idmanı sözü azərbaycan dilində

idmanı

Yazılış

  • idmanı • 53.9300%
  • İdmanı • 46.0040%
  • İDMANI • 0.0661%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atçılıq idmanı
Atçılıq idmanı – atların iştirakı ilə həyata keçirilən yarış idman növü. Olimpiya idman növlərindən biri. Azərbaycanda atçılıq idman növü ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanı var. == Tarixi == Atçılıq idmanı ilk dəfə 1900-cü ildə yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Stokholmda keçirilən V Yay Olimpiya Oyunlarından bəri atçılıq idmanı bütün Yay Olimpiya Oyunlarında iştirak edir. 10 ölkədən idmançılar Stokholmda təmsil olundu: Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Norveç, Rusiya, ABŞ, Fransa, Çili və İsveç. İsveç atçıları at təliminə görə qızıl, gümüş və bürünc olmaqla üç medal qazandılar, Millətlər Kubokunda maneələri aşmağa və üç növ idman məşqindən ibarət yarışa görə qızıl medal qazanan ilk komanda oldu.. == Atçılıq idmanına daxil olan anlayışlar == Arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan; Banket – marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi; Coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Konkur – maneələri dəfetmə üzrə yarışın adı; Git – konkurda yarışın bir mərhələsi; Ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Jerd – dəf ediləcək maneənin bir hissəsi; Marşrut – hərəkət trayektoriyası; Kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn; Kurs dizayner – konkurda marşrut tərtibçisi; Manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança; Stoyka – maneənin bir hissəsi; sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr; Boks - atın saxlandığı yer; Korda-yüyənə bağlanmış uzun ip. == İdman atlarının təlimi == Təlim prosesində cins idman atlarının xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
Avtomobil idmanı
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Azərbaycan idmanı
Azərbaycanda idman — Azərbaycan mədəniyyətində mühüm rol oynayır. 2022-ci ildə dünya ölkələrinin qlobal idman reytinqində Azərbaycan dərhal 43 pillə yüksələrək 162 xalla 46-cı yeri tutdu. Eyni zamanda, Avropada Respublika 26-cı yerdədir. == İdman növünə görə == === Komanda idman növləri === ==== Futbol ==== Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb. Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər. İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub. 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib. 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür. 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.
Su idmanı
Su idmanı — su idmanı növlərinin ümumi adı. Su idmanına yelkənli qayıq idmanı, motorlu qayıq idmanı, su polosu, sualtı idman, suya tullanma, üzgüçülük və s. daxildir.
Sumqayıt idmanı
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. == SSRİ dövründə == İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü xokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. == Müstəqillik dövründə == Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
Velosiped idmanı
Bir çox ölkələrdə velosipedlərdən ən əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik maşının yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər şəhər əhalisi üçün çox əlverişlidir. == Tarixi == Velosiped pedalla hərəkətə gətirilən ikitəkərli və ya üçtəkərli maşındır. İlk ikitəkərli və sükanlı velosipedi Rusiyada təhkimli usta U.M.Artamonov 1801-ci ildə düzəltmişdir. Ona "samokat", yəni "öz-özünə hərəkət edən" deyirdilər. Bu, doğrudan da belə idi: oturmuş sürücü böyük qapaq təkərə birləşdirilmiş pedalları fırladanda velosiped hərəkətə gəlirdi.
Xizəksürmə idmanı
Xizəksürmə — qış idmanının geniş yayılmış növlərindən biri. Xizəksürmə idmanına xizək ilə qaçış, tramplindən tullanma, ikinövçülük (qaçış və tullanma), slalom və biatlon daxildir. İnsanlıq tarixi qədər qədim bir idman növü olan xizəkçilik, insanın təbiət ilə həyat döyüşü nəticəsi ortaya çıxmışdır. İnsanların qışda qara batmamaq məqsədi ilə, ayaqlarına bağladığı müxtəlif şəkillərdəki ağac parçaları, xizəyin ən primitiv forması olmuşdur. Tarixi 5000 il əvvəlinə aid olan ilk xizəklər, betula və şam ağaclarından edilir, bunların sürüşkənliyini artırmaq üçün şam ağacından hazırlananların döşəmələri qatranla, betuladan hazırlanan xizəklərdə dəri ilə örtülürdü.
Yelkən idmanı
Şxun ingilscə schooner sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı.Sonrakı dövrdə şxun daxili yanma mühərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir.
Aviamodel idmanı
Aviamodel idmanı — uçan modellərin (təyyarələr, planerlər, helikopterlər, raketlər və s.) layihələndirilməsi və istehsalı, və sürət, uçuş müddəti və aerobatika keyfiyyəti üzrə sınaqlarda onlara nəzarət üzrə müsabiqələr. Beynəlxalq Model Təyyarə Komissiyası (1923-cü ildə yaradılmışdır) Beynəlxalq Aviasiya Federasiyasının bir hissəsidir. 1925-ci ildən dünya çempionatı keçirilir.
