ibrət sözü azərbaycan dilində

ibrət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ibrət • 95.6130%
  • İbrət • 4.0495%
  • İBRƏT • 0.3375%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.06 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 4.72
2004 ••••••••• 2.36
2005 •••••••••••••••••••• 5.40
2006 •••••••••••••• 3.60
2007 ••••••••••• 2.96
2008 ••••••••••••••• 3.90
2009 ••••••••••••••• 3.84
2010 •••••••••••••••• 4.08
2011 •••••••••• 2.57
2012 ••••••••••• 2.75
2013 ••••••••••••• 3.50
2014 •••••••••••••••• 4.29
2015 ••••••••••••••••• 4.42
2016 ••• 0.69
2017 •• 0.33
2018 ••••••• 1.65
2019 •••••• 1.53
2020 •••••••••••••••••••• 5.17

ibrət sözünün leksik mənası və izahı

  • 1 [ər.] Ağır, pis bir hadisədən, işdən alınan dərs. Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; İbrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan. □ İbrət almaq (eləmək, götürmək) – bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. (Ata. sözü). Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi. Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə. M.Ə.Sabir. İbrət dərsi almaq – bax ibrət almaq. Doğrudur, cənab general! – dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq. M.S.Ordubadi. İşlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. (Qəzetlərdən). İbrət dərsi vermək – bax dərs vermək (“dərs”də). Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır. M.Hüseyn. İbrət olmaq – bax dərs olmaq (“dərs”də). [Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar. M.F.Axundzadə. [Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun… H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / ibrət

ibrət sözünün etimologiyası

ibrət sözünün sinonimləri (yaxın mənalı sözlər)

ibrət sözünün rus dilinə tərcüməsi

  • 1 урок (в назидание), поучительный пример

    Azərbaycanca-rusca lüğət / ibrət
  • 2 сущ. урок (нечто поучительное, из чего можно сделать вывод на будущее), назидание, наставление ◊ ibrət almaq (götürmək), eləmək: 1. извлекать, извлечь урок из чего-л. 2. брать, взять пример с кого-л.; ibrət olmaq служить, являться уроком для кого; ibrət olsun kimə пусть будет уроком к ому; ibrət dərsi almaq см. ibrət almaq; ibrət dərsi vermək kimə преподать урок кому; ibrət dərsi поучительный урок, урок в назидание

    Azərbaycanca-rusca lüğət / ibrət

ibrət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. lesson; ~ götürmək to study (for) a will; to do* a bit of studying; Qoy bu sizə ibrət olsun Let it be a lesson for you II. s. ~ dərsi vermək to teach* / to give* a lesson (d.); ~ (dərsi) almaq / götürmək to learn* a lesson (from); ◊ tarixin ~ dərsi the lesson of history

    Azərbaycanca-ingiliscə lüğət / ibrət

ibrət sözünün fransız dilinə tərcüməsi

ibrət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] ибрет (1. тарс (са пис вакъиадикай,чӀуру кардикай къачудай); ibrət almaq (eləmək, götürmək) ибрет къачун, тарс къачун (са вакъиадикай, кардикай), чешне къачун, жуваз нетижа хкудун, чирун; ibrət dərsi almaq кил. ibrət almaq; ibrət dərsi vermək кил. dərs (dərs vermək); ibrət olmaq кил. dərs (dərs olmaq); 2. чешне; 3. несигьат).

    Azərbaycanca-ləzgicə lüğəti / ibrət

ibrət sözünün türk dilinə tərcüməsi

ibrət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Ehtiyat ediləcək şey. 2. Əcaib, qəribə şey. (“Kitabi-Dədə Qorqud” leksikası)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. pis işdən alınan dərs.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

nümunə; nəsihət, öyüd.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ibrət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ibrət nədir? #ibrət sözünün mənası #ibrət nə deməkdir? #ibrət sözünün izahı #ibrət sözünün yazılışı #ibrət necə yazılır? #ibrət sözünün düzgün yazılışı #ibrət leksik mənası #ibrət sözünün sinonimi #ibrət sözünün yaxın mənalı sözlər #ibrət sözünün əks mənası #ibrət sözünün etimologiyası #ibrət sözünün orfoqrafiyası #ibrət rusca #ibrət inglisça #ibrət fransızca #ibrət sözünün istifadəsi #sözlük