İdarəsi sözü azərbaycan dilində

İdarəsi

Yazılış

  • İdarəsi • 83.5504%
  • idarəsi • 16.4280%
  • İDARƏSİ • 0.0172%
  • İdarəsİ • 0.0043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Attika (desentralizasiya idarəsi)
Attika (yun. Αποκεντρωμένη Διοίκηση Αττικής, ΑΔΑ) — Yunanıstanın yeddi desentralizasiya idarəsindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Attikaya 1 periferiya daxildir — Attika. İnzibati mərkəzi Afina cəmiyyətidir. İdarəetmə rəhbəri (koordinator) yunan hökuməti tərəfindən təyin olunur. Rəhbər koordinatoru — Spiros Kokinakis (Σπυρίδων (Σπύρος) Κοκκινάκης).
Aviasiya Təhlükəsizlik İdarəsi
Aviasiya Təhlükəsizlik Baş İdarəsi (ATBİ) 1996-cı ildə Bakı, Naxçıvan, Gəncə, Yevlax və Zabrat aeroportlarının Aviasiya Təhlükəsizlik Xidmətlərinin bazasında yaradılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizlik Xidməti tərəfindən 1997-ci ilin dekabr ayından etibarən xüsusi texnikadan istifadə etməklə pasport-viza nəzarəti, həmçinin Avropa və MDB ölkələrinə uçan sərnişinlərlə sorğu həyata keçirilir. Bu müddət ərzində saxta sənədlərlə getməyə cəhd edən və mümkün cinayətləri törətməkdə müəyyən şübhə yaradan xeyli şəxslər reyslərdən çıxarılmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda mövcud olan videomüşahidə sistemi aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaratmışdır. Aeroportun terminallarında, perronda və aerovağzal kompleksinin (AVK) qarşısında quraşdırılmış kameralar mümkün hüquq pozuntuları haqqında vaxtında məlumat almağa, həmçinin AVK binasına girişdəki ilkin yoxlama mərhələsindən hava gəmisinə minənədək sərnişinlərin hərəkətinə nəzarət etməyə imkan yaradır. Bütün məlumatlar müşahidə kameralarından ATİ-nin monitorla və rəqəmli yazı qeydiyyatı aparan müasir sistemlə təchiz olunmuş videodispetçer məntəqəsinə daxil olur. Aviasiya Təhlükəsizlik İdarəsində müasir texniki vasitələr mövcuddur. Aviasiya Təhlükəsizlik İdarəsinin sertifikatlı mütəxəssisləri texniki vasitə və sistemlərin təmiri və profilaktikası üzrə işləri peşəkarlıqla yerinə yetirirlər. == ATİ-nin başlıca vəzifəsi == Yerli və beynəlxalq hava xəttləri ilə sərnişinlərin, baqajın, yüklərin və poçtun hava daşımaları həyata keçirilərkən sərnişinlərə, onların əl yükü və baqajlarına baxış keçirməklə aviasiya təhlükəsizliyi tədbirlərinin təmin edilməsindən, mülki aviasiya obyektlərinin və hava gəmilərinin mühafizəsindən ibarətdir.
Avropa Patent İdarəsi
Avropa Patent İdarəsi (APİ) — Avropa Patent Təşkilatının (APT) orqanlarından biri. Onun tərkibində axtarış, ekspertiza, şikayətlər, hüquq və administrasiya olmaqla beş baş müdirlik vardır. APİ İnzibati Şurasına hesabat verir. APİ-nin rəhbəri onun prezidentidir. Patentin verilməsi üçün adətən 3 ildən çox vaxt lazımdır. APİ razılığa gələn ölkələrin fəaliyyətini Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı (ÜİMMT) və digər beynəlxalq təşkilatlarlarla əlaqələndirir. APİ aylıq "Xidməti xəbərlər" və həftəlik "Avropa patent vərəqəsi" nəşrlərini dərc edir, "sifarişçi üçün rəhbərlik" nəşrinin sponsorluğunu edir və Avropa patentləri verilməsi haqqında konvensiyanın mətnlərini dərc edir. Avropa patent məlumatları və sənədləri sistemi 50-dən çox ölkədən patent məlumatlarını təklif edir. Haaqada yerləşən Beynəlxalq Patent İnformasiyası Mərkəzi patent axtarışları aparır. APİ və Beynəlxalq Mərkəzin arxivlərində 50 milyondan çox patent haqqında məlumat var.
