ideya sözü azərbaycan dilində

ideya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ideya • 93.4604%
  • İdeya • 6.4482%
  • İDEYA • 0.0915%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Bütöv Azərbaycan ideyasi
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan milli ideya. == Ərazi == Bütöv Azərbaycan ərazisinə bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan Qum Mərkəzi ostanları və Astara şəhristanı. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın Dərbənd rayonu, Dağıstan Respublikası. Borçalı — Gürcüstanın Aşağı Kartli diyarı. Kərkük, Ərbil və s. — İraq.Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" — kitabda Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycanın dövlətçilik tarixi fonunda araşdırılır."Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyası Müqəddimə, Ön söz, 8 bölmə və Son sözdən ibarətdir. Bu kitab Əliyevşünaslıqda irəliyə doğru mühüm addımdır. == Ümumi məlumat == Əsərin I bölməsində ən qədim zamanlardan Azərbaycan Respublikasının meydana gəlməsinə (18 oktyabr 1991-ci il) qədərki dövrdə Azərbaycan dövlətçilik tarixinə nəzər salınır. "Heydər Əliyev ideyalarının zəfər yürüşü" monoqrafiyasının II-VII bölmələri bilavasitə dahi dövlət xadiminin tariximizdəki əvəzsiz rolunun işıqlandırılmasına həsr olunub. Müəllif bu bölmələrdən hər birinə Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu real əks etdirən adlar seçmişdir: "Azərbaycan dövlətçiliyinin xilaskarı" (II bölmə); "Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası" (III bölmə); "Qurtuluş mübarizəsinin qalibi" (IV bölmə); "Yeni Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu" (V bölmə); "Ata yurdumuzun Atatürkü" (VI bölmə); "Heydər Əliyev — zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" (VII bölmə); "Heydər Əliyev ideyalarının zəfər yürüşü" (VIII bölmə)."Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının ən maraqlı bölmələrindən biri "Ata yurdumuzun Atatürkü" adlanan VI bölməsidir. Dahi dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki milli öndərlik fəaliyyətinin, gördüyü böyük quruculuq işlərinin məktəb dərslikləri vasitəsilə gənc nəslə öyrədilməsi kimi çox gərəkli işə ilk dəfə məhz bu kitabın müəllifi - tanınmış tarixçi Yaqub Mahmudov başlamışdır."Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" adlı bölməsində Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə apardığı mübarizəsinin uğurları 2000-ci illərin ilk yarısındakı inkişaf göstəriciləri nümunəsində təhlil olunur, dahi şəxsiyyətin həyatının və fəaliyyətinin sonuncu mərhələsi ayrı-ayrı məqalələrdə araşdırılır."Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabına Yaqub Mahmudovun müxtəlif illərdə nəşr olunmuş məqalələri, həmçinin 2002-ci ildə çapdan çıxmış "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı monoqrafiyasındakı məqalələr də daxil edilmişdir. Əsər Heydər Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiram hissi ilə, həm də çox səmimi, aydın və anlaşıqlı bir dildə yazılmışdır. Bu kitab rus (2012) və ukrain (2013) dillərində də nəşr olunub. == İstinadlar == == Xarici keçidlər == Heydər Əliyev ideyalarının zəfər yürüşü ""Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib" (az.). https://az.trend.az.
Çuçxe ideyaları
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. == Etimologiya == "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. == Ədəbiyyat == Vurğun Əsgərli, "Çuçxe İdeologiyası",məqaləsi.
İdeyalar tarixi
İdeyalar tarixi — bəşəri fikirlərin yaradılması, qorunması və dəyişdirilməsi tarixi prosesi haqqında elm. İdeyalar tarixi intellektual tarix, fəlsəfə tarixi, elm tarixi, ədəbiyyat tarixi və ümumiyyətlə mədəniyyət tarixi ilə sıx əlaqədardır və bu səbəbdən onların bir hissəsi və ya tərkibindəki tətbiq olunan bir intizam kimi qəbul edilə bilər. Metod bir-biri ilə yeni birləşmələrə gələn və ifadə formalarını dəyişən, nisbətən dəyişməz qalan vahid fikirlərin öyrənilməsinə əsaslanır. Konsepsiya bu intizamın qurucusu olan Artur Lavcoy (Great Being Chain of Being: A History of a Idea, 1936) tərəfindən təqdim edilmişdir. == Nümayəndələri == Nümayəndələri Artur Lavcoy Rene Uellek Leo Şpitser Pol Azar Tədqiqatçılar İsayya Berlin Mişel Fuko == İstinadlar == == Biblioqrafiya == Лавджой, А. Великая цепь бытия: История идеи / Пер. с англ. Владислав Софронов. — М.: Дом интеллектуальной книги, 2001. — 376 с. ISBN 5-7333-0239-9 История идей как методология гуманитарных исследований.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 23.59 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 47.97
2003 •••••••••• 22.44
2004 •••••••••• 22.57
2005 •••••••••• 21.59
2006 •••••••• 17.57
2007 •••••••• 17.34
2008 •••••••••• 21.68
2009 ••••••••• 19.84
2010 •••••••••• 21.60
2011 •••••••••••••• 31.57
2012 •••••••••••• 27.71
2013 ••••••••• 19.40
2014 ••••••••• 20.08
2015 •••••••••• 23.14
2016 ••••••••••• 26.20
2017 •••••••••• 23.58
2018 •••••••••••• 26.82
2019 •••••••••••• 28.10
2020 •••••••• 17.37

