədək həmin qospitalda ordinator, 1920-ci ilə qədər isə isə Cənub Dəmiryol idarəsinin 19-cu tibb sahəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycanda Sovet Hakimiyyəti qələbə çalandan sonra İsfəndiyar bəy İbrahimbəyov Bakıya dəvət olunmuş, Mərdəkan kənd xəstəxanasına baş həkim təyin olunmuşdur, ona yeni tipli xəstəxana yaratmaq tapşırılmışdı. Təşkilatçılıq qabiliyyəti olan gənc həkimi az bir müddətdə müasir tələblərə cavab verən xəstəxana təşkil etmişdir. İsfəndiyar bəy İbrahimbəyov 1921-ci ildə Əhmədli kəndindəki Lenin adma Toxuculuq Fabrikinə baş həkim təyin olunmuş, sonralar "Azneft" birliyinin Buzovnadakı istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8 nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın (Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926- 1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət edilmişdir. İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə 1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq "Çelyuskinçilər" sonralar isə "Qruzinskiy çay" istirahət evlərinin baş həkimi vəzifəsində çalışmışdır.
Rüstəm İbrahimbəyov (film, 1988)
== Məzmun == Tammetrajlı sənədli film Azərbaycanın görkəmli sənətkarı, yazıçı və dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyova həsr olunmuşdur. Burada aşpaz Makedon Əliyev vaxtilə ad gününü necə keçirməsi haqqında xatirəsini söyləyir. Müxtəlif sənət adamları-kinorejissorlardan Nikita Mixalkov, Tamara Kamalova, Ruslan Şahmalıyev, kinodramaturq Ramiz Fətəliyev, kinooperator Vaqif Behbudov, rəssam Fikrət Bağırov, R.İbahrimbəyov barədə söz deyirlər. Rüstəm müəllim düşüncələrini tamaşaçılarla bölüşür. Biz onu filmlərin çəkilişi vaxtı, Azərbaycan Kinematoqrafçılar İttifaqında iş zamanı görürük. Onun ssenariləri əsasında yaradılmış filmlərdən fraqmentlər nümayiş etdirilir.
Rüstəm İbrahimbəyov-70 (film, 2009)
Rüstəm İbrahimbəyov-70 – Xalq yazıçısı, dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyov haqqında çəkilmiş film. Rüstəm İbrahimbəyov-70 adlanan filmi rejissor Cahangir Mehdiyev ekranlaşdırıb. Filmin çəkilişləri Azərbaycanda və bir sıra ölkələrdə aparılıb. Rüstəm İbrahimbəyov-70 filmində Rüstəm İbrahimbəyovun beynəlxalq nüfuzu və Azərbaycan kinematoqrafına verdiyi əvəzsiz xidmətləri barədə bəhs olunur. Filmdə Rüstəm İbrahimbəyov İbrus teatrında səhnələşdirdiyi tamaşaların məşqləri, ekranlaşdırdığı filmlərin çəkiliş prosesləri ilə yanaşı ailə başçısı kimi tamaşaçı qarşısına çıxıb. Filmdə Azərbaycanın, eləcə də bir sıra xarici ölkələrin tanınmış şəxsiyyətlərinin təbrikləri yer alıb.
Fatimə İbrahimbəyova
== Həyatı == Fatimə Rüstəm qızı İbrahimbəyova 6 noyabr 1974-cü ildə Bakıda anadan olub. 1991-ci idə Xarici Dillər İnstitutuna qəbul olunub. 2 il orada təhsil aldıqdan sonra ÜDKİ-nin rejissorluq fakültəsinə daxil olub (1993). Ssenarist və rejissor Rüstəm İbrahimbəyovun qızıdır.
Fatma İbrahimbəyova
== Həyatı == Fatimə Rüstəm qızı İbrahimbəyova 6 noyabr 1974-cü ildə Bakıda anadan olub. 1991-ci idə Xarici Dillər İnstitutuna qəbul olunub. 2 il orada təhsil aldıqdan sonra ÜDKİ-nin rejissorluq fakültəsinə daxil olub (1993). Ssenarist və rejissor Rüstəm İbrahimbəyovun qızıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.22 dəfə / 1 mln.
2002 3.43
2003 •• 4.72
2004 •• 5.05
2005 •• 6.07
2006 •• 7.43
2007 ••• 9.30
2008 •• 7.80
2009 ••• 8.80
2010 •• 4.45
2011 3.95
2012 •• 4.47
2013 •••••••••••••••••••• 82.56
2014 •• 4.98
2015 0.68
2016 2.78
2017 1.95
2018 •• 7.34
2019 1.25
2020 1.19

Oxşar sözlər

#ibrahimbəyov nədir? #ibrahimbəyov sözünün mənası #ibrahimbəyov nə deməkdir? #ibrahimbəyov sözünün izahı #ibrahimbəyov sözünün yazılışı #ibrahimbəyov necə yazılır? #ibrahimbəyov sözünün düzgün yazılışı #ibrahimbəyov leksik mənası #ibrahimbəyov sözünün sinonimi #ibrahimbəyov sözünün yaxın mənalı sözlər #ibrahimbəyov sözünün əks mənası #ibrahimbəyov sözünün etimologiyası #ibrahimbəyov sözünün orfoqrafiyası #ibrahimbəyov rusca #ibrahimbəyov inglisça #ibrahimbəyov fransızca #ibrahimbəyov sözünün istifadəsi #sözlük