Avtomatik qatar idarəsi
Avtomatik qatar idarəsi (ATC) - xarici təsirlərə qarşı sürətə nəzarət mexanizmini əhatə edən dəmir yolları üçün qatar müdafiə sistemlərinin ümumi bir sinifidir.ATC sistemləri, müxtəlif kabin siqnalizasiya texnologiyalarını əlaqələndirirlər və köhnə avtomatik qatar dayandırma texnologiyası ilə müqayisə olunduqda sərt tormozlama əvəzinə daha çox yavaş tormozlanmadan istifadə edirlər. Avtomatik qatar idarəsi ayrıca avtomatik qatar əməliyyatlarında da istifadə edilə bilər (ATO) və adətən sistemin təhlükəsiz-kritik hissəsi hesab olunur.Bir müddət keçdikdən sonra "avtomatik qatar nəzarəti" kimi etiketlənmiş bir çox təhlükəsizlik sistemi yardıldı.İlki 1906-cı ildən Böyük Qərb dəmiryolunda istifadə edilmişdir. İndi həmin sistem AWS (avtomatik xəbərdarlıq sistemi) adlandırılandırlır. Termin xüsusən Yaponiyada geniş yayılmışdır, burada ATC bütün Shinkansen (bullet qatar) xətlərində və ATS üçün əvəz kimi bəzi şərti dəmir yolu xətlərində istifadə olunur. == Avropa == === Danimarka === Danimarka'nın ATC sistemi (resmi olaraq ZUB 123 olaraq müəyyən olunmuş) qonşularından fərqlidir.1980-dən 1987-yə qədər İsveçdəki ATC sistemi Danimarka'da sınandı ve 1986 ile 1988 arasında yeni bir Siemensin hazırladığı ATC sistemi . Aprel 1988'de meydana gelen Sorø demiryolu qəzası (da: Sorø-ulykken) nəticəsində yeni sistem, 1990'lərin əvvəllərindən etibaren bütün Danimarka əsas xətlərində hissəli olaraq quruldu. === İsveç === İsveç ATC'nın inkişafı 1960 illərdə (ATC-1) başladı ve 1980-lərin əvvəllərində yüksek sürətli qatarlarla (ATC-2) biryerdə resmi tanıdıldı. 2008 ildən etibarən İsveç Nəqliyyat İdarəsi'nin sürdürdüğü 11,904 kmlik xəttin 9.831 kmi ATC-2'nin yaradılması reallaşdırıldı. === Birləşmiş Krallıq === 1906-cı ildə İngiltərədəki Böyük Qərb Dəmir Yolunda(Great Western Railway) "avtomatik qatar nəzarəti" kimi tanınan bir sistem inkişaf etdirildi. Müasir terminologiyada GWR ATC avtomatik xəbərdarlıq sistemi (AWS) kimi təsnif edilir.
Bakı Aksiz idarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Azərbaycan Foto-Kino İdarəsi
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Balaxanı-Sabunçu Polis İdarəsi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. == Haqqında == Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. == Mədəniyyətdə == Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. == Mənbə == Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider".
Kəşfiyyat idarəsi
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır. Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.
Tanqaj idarəsi
Tanqaj idarəsi; təyyarələrin yan oxu ətrafındakı hərəkətinə deyilir. Bu təyyarənin burnunun yuxarıya-aşağıya doğru hərəkətidir. Təyyarələrdə bu hərəkət qolun arxaya və irəliyə doğru hərəkəti ilə, üfüqi stabilizator və ya kanartda yerləşən hündürlük sükanı (elevator) tərəfindən həyata keçirilir.
Bakı Şəhər İdarəsi
Bakı Şəhər İdarəsi və ya Bakı Şəhər Upravası— Bakı şəhərinin keçmiş yerli idarəetmə orqanı. == Tarixi == === Yaradılması və ilk dövrü === Bakı Şəhər İdarəsi 1877-ci ilin dekabrında təsis edilmişdi. İcra orqanı olan idarə şəhər başçısından, idarə üzvlərindən — onun bölmələrinin müdirlərindən, katibdən, muzdla işləyən memar, mühəndis, yerölçən, həkim, hüquq məsləhətçisi və başqa mütəxəssislərdən ibarət idi. Şəhər başçısı eyni anda həm Bakı Şəhər Dumasına, həm də Bakı Şəhər İdarəsinə başçılıq etmişdir. 1878-ci ildən 1905-ci ilin fevralınadək İdarə Bakı qubernatorunun tabeliyində, 1905-ci ilin dekabr ayından 1906-cı ilin dekabr ayına isə müvəqqəti olaraq qubernatorun tabeliyində, 1907-ci ilin yanvar ayından 1918-ci ilədək isə Bakı Şəhər Duması tabeliyində fəaliyyət göstərmişdir. 1878–1894-cü illərdə 2, 1894–1902-ci illərdə 3, 1902–1910-cu illərdə 4, 1910-cu ildə isə 5 nəfərdən ibarət olmuşdur. İdarəyə bilavasitə şəhər təsərrüfatı məsələləri ilə məşğul olmaq, idarə başçısına isə onun fəaliyyətinə və tabeliyindəki qurumlara ümumi nəzarət həvalə edilmişdi. İdarə başçısını Daxili İşlər Nazirliyi təsdiq edirdi. İdarə üzvləri isə Bakı Şəhər Duması deputatlarından (qlasnılardan) təyin olunur, qubernator və şəhər rəisi tərəfindən təsdiq edilirdi. İdarə 10 aprel 1918-ci ildə Bakı şəhəri və onun rayonlarının inqilabi müdafiə komitəsinin dekreti ilə ləğv olunmuşdu.
