11 sentyabr terror aktları icraçılarının siyahısı
"Hava quldurları" (ing. hijackers) kimi tanınan "Əl-Qaidə" ilə əlaqəli 11 sentyabr terror aktları icraçıları 19 nəfərdən ibarət idilər. Onlardan 15-i Səudiyyə Ərəbistanı, ikisi BƏƏ və daha biri Misir vətəndaşı idilər. Hava quldurları dörd qrupa bölünmüşdülər, hər birinə təlim görmüş pilot başçılıq edirdi, hansı ki 3 və ya 4 "əzələli hava qulduru"nun (ing. muscle hijackers) dəstəyi ilə uçuşa nəzarət etməli idi. "Əzələli hava quldurları"nın funksiyaları içərisinə təyyarə pilotları, ekipaj və sərnişinləri fiziki saxlama və onlar üzərində nəzarəti təmin etmək daxil idi. Terrorist qruplarının hamısı müəyyən reysə təyin olunmuş və idarə etdikləri təyyarənin dəyəcəyi konkret nişanı almışdılar.
Teraktları həyata keçirmək üçün ABŞ-yə gələn ilk hava quldurları Xalid əl-Mihdar və Nəvaf əl-Həzmi oldular, onlar 2000-ci ilin yanvar ayında San Dieqoda məskunlaşmışdılar. Elə həmin ilin ortalarında Cənubi Floridada yay təlimindən keçmiş Məhəmməd Atta, Mərvan əl-Şehhi və Ziyad Cərrah adlı üç quldur pilotu onların arxasıyca getdilər. Dördüncü quldur pilotu Həni Hanjur San Dieqoya 2000-ci ilin dekabr ayında gəldi.