Dağ-xizək idmanı
Dağ-xizək idmanı-qar üzərində xizəklərlə birlikdə edilən, qapılardan keçərək ən sürətli aşağaya enməyə məqsəd qoyulan idman növüdür. 1936-cı ildə keçirilən Qış Olimpiya oyunlarından sonra Olimpiya oyunlarına əlavə olunmuşdur. İdmançılar Olimpiya və Dünya Çempionatına qatıldıqları kimi hər il Dünya Kubokunda da iştirak edirlər. Dörd əhəmiyyətli intizam var:1. Slalom (SL), böyük slalom (GS), süper böyük slalom (super-G) və eniş yarışlarıdır. Slalom en texniki və yavaş kateqoriyadır. Sürət saatda 55 km-ə çatır. Eniş intizamı, bu yarışda ən sürətli yarışdır. Sürət saatda 100 km-ə çatar. Böyük slalom intizamı texniki, super böyük slalom isə sürət yarışması olaraq qəbul edilir və eniş yarışlarındakı sürət əldə edilir.
Azərbaycan Karlar İdmanı Federasiyası
== Lisenziyalı federasiyalar == Bu siyahı hal-hazırda rəsmi lisenziyası olan Azərbaycan idman federasiyalarının siyahısıdır. Hal-hazırda respublikada 31 rəsmi federasiya və 1 rəsmi assosiasiya lisenziyalı şəkildə fəaliyyət göstərir. == Digər federasiyalar == Azərbaycan Aykido Federasiyası Azərbaycan Strongmen Federasiyası Azərbaycan Alpaqut Federasiyası Azərbaycan Ciu-Citsu Federasiyası Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası Azərbaycan Çimərlik Futbol Federasiyası Azərbaycan Futzal Federasiyası Azərbaycan Xokkey Federasiyası Azərbaycan Kosiki Karate-do Federasiyası Azərbaycan Qol Güləşi Federasiyası Azərbaycan Pauerliftinq Federasiyası Azərbaycan Reqbi Federasiyası Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası Azərbaycan Yelkənli İdman Federasiyası Azərbaycan İdman Turizmi Federasiyası == Mövcud olmuş federasiyalar == Bəzi federasiyalar bir müddət aktiv fəaliyyət göstərmiş və ya fəaliyyət göstərməmiş, lakin rəsmi lisenziyaya sahib olmuşdur. Sonra isə bu lisenziya ləğv edilmiş və ya müddəti uzadılmamışdır. Bu səbəbdən də həmin federasiyalar ləğv olunmuş və ya fəaliyyətsiz hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == İdman Federasiyaları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi [1] Arxivləşdirilib 2017-12-23 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Bakı Su idmanı Sarayı
Su idmanı Sarayı — Su idmanları üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman kompleksidir. 19 aprel 2013-cü ildən tikilməyə başlanmışdır. Bakı Su İdmanı Sarayında yaradılmış şərait FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) tələblərinə tam uyğundur. Burada üç hovuz yaradılıb. Onlardan ikisi Olimpiya hovuzudur (uzunluğu 50 və 25, eni 25, dərinliyi isə 2,5 metrdir). Suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Sarayın tamaşaçı tutumu 6 mindən çoxdur. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri mövcuddur. Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb.
Bakı Su İdmanı Mərkəzi
Su idmanı Sarayı — Su idmanları üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsi üçün nəzərdə tutulan idman kompleksidir. 19 aprel 2013-cü ildən tikilməyə başlanmışdır. Bakı Su İdmanı Sarayında yaradılmış şərait FINA (Beynəlxalq Üzgüçülük Federasiyası) tələblərinə tam uyğundur. Burada üç hovuz yaradılıb. Onlardan ikisi Olimpiya hovuzudur (uzunluğu 50 və 25, eni 25, dərinliyi isə 2,5 metrdir). Suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Sarayın tamaşaçı tutumu 6 mindən çoxdur. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri mövcuddur. Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb.
2015 Avropa Oyunlarında atıcılıq idmanı
== Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş Təsnifat ==
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında
Güllə atıcılığı idmanı Olimpiya oyunlarında-Atıcılıq ilk dəfə Olimpiya Oyunları proqramına 1896-cı ildə daxil edilib. 1904-cü ildə Sent-Luisdə və 1928-ci ildə Amsterdamda keçirilmiş oyunlar istisna olmaqla atıcılığa bütün Olimpiya Oyunlarında yer verilib. Elektron hədəflər 1992-ci ildə Barselonada keçirilmiş oyunlarda sərrastlığın təkmilləşdirilməsi məqsədi ilə təqdim olunub. ==Faktlar və rəqəmlər== Kişilər arasında atıcılıq ilk dəfə 1896-cı ildə Afinada keçirilən müasir Olimpiya Oyunlarına daxil edildiyi təqdirdə, qadınlar arasında atıcılıq yarışının oyunlar sırasına daxil edilməsi 1984-cü il Los Anceles Olimpiya Oyunlarına kimi uzadıldı.
Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
2015 Avropa Oyunlarında dağ velosipedi idmanı
Dağ velosipedi 2015 Avropa Oyunlarında — Kişilər və qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutmuşdur. Dağ velosipedində Kişilərin yarışında 43 idmançı, Qadınların yarışında isə 26 idmançı qüvvəsini sınadı. Kişilərin yarışında qızıl, gümüş və bürünc medalı İsveçrə idmançıları qazandı. 2012 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Nino Şurter Avropa Oyunlarının Çempionu adını qazandı