Balıq Sənaye İdarəsi
Balıq sənaye idarəsi — balıq ovu, xəzinə və töycü rüsumlarının artmasına nəzarət və rəhbərlik edən qurum. == Məlumat == 1880-ci il aprelin 20-də yaradılmış, 1918-ci il iyulun 4-də Bakı Xalq Komissarları Soveti Xalq Təsərrüfatı Şurasının qərarı ilə ləğv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən (1918-ci il 17 sentyabr) sonra Balıq sənayesi idarəsi öz fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Bankə vətəgəsi də Hökumətin 1918-ci il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə birlikdə müsadirə edilmiş və 1919-cu il yanvarın 1-dək xəzinə ilə imzalanmış müqaviləyə əsasən, 1920-c il iyunun 1-dək xüsusi şəxsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi idarəsi 1919-cu il oktyabrın 15-də xəzinəyə məxsus 44 siyənək ovu məntəqəsini 1920-ci il yanvarın 1-dən 6 il müddətinə icarəyə vermək barədə qərar qəbul etmişdi. Bundan əlavə, idarə xəzinənin xeyrinə rüsumların artmasına, xəzinə gəlirlərinin töycü hesabına çoxalmasına səbəb ola biləcək bir sıra tədbirlər görmüşdü.
Dövlət Radiotezliklər İdarəsi
Dövlət Radiotezliklər İdarəsi — 9 iyul 1998-ci il tarixdən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin strukturuna daxildir. == Tarixi == Dövlət Radiotezliklər İdarəsi (DRİ) 10 iyul 1968-ci ildə Texniki Radionəzarət Stansiyasının nəzdində fəaliyyət göstərən bir qrup formasında fəaliyyətə başlayıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. 26 sentyabrda Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə "Texniki Radionəzarət Stansiyası"nın strukturu təsdiq edilib. 1977-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb. 1979-cu ildə "Texniki Radionəzarət Stansiyası" "Dövlət Elektrik Rabitə Müfəttişliyi"-nin tabeliyinə verilib. 05 noyabr 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Texniki Radionəzarət Stansiyası" bazasında "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" yaradılıb. 9 iyul 1998-ci ildə Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi "Dövlət Radiotezliklər İdarəsi" adı ilə dövlət qeydiyyatına alınıb. == Fəaliyyət == Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində radiotezliklərə aid idarəçiliyi həyata keçirən dövlət təşkilatıdır.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. == Tarixi == Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. == Loqosu == Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Fələstin Milli İdarəsi
Fələstin milli idarəsi, FMİ (ərəb. السلطة الوطنية الفلسطينية‎; əs-Sulta al-Vətəniyyə al-Fələstiniyyə) — Qəzzə zolağının ərazilərini və Qərb Şəriyə ərazilərinin bir hissəsini idarə etmək üçün yaradılmış bir özünüidarə orqanı. Fələstin Milli İdarəsi, 1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 13 sentyabr 1993-cü ildə Osloda imzalanan əsas müqavilələrə uyğun olaraq qurulmuşdur. 2007-ci ildən bəri, FMİ İordan çayının qərb sahilindəki ərazilərin yalnız bir hissəsini idarə edirdi, Qəzzə zolağı isə Həmas radikal hərəkatının nəzarətinə keçdi. 5 yanvar 2013-cü il tarixdə, FMİ prezidenti Mahmud Abbas tərəfindən "Fələstin Milli İdarəsi" adı əvəzinə rəsmi məqsədlər üçün yalnız "Fələstin Dövləti" adından istifadə etməyi əmr edən bir fərman verildi. İsrail, İspaniya, Norveç, ABŞ və digər bir sıra ölkələr bu qərarı tanımadılar. == Tarixi == 1922-ci ildə, Osmanlı İmperiyasının çökməsindən sonra Fələstindəki İngilis mandatı, əvvəlki Fələstin mülkləri ərazisində quruldu. 1947-ci ildə hazırlanmış BMT planı İngilis mandatının bir ərəb və bir yəhudi dövlətinə bölünməsini öz üzərinə götürdü və Qüdsə beynəlxalq idarəetmə altında bir şəhər statusu verildi. 1947-ci ildə ərəblərin sayı mandat almış bölgədəki Yəhudi əhalisini iki dəfə üstələmişdi və bu səbəbdən də Yəhudi dövləti Aralıq dənizi sahillərinin əksəriyyəti və İordan çayının kənarındakı ərazilər daxil olmaqla əksəriyyətinin Yəhudi olduğu torpaqları (14,1 min kvadrat kilometr) əhatə edirdi. Ərəb dövləti, İordan çayının qərbindəki Livanla sərhəd bölgəsindəki mandatlı ərazinin şimalında ümumi sahəsi 11,1 min km² olan əraziləri, habelə Aralıq dənizi sahili və Misir ilə sərhəd boyunca bir zolağı ələ keçirdi.