ideya sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. İnsan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür. 2. Dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. İdeya mübarizəsi. İdeya silahı. Qabaqcıl ideyalar. – Yeni Azərbaycan ədəbiyyatında demokratik ideyalar realizm üslubu ilə doğur. M.İbrahimov. 3. Fikir, qayə, məqsəd. Sülhü qorumaq və möhkəmləndirmək ideyası. İdeyanı həyata keçirmək. – [Aslan:] Demək, sən çox kiçik qəlbli adammışsan. İdeyan da yeməkmiş. S.Vəliyev. // Bir şeyin əsas və başlıca məqsədi. Romanın əsas ideyası. Pyesin ideya məzmunu.

    Azərbaycan dilinin izahlı lüğəti / ideya

ideya sözünün sinonimləri (yaxın mənalı sözlər)

ideya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. идея: 1. определяющее положение в системе взглядов, воззрений. Qabaqcıl ideyalar передовые идеи, fəlsəfi ideyalar философские идеи, ideyanın yayılması распространение идеи, ideyalar çarpışması борьба идей, ideyanın formalaşması формирование идеи, ideyalar təntənəsi торжество идей, ideya xatirinə во имя идеи, ideyaya sadiqlik преданность идее 2. мысль, замысел. Dahiyanə ideya гениальная идея, gözəl ideya прекрасная идея, ağlıma belə bir ideya gəldi пришла мне в голову такая идея, yeni ideya irəli sürmək выдвигать новую идею 3. основная, главная мысль чего-л.. Filmin əsas ideyası основная идея фильма, əsərin ideyası идея произведения II прил. идейный: 1. связанный с мировоззрением, убеждением. İdeya mübarizəsi идейная борьба, ideya irsi идейное наследие, ideya birliyi идейное единство, ideya mətinliyi идейная закалка 2. выражающий основную мысль, идею чего-л. Pyesin ideya məzmunu идейное содержание пьесы

    Azərbaycanca-rusca lüğət / ideya

ideya sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. idea; hakim ~lar prevailing ideas; ~ uğrunda mübarizə aparmaq to fight* for an idea; qabaqcıl / proqressiv ~lar advanced / progressive ideas; Bu nə ideyadır! What an idea! II. s. ideological; ~ silahı ideological weapon

    Azərbaycanca-ingiliscə lüğət / ideya

ideya sözünün fransız dilinə tərcüməsi

ideya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] идея (1. са затӀунин ва я са гьалдин гьакъиндай акьулдивай кьатӀуз жедай, фикирдиз гъиз жедай умуми мана, шикил, фикир; 2. дуьньякьатӀунрин асул принцип, асул метлеб; меслек; 3. фикир, къаст, макьсад).

    Azərbaycanca-ləzgicə lüğəti / ideya

ideya sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – ―Məna‖, ―əhəmiyyət‖ və ―mahiyyəti‖ ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"ideya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ideya nədir? #ideya sözünün mənası #ideya nə deməkdir? #ideya sözünün izahı #ideya sözünün yazılışı #ideya necə yazılır? #ideya sözünün düzgün yazılışı #ideya leksik mənası #ideya sözünün sinonimi #ideya sözünün yaxın mənalı sözlər #ideya sözünün əks mənası #ideya sözünün etimologiyası #ideya sözünün orfoqrafiyası #ideya rusca #ideya inglisça #ideya fransızca #ideya sözünün istifadəsi #sözlük