iddiaları sözü azərbaycan dilində

iddiaları

Yazılış

  • iddiaları • 96.1970%
  • İddiaları • 3.7630%
  • İDDİALARI • 0.0400%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antarktidada ərazi iddiaları
Antarktidada ərazi iddiası olan yeddi suveren dövlət var: Argentina, Avstraliya, Çili, Fransa, Yeni Zelandiya, Norveç və Birləşmiş Krallıq. Bu ölkələr Antarktika elmi müşahidə və tədqiqat obyektlərini müvafiq iddia edilən ərazilərə yerləşdirməyə meyl göstərdilər; Bununla belə, bir sıra bu cür obyektlər fəaliyyət göstərdikləri ölkələrin iddia etdikləri ərazidən kənarda yerləşir. Rusiya və ABŞ kimi iddiaları olmayan ölkələr isə digər ölkələrin iddia etdiyi ərazilərdə tədqiqat obyektləri inşa etdilər.
Gürcüstanın ərazi iddiaları
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Yaponiyanın Antarktikadakı ərazi iddiaları
Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir. 1910—1912 illərdə Yaponiya Antarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər.1939-cu ildə Yaponiya rəsmi olaraq Antarktidaya ərazi iddiası irəli sürür. İddialı ərazi Ross ərazisi ilə Böyük Britaniyanın Antarktika əraziləri arasında (80° q.u və 150° q.u) yerləşir. 1951-ci ildə imzalanan San-Fransisko sülh müqaviləsinin ikinci bəndinə əsasən Yaponiya bütün ərazi iddialarından imtina etmişdir. Hazırda Meri Berd Torpağı və Elsuort Torpağına rəsmi olaraq dünyanın heç bir olməsi iddia etmir. Bu Antarktida haqqında konvensiyaya əsasən təstiqlənmişdir. Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz. Ancaq rəsmi olmasa belə bu haqqda söz-söhbət gedir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Qədim zamanlardan başlayaraq Azərbaycan türklərinin yaşamış olduğu Ermənistan Respublikası ərazisində indi azərbaycanlı yoxdur. Ermənilərin 1828-ci ildən başlanmış azərbaycanlıların qovulub çıxarılması prosesi 1988-ci ildə başa çatdırıldı. Həmin il azərbaycanlıların axırıncı sakinləri erməni millətçiləri tərəfindən doğma şəhər və kəndlərindən deportasiya edildi. Bu tale həm də min illər boyu yaranmış coğrafi adların – toponimlərin tam genosidi ilə başa çatdı. Azərbaycanlı əhali qovulduqca ya onun kəndləri dağıdılır və beləliklə, onların adları məhv edilir, ya da 1935-ci ildən başlayaraq yeni və həm də tam uydurma erməni adları ilə əvəz olunurdu. Yeni yaradılan erməni dilli coğrafi adların bir qismi Azərbaycan dilindən erməni dilinə eyni ilə tərcümələrdən, digər qismi isə Azərbaycan toponimlərinə yad olan qondarma coğrafi adlardan ibarətdir. Əhalinin deportasiyası ilə əlaqədar olaraq kəndlər, dağlar, dərələr, çaylar, bulaqlar da öz tarixi adlarından məhrum oldular. Bu, aydındır: bir yerdə ki, xalq yaşamır, o xalqın dilində coğrafi adlar da yoxdur. 1988-ci ildə Ermənistandan axırıncı Azərbaycan əhalisinin deportasiyası ilə oradakı bütün türkmənşəli adlar, o cümlədən mikrotoponimlər də ölümə məhkum edildi. Ermənilər azərbaycanlıların Ermənistan ərazisində tarixi izini silmək üçün qədim türklərə məxsus xaçdaşları, vişap adlanan balıq və ilan şəkilli daşları, qoç heykəlləri (V əsr erməni müəllifi Moisey Xorenasi Madayın axırıncı hökmdarı Astiaqın (e.ə.
SSRİ-nin Türkiyəyə ərazi iddiaları
SSRİ-nin Türkiyəyə ərazi iddiaları - RSFSR-in 1921-ci ildə Türkiyəyə verdiyi Rusiya imperiyasının ərazilərinin geri qaytarılması ilə bağlı SSRİ-nin Türkiyə Respublikasına qarşı ərazi iddiası. Ərazi iddiaları İosif Stalin hökuməti tərəfindən İkinci Dünya müharibəsinin son aylarında, eyni vaxtda Qara dəniz boğazlarında birgə nəzarət rejiminin tətbiqi və Sovet hərbi dəniz bazasının yaradılması tələbi ilə irəli sürülüb. SSRİ 1878-ci ildən Rusiya imperiyasına məxsus olan, 1921-ci ildə isə Sovet-Türkiyə dostluq və qardaşlıq müqaviləsinə əsasən Türkiyəyə verilən Zaqafqaziya ərazilərini ilhaq etmək və bu torpaqları Gürcüstan SSR ilə Ermənistan SSR arasında bölüşdürmək niyyətində idi. Digər böyük dövlətlərin, ilk növbədə ABŞ-nin müqaviməti ilə üzləşən və soyuq müharibənin qızışması ilə qarşılaşan SSRİ 1953-cü ildə ərazi iddialarından