General-kvartirmeyster idarəsi
General-kvartirmeyster idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş ərkani hərbinin (qərargah) tərkibində mövcud olan idarələrdən biri. == Haqqında == Əsası 1918-ci il noyabrın 15-də qoyulmuşdur. Hərbi nazirin həmin tarixli əmrinə əsasən, əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində, 1919-cu il martın sonlarında isə Baş ərkani hərbin tərkibində fəaliyyət göstərmişdir. Başlıca vəzifəsi qoşun hissələrinin komplektləşdirilməsi, onların döyüş hazırlığının təşkili, kəşfiyyat və əks-kəşfiyyat işlərinin aparılması idi.General-kvartirmeyster idarəsinin strukturu müntəzəm surətdə təkmilləşdirilmişdir. 1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi: Səfərbərlik bölməsi hərbi mükəlləfiyyət haqqında sənədlərin hazırlanmas hərbi qeydiyyatın aparılması səfərbərlik planlarının və cədvəllərinin tərtib edilməsi hərbi strukturlarda və mülki təşkilatlarda səfərbərlik hazırlığının yoxlanması könüllü, partizan, həmçinin digər dəstələrin qeydiyyatının aparılması, qoşun hissələrinin təşkili, onların idarə edilməsi qoşunların döyüş hazırlığının gücləndirilməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsiGeneral-kvartirmeyster idarəsinin əməliyyat bölməsinin qarşısında ümumqoşun hazırlığı, müdafiə xarakterli işlərin planlaşdırılması, əməliyyatların hazırlanması və həyata keçirilməsi kimi vəzifələr dururdu. Qoşun hissələrindən döyüş rayonları haqqında məlumatlar toplanması, agentura şəbəkəsinin yaradılması və inkişafı, əks-kəşfiyyatın təşkili, hərbi attaşelərlə yazışmaların aparılması işləri ilə kəşfiyyat və əks-kəşfiyyat bölməsi məşğul olurdu. General-kvartirmeyster idarəsinin tərkibində nizami bölmə və rabitə xidməti bölməsi də var idi. Hərbi nazirin 17 avqust 1919-cu il tarixli əmrinə əsasən, təşkili başa çatdırılmış 1-ci və 2-ci zirehli qatarlar da Ümumi qərargahın tərkibindən çıxarılaraq general-kvartirmeyster idarəsinin tabeliyinə verilmişdi. 1920-ci ilin martında aparılan geniş islahatdan sonra yaradılmış Azərbaycan ordusu qərargahının struktur tərkibi kimi general-kvartirmeyster idarəsi də dəyişikliyə uğradı. Onun tərkibinə əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkov Hacıbəylinski), səfərbərlik və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfullin), nizami və ümumi bölmə (rəisi podpolkovnik Maqrubov), hərbi əlaqələr-daşınmalar bölməsi (rəisi rotmistr Xudaverdov) şöbə və bölmələri və rabitə komandası daxil idi.
Gəncə Aksiz İdarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Krit (desentralizasiya idarəsi)
Krit (yun. Αποκεντρωμένη Διοίκηση Κρήτης) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri, eyni adlı Krit periferiyasından ibarətdir. İdarənin mərkəzi — İraklion şəhəridir. Desentralizasiya idarəsi 2011-ci ildə Kallikratis proqramı çərçivəsində yaradılmışdır (Qanun 3852/2010). == Xarakteristikaları == Krit desentralizasiya idarəsinin sahəsi 8.336 kvadrat kilometr və əhalisi 623.065 nəfər təşkil edir. Sıxlığı 43,27 nəf./km2. == İstinadlar == == Ədəbiyyat == Ministry of Interior. Structure and operation of local and regional democracy. // Council of Europe (January 2013).
Kəşfiyyat Mərkəzi İdarəsi
Kəşfiyyat Mərkəzi İdarəsi (Almanca: Hauptverwaltung Aufklärung) Şərqi Almaniya Dövlət Təhlükəsizlik Xidmətinin xarici kəşfiyyat bölməsidir.
Mərkəzi Kəşfiyyat İdarəsi
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) - ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub.Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi və ya qısaca QMİ — Qafqazda ən ali İslam təsisatı. 1823–1917-ci illərdə Tiflisdə yerləşmişdir. Hazırda mərkəzi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindədir – Təzəpir məscidində yerləşir. Sədri 1980-ci ildən Şeyxülislam Hacı Allahşükür Paşazadədir. == Tarixi == === Yaranma səbəbi === XIX əsrin əvvəllərində Qafqazın Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədər bölgədə İslam təsisatlarının quruluşunda əhəmiyyətli dəyişiklər baş verdi. Bu dövrün ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər İslam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. === Şeyxülislamlıq və müftilik === İdarənin yaranma tarixi 1823-cü ildən başlayır. Belə ki, 1823-cü ildə Zaqafqaziya şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində dini rəhbər – şeyxülislam vəzifəsi təsis edilmişdir. Bundan 9 il sonra – 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. İlk müftini çar generalı Roze təklif etmişdir.
Qərbi Ermənistan İdarəsi
Qərbi Ermənistan İdarəçiliyi, Türkiyə Ermənistanı İdarəçiliyi — İkinci Van üsyanından sonra, 1915–1918-ci illərdə Van gölü ətrafında rus-erməni qüvvələri tərəfindən ələ keçirilərək qurulan müvəqqəti idarəçilik. == Tarixi == XIX əsrin sonlarından etibarən ermənilər öz dövlətlərini qurmaq üçün müxtəlif təşkilatlar yaradıb, ideyaları uğrunda mübarizə aparırdılar. Bunlardan ən güclüsü Daşnaksütun partiyası idi. 1915-ci ilin 19 aprel-6 may tarixlərində bu partiyanın rəhbərliyi ilə İkinci Van Üsyanı baş tutur. Üsyana Aram Manukyan ("Vanlı Aram") rəhbərlik edirdi. Osmanlı dövləti bu üsyanı yatızdırmağa çalışsa da rus qoşunlarının köməyi ilə 16 may gecəsi Van rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Avqust ayında Osmanlı ordusu tərəfindən geri qaytarılsa da, yenidən rus-erməni birləşmələri tərəfindən ələ keçirilir. Bir müddət Azad Vaspurakan adlanır. 1917-ci ilin dekabrında Hakob Zavriev tərəfindən idarə olunan Zaqafqaziya seyminə bağlı olur. Ermənistan Demokratik Respublikasının qurulmasıyla qısamüddətli bu dövlətə birləşir, sonralar Osmanlı dövləti tərəfindən yenidən geri qaytarılır.