imtina etdiyini elan etdi. == Tarixi == Sovet İttifaqı 1936-cı il Montrö boğazlar konvensiyasının şərtləri ilə razı deyildi. SSRİ rəsmilərinin fikrincə bu Konvensiya Türkiyəyə Sovet İttifaqı üçün vacib su yolu olan Bosfor boğazı üzərində tam nəzarət hüququ verir. Bu səbəbdən 19 mart 1945-ci ildə SSRİ 25 dekabr 1925-ci il tarixli Sovet-Türkiyə müqaviləsini denonsasiya etdi. Bundan sonra yeni müqavilənin bağlanması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr və danışıqlar başladı. May ayında Türkiyə müqavilə layihəsini təklif etdi ki, ona əsasən müharibə baş verərsə, SSRİ ordusu və donanmasının Türkiyə ərazisindən sərbəst keçməsinə zəmanət verilirdi. Lakin bu güzəştdən sonra SSRİ bütün sovet tələbləri tam yerinə yetirilənə qədər Türkiyəni “sıxmaq” həvəsinə düşdü.
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları
Azərbaycan Xalq Cümhuriyyətinə Ermənistanın ərazi iddiaları - Azərbaycanın və Gürcüstanın tarixi torpaqlarını ələ keçirmək üçün erməni-daşnak hökuməti tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları. == Arxa plan == Rusiya imperiyasının dağılmasından sonra CənubiQafqazda yaranmış Ermənistan (Ararat) Respublikası Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. 1918-ci il may ayının 29-da İrəvan AXC rəhbərliyi tərəfindən Ermənistana siyasi mərkəz kimi güzəşt edildi. Bu erməniləri daha da şirnikləndirdi. == İddialar == Ermənilər Göyçə bölgəsinə (Yeni Bəyazid qəzasının şərq hissəsi), Naxçıvan bölgəsinə (Naxçıvan, Şərur-Dərələyəz qəzaları və İrəvan qəzasının bir hissəsi), Qazax qəzasının dağlıq hissəsinə, Qarabağa və Zəngəzura qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Lakin onlar bununla da kifayətlənməyərək, AzərbaycanRespublikasını və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə, Azərbaycanın göstərilən tarixi torpaqlarında soyqırımlarına başladılar. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edir, Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək üçün hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan Demokratik Respublikası == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan və Gürcüstan arasındakı ərazi iddiaları (1918-1920)
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Erməni soyqırımı iddialarının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımı iddiasının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Xocalı soyqırımı iddialarının tanınması
Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb. == Beynəlxalq aləmdə tanınması == Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. === Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar === Azərbaycan 2012: Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} 2012-ci ilində Türkiyə Türkiyə Milli Məclisinin Xarici Əlaqələr Komitəsi, 2012-ci ildə Xocalı qətliamını soyqırımı olaraq tanıdı İslam Əməkdaşlıq Təşkilatı 2014: Sudan === Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar === 2012: Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.83 dəfə / 1 mln.
2002 •••••••• 10.28
2003 •••••••••••• 14.96
2004 •••••••• 10.78
2005 ••••••••• 11.47
2006 ••••••••••• 14.87
2007 •••••••••• 13.11
2008 •••••••• 9.99
2009 •••••••••••••• 18.08
2010 •••••••••••••••• 20.61
2011 ••••••••••••••• 20.33
2012 •••••••••••••• 17.98
2013 •••••••••••••••••••• 27.13
2014 •••••••••••••••••• 24.37
2015 •••••••••••••••• 21.43
2016 •••••••• 10.07
2017 •••••••••• 12.52
2018 ••••••••••••• 17.08
2019 •••••••••• 12.66
2020 •••••••••••••••••• 23.34

"iddiaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iddiaları nədir? #iddiaları sözünün mənası #iddiaları nə deməkdir? #iddiaları sözünün izahı #iddiaları sözünün yazılışı #iddiaları necə yazılır? #iddiaları sözünün düzgün yazılışı #iddiaları leksik mənası #iddiaları sözünün sinonimi #iddiaları sözünün yaxın mənalı sözlər #iddiaları sözünün əks mənası #iddiaları sözünün etimologiyası #iddiaları sözünün orfoqrafiyası #iddiaları rusca #iddiaları inglisça #iddiaları fransızca #iddiaları sözünün istifadəsi #sözlük