Ulduz Kəşfiyyat İdarəsi
Ulduz Kəşfiyyat İdarəsi - Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi. == Tarixi == XIX əsrin sonlarında Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində "Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı şəkildə xidmət göstərirdi. İdarə bir müddət sonra Sultan II Əbdülhəmidin lehinə və əleyhinə fəaliyyət göstərənlər olmaqla iki yerə ayrıldı. İdarə ölkə daxilində, xüsusilə də erməni komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdırlar. İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəzlərdəki şəxsləri və qurumları yaxından izləyirdilər. Çox qısa müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya hər ay 3000-dən çox jurnal gəlirdi.
Yunanıstan Statistika İdarəsi
Yunanıstan statistika idarəsi (yun. Ελληνική Στατιστική Αρχή) — Yunanıstanın Maliyyə Nazirliyinə tabe olan baş katiblik. == Ümumi məlumat == Yunanıstan statistika idarəsi əsasən demoqrafiya, məşğulluq və işsizliyə aid məlumatları, həmçinin səhiyyə, sosial sığorta, təhsil və s. ilə bağlı statistik məlumatları toplayır və fəaliyyət göstərir. İdarənin baş sifarişçiləri — Yunan hökuməti, Avrop birliyi, beynəlxalq təşkilatlar (BMT, YUNESKO, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı), fərdi tədqiqat institutları, alimlər, sahibkarlar və s.
Baş Kəşfiyyat İdarəsi (Rusiya)
Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление — ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı. Rəsmi adı — Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi 44388 saylı hərbi hissəsi. BKİ Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir. Suilahlı Qüvvələrin marağına uyğun bütün növ kəşfiyyatla məşğul olur — agentura şəbəkəsi, kosmik və radioelektronika kəşfiyyatı. == Tarixi == XVI əsrdə Rusiyada kəşfiyyat aparan və təşkil edən ilk mərkəzi idarəetmə orqanları meydana çıxır ki, bu da dövlət rəhbərliyinin düşmənin niyyətləri və məqsədləri barədə məlumatlılığının artmasına səbəb olur. 1654-cü ildə çar Aleksey Mixayloviçin Fərmanı ilə kəşfiyyat idarəçiliyinin cəmləşdiyi gizli işlər əmri yaradılmışdır. I Pyotr 1716-cı ilin hərbi Nizamnaməsində ilk dəfə olaraq kəşfiyyat işi üçün qanunvericilik və hüquqi bazanı yaradır. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində hərbi əməliyyatların güclənməsi kəşfiyyat qarşısında yeni vəzifələr qoyur, onun səlahiyyətlərinə isə yeni qüvvə və vasitələr cəlb olunur. Rusiya hərbi kəşfiyyatının daimi fəaliyyət göstərən mərkəzi orqanının təşkilinə isə Rusiyanın 1805-ci ildən Napoleon Fransası ilə apardığı qanlı müharibələr həlledici təkan verib.
Dövlət Radiotezliklər İdarəsi (Azərbaycan)
Dövlət Radiotezliklər İdarəsi — 9 iyul 1998-ci il tarixdən Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin strukturuna daxildir. == Tarixi == Dövlət Radiotezliklər İdarəsi (DRİ) 10 iyul 1968-ci ildə Texniki Radionəzarət Stansiyasının nəzdində fəaliyyət göstərən bir qrup formasında fəaliyyətə başlayıb. Əsas funksiyası – radiorabitə xidmətləri üzrə mövcud normativ sənədlərin tələblərinə nəzarət və elektromaqnit sahə gərginliklərinin ölçülməsi olub. 26 sentyabrda Azərbaycan SSRİ Rabitə Nazirliyinin 253 saylı əmri ilə "Texniki Radionəzarət Stansiyası"nın strukturu təsdiq edilib. 1977-ci ildə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin qərarı və Rabitə Nazirliyinin əmri ilə nazirliyin tərkibində "Dövlət Elektrik Rabitə Müfəttişliyi" yaradılıb. 1979-cu ildə "Texniki Radionəzarət Stansiyası" "Dövlət Elektrik Rabitə Müfəttişliyi"-nin tabeliyinə verilib. 05 noyabr 1988-ci ildə Rabitə Nazirliyinin əmri ilə "Texniki Radionəzarət Stansiyası" bazasında "Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi" yaradılıb. 9 iyul 1998-ci ildə Ədliyyə Nazirliyinin D-213B saylı Şəhadətnaməsi ilə Radioelektron Vasitələrin Elektromaqnit Uzlaşması Mərkəzi "Dövlət Radiotezliklər İdarəsi" adı ilə dövlət qeydiyyatına alınıb. == Fəaliyyət == Dövlət Radiotezliklər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin tabeliyində olmaqla Azərbaycan Respublikası ərazisində radiotezliklərə aid idarəçiliyi həyata keçirən dövlət təşkilatıdır.
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi
ABŞ Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (ing. Defense Advanced Research Projects Agency, DARPA) — silahlı qüvvələrin maraqları və istifadə üçün yeni texnologiyaların hazırlanmasına cavabdeh olan Müdafiə Nazirliyi nəznində idarə. DARPA-nın məqsədi ABŞ silahlı qüvvələrinin texnoloji üstünlüyünü qorumaq, ABŞ üçün yeni texniki müharibə vasitələrinin meydana gəlməsinin qarşısını almaq, irəliləyişli araşdırmalara dəstək vermək, təməl tədqiqat və hərbi sahədə istifadə arasındakı boşluğu aradan qaldırmaqdır. == Tarixi == DARPA 1958-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılmasına cavab olaraq təsis edilmişdir. DARPA-ya ABŞ hərbi texnologiyasının inkişaf etdirilməsi tapşırıldı. DARPA şərti hərbi tədqiqat institutlarından asılı olmayaraq mövcuddur və birbaşa Müdafiə İdarəsinin rəhbərliyinə hesabat verir. DARPA-nın təxminən 240 işçisi var (onlardan təxminən 140 nəfər texniki mütəxəssisdir); Təşkilatın büdcəsi təxminən 3 milyard dollardır. Bu rəqəmlər təxmini olaraq verilir, çünki DARPA, podratçı şirkətlərin kiçik, xüsusi seçilmiş kooperasiyaları tərəfindən həyata keçirilən qısamüddətli proqramlara (iki ildən dörd ilədək) diqqət yetirir. Əvvəlcə İdarə ARPA adlandırıldı, sonra 1972-ci ildə DARPA olaraq dəyişdirildi (Müdafiə sözünün əlavə edilməsi ilə), daha sonra 1993-cü ildə yenidən ARPA, və nəhayət 11 mart 1996-cı ildə yenidən DARPA oldu . DARPA paylanmış kompüter şəbəkəsinin ARPANET (sonradan İnternet yaranan), həmçinin BSD (Berkli Universiteti) versiyası UNIX və TCP / IP protokol yığımının maliyyələşdirilməsinə cavabdeh idi.
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi. == Ümumi məlumat == Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, “Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyni adlı yatağın əsasında 1936-cı ildə “Abşeronneft” NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır. == Tarixi == === XIX əsr === 1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə “Azərbaycan Neft Təsərrüfatı” jurnalında belə yazırdı: “Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı.” Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi
Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ərazisində hərbi mükəlləfiyyətin təşkilinə məsuliyyət daşıyan orqan. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən 1919-cu il mayın 26-da qəbul edilmişdi. Qanunda təsbit olunurdu ki, ölkə ərazisində hərbi mükəlləfiyyətin həyata keçirilməsinə rəhbərlik edən orqan Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsidir. == Vəzifələri == Azərbaycan Xalq Cümhuriyyətinin bu idarəsi aşağıdakı tapşırıqları yerinə yetirməli idi: Vətəndaşların hərbi xidmətə çağırılması, Onların natural hərbi mükəlləfiyyətlərini (əsasən at və qoşqu vasitələri ilə) yerinə yetirməsinə nəzarət edilməsi, Çağırış yaşlı şəxslərin tibbi müayinədən keçirilməsinə nəzarət edilməsi, Qəza, şəhər və dairə əxzi-əsgər şöbələrinin işi ilə bağlı şikayətlərə baxılması, Həmin şöbələrin fəaliyyəti haqqında hesabatların təhlil edilməsi, Hərbi mükəlləfiyyətin yerinə yetirilməsi üçün zəruri olan büdcə layihəsinin hazırlanması, Ayrılmış büdcə vəsaitini şöbələr arasında bölüşdürülməsi.Azərbaycan Mərkəzi Əxzi-əsgər İdarəsinin rəisi daxili işlər nazirinin müavini, üzvləri isə idarənin işlər idarəsinin müdiri, həmçinin hərbi nazirliklə ədliyyə nazirliyinin nümayəndələri olmalı idilər. == Fəaliyyəti == Yerlərdə vətəndaşların hərbi mükəlləfiyyətlərini yerinə yetirmələri ilə qəza, dairə və şəhər əxzi-əsgər şöbələri məşğul olmalı idi. Bu orqanlara aşağıdakı vəzifələr həvalə olunurdu: çağırışçıların siyahısının tərtib edilməsi; çağırışçı siyahılarının yoxlanılması; çağırışçıların qeydiyyatı və xidmətə çağırılanların sayı barədə Mərkəzi Əxzi-əsgər İdarəsinə məlumat verilməsi; çağırışçıların hərbi xidmətə çağırılması; çağırışçıların tibbi müayinəsinin aparılması; çağırışçıların hərbi xidmətə qəbul edilməsi; məsuliyyətə cəlb edilməli olan çağırışçılar haqqında polis orqanlarına məlumat verilməsi; yerlərdə atların və qoşqu vasitələrinin qeydiyyatının aparılması və onların xidmətə cəlb edilməsi; səfərbərlik planlarının hazırlanması; hərbi xidmət zamanı xəsarət almış əsgərlərin tibbi müayinədən keçirilməsi. Qəza, dairə və şəhər əxzi-əsgər şöbəsinin rəisi yerli qəza rəisi və ya daxili işlər naziri tərəfindən təyin edilmiş şəxs ola bilərdi. Hərbi nazirlik tərəfindən ezam edilmiş zabit və kəndlərdən seçilmiş nümayəndələr qəza əxzi-əsgər şöbələrinin üzvü olmalı idilər. Qanuna əsasən, bütün qəza mərkəzlərində qəza əxzi-əsgər şöbələri təsis edilməli idi. Bu şöbələr hərbi nazirliklə razılaşdırıldıqdan sonra daxili işlər nazirliyinin qərarı ilə açılmalı idi.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
== Tarixi == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 1991-ci ilədək, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında partiya arxivi adlanırdı. Siyasi Sənədlər Arxivi partiya strukturunda fəaliyyət göstərirdi. 1991-ci ildən etibarən arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabelik 2007-ci ilin iyun ayınadək davam etmişdir. 2007 ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920–ci ilin dekabrın 6–da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı Dekretlə Azərbaycanda vahid Dövlət arxiv fondu və Mərkəzi dövlət arxivinin yaranması başlanmışdır. 1921–ci il avqustun 29-da Azərbaycan tarixinə aid sənədlərin toplanması üçün komissiyanın – Azistpartın- Mərkəzi Dövlət arxivi bazasında yaranması qərara alındı. 1921–ci ilin dekabrın 26–da məsələ AK(b)P MK-nın bürosunda müzakirəedilərək Azistpartın kolleqiyasının - tərkibi təsdiq edildi. Bununla əlaqədar MK–nın məlumatında bildirilirdi ki, yeni yaranmış arxivin məqsədi partiyanın, fəhləhərəkatının, Azərbaycanda inqilab və əksinqilabın, Yaxın Şərqdə azadlıq hərəkatının tarixinə dair sənədlərin toplanması, işlənməsi və saxlanılmasıdır. AK(b)P MK bütün üzvlərinə köhnə qəzet, kitab və broşüralar, tarixi sənədlər, vərəqələr, iclasların protokolları, hesabatlar, xatirələr və memuarlar, yaxın və uzaq tarixi işıqlandıran bütün materialları toplayıb Azistparta təhvil vermələri haqqında müraciət etmişdi. Qocaman partiya üzvlərindən inqilabi fəaliyyətləri haqqında xatirələr vəhəlak olmuş inqilab xadimləri haqqında bioqrafik məlumatlar yazıb arxivə təqdim etmək xahiş olunurdu.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. == Tarixi == Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. == Tarixi == Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. == Loqosu == Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
== Tarixi == Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi 1991-ci ilədək, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında partiya arxivi adlanırdı. Siyasi Sənədlər Arxivi partiya strukturunda fəaliyyət göstərirdi. 1991-ci ildən etibarən arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabelik 2007-ci ilin iyun ayınadək davam etmişdir. 2007 ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920–ci ilin dekabrın 6–da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı Dekretlə Azərbaycanda vahid Dövlət arxiv fondu və Mərkəzi dövlət arxivinin yaranması başlanmışdır. 1921–ci il avqustun 29-da Azərbaycan tarixinə aid sənədlərin toplanması üçün komissiyanın – Azistpartın- Mərkəzi Dövlət arxivi bazasında yaranması qərara alındı. 1921–ci ilin dekabrın 26–da məsələ AK(b)P MK-nın bürosunda müzakirəedilərək Azistpartın kolleqiyasının - tərkibi təsdiq edildi. Bununla əlaqədar MK–nın məlumatında bildirilirdi ki, yeni yaranmış arxivin məqsədi partiyanın, fəhləhərəkatının, Azərbaycanda inqilab və əksinqilabın, Yaxın Şərqdə azadlıq hərəkatının tarixinə dair sənədlərin toplanması, işlənməsi və saxlanılmasıdır. AK(b)P MK bütün üzvlərinə köhnə qəzet, kitab və broşüralar, tarixi sənədlər, vərəqələr, iclasların protokolları, hesabatlar, xatirələr və memuarlar, yaxın və uzaq tarixi işıqlandıran bütün materialları toplayıb Azistparta təhvil vermələri haqqında müraciət etmişdi. Qocaman partiya üzvlərindən inqilabi fəaliyyətləri haqqında xatirələr vəhəlak olmuş inqilab xadimləri haqqında bioqrafik məlumatlar yazıb arxivə təqdim etmək xahiş olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Nəzarəti İdarəsi
Dövlət Nəzarəti İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mülki və hərbi idarələrin, müəssisələrin, digər idarəçilik strukturlarının fəaliyyətinə nəzarət edən Hökumət orqanı. == Tarixi == Bu orqanı formalaşdırmaq məqsədilə Bakı Nəzarət Palatası 1918-ci ilin oktyabrında DNİ adlandırılmışdır. DNİ-yə əvvəlcə xarici işlər naziri Məmməd Həsən Hacınski, sonra, müvəqqəti olaraq, yollar naziri Xudadat bəy Məlik-Aslanov, daha sonra 1918-ci il dekabrın 28-dək Əbdüləli bəy Əmircanov rəhbərlik etmişdi. İdarənin nəzdində dəftərxana yaradılmış, mülki və hərbi idarələrə, habelə dəmir yoluna dair bütün təftiş kargüzarlığı burada cəmləşdirilmişdi. Təftiş xarakterli bütün işlər DNİ-yə verilmişdi. Sonralar müstəqil nazirliyə çevrilmişdi. 1918-ci il dekabrın 28-də Məmməd Həsən Hacınski nəzarət naziri təyin olunmuş, lakin o, Paris sülh konfransına ezam olunduğundan, nazirliyə Əliağa Həsənov, 1919-cu il aprelin 15-dən dekabrın 22-dək isə Nəriman bəy Nərimanbəyli rəhbərlik etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti İşlər İdarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. == Yaradılması == Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsiBölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun hissələrində tibb xidmətinin təş- kilinə rəhbərlik edən orqan. == Yaradılması == Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində fəaliyyətə başlamışdı. Azərbaycanda tibbin kifayət qədər inkişaf etmədiyi bir vaxtda hərbi-tibb idarəsinin fəaliyyəti hərbi nazirin ciddi nəzarətində olmuşdur. Nazir Səməd bəy Mehmandarovun müvafiq əmri ilə həkim A.Sulakov 1918 il noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin edildi. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək, müxtəlif qoşun hissələrinə təyinat aldılar. == Fəaliyyəti == Qoşunlarda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ süvari alayında 20 nəfərlik müayinə otağı, 1919 il fevralın 4-də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər xəstəxanası fəaliyyətə başladı. Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təşkil edildi. Gəncə hərbi xəstəxanası nəzdində bölük feldşer köməkçiləri hazırlayan 4 aylıq kurslar yaradıldı. Hərbi nazirin əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. == Yaradılması == Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. == Fəaliyyəti == 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. == Ləğvi == 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı. == Yaradılması == Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı. Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi — Azərbaycan milli ordusu istehkam bölmələrinin formalaşmasına, təlim-tərbiyəsinə, istehkam və digər hərbi xarakterli tikinti işlərinin aaprılmasına rəhbərlik edən orqan. == Yaradılması == 1918-ci il, noyabr 15-də Ümumi Qərərgahın şöbəsi kimi yaradılmışdı. Qoşun hissələrinin təşkilinin sürətləndirilməsi ilə əlaqədar 1919-cu ilin əvvəlində İstehkam şöbəsinin strukturu və səlahiyyəti genişləndirildi. Onun bazasında İstehkam idarəsi yaradıldı və bu struktur Ümumi Qərərgahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. == Strukturu == İstehkam idarəsi iki şöbədən ibarət idi: İstehkam və mənzil şöbələri. İstehkam şöbəsi idarənin şəxsi heyətinin, ordunun bütün istehkam bölmələrinin və hərbi hissələrinin istehkam ləvazimatı ilə təmin edilməsi, qala və mövqe tikililərin layihələşdirilməsi və icrası, yolların, körpülərin, maneələrin və digər istehkam qurğularının layihələşdirilməsi və qurulması, mənzil şöbəsi isə yeni hərbi düşərgələrin və bütünlüklə hərbi nazirliyin binalarının tikintisi, yenidən qurulması və təmiri, mövcud su xətlərinin bərpası və yenilərinin çəkilməsi, hərbi nazirliyin idarələri, müəssisələri və hissələri üçün binaların kirayə edilməsi ilə məşğul olmalı idi. Ümumi qərargahın tərkibindən çıxarıldıqdan sonra Topçu və İstehkam idarələrinin, həmçinin topçu və istehkam anbarlarının fəaliyyətinə nəzarət hərbi nazirin müavini Əliağa Şıxlinskiyə həvalə olunmuşdu. 1919 il avqustun 16-da polkovnik Savlin xidmətdən tərxis olunduğu üçün İstehkam idarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq mühəndis Zübeyir bəy Teymurxanov icra etdi. Həmin il avqustun 31-də bu vəzifəyə general-leytenant Tarxanov təyin olundu. 1920-ci ilin martında təchizat və təminat orqanlarında islahatların aparılması ilə əlaqədar İstehkam idarəsi Azərbaycan ordusu təchizat rəisi idarəsinin tərkibinə daxil edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin İşlər idarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 175.43 dəfə / 1 mln.
2002 •• 133.62
2003 •• 91.73
2004 •• 109.82
2005 •• 157.90
2006 ••• 245.73
2007 ••• 256.25
2008 ••• 210.00
2009 ••• 192.14
2010 ••• 199.07
2011 ••• 177.76
2012 •• 165.99
2013 •• 157.84
2014 ••• 218.98
2015 •• 171.31
2016 •• 145.60
2017 •• 154.13
2018 •• 152.82
2019 •• 166.07
2020 •• 140.56

"idarəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#idarəsi nədir? #idarəsi sözünün mənası #idarəsi nə deməkdir? #idarəsi sözünün izahı #idarəsi sözünün yazılışı #idarəsi necə yazılır? #idarəsi sözünün düzgün yazılışı #idarəsi leksik mənası #idarəsi sözünün sinonimi #idarəsi sözünün yaxın mənalı sözlər #idarəsi sözünün əks mənası #idarəsi sözünün etimologiyası #idarəsi sözünün orfoqrafiyası #idarəsi rusca #idarəsi inglisça #idarəsi fransızca #idarəsi sözünün istifadəsi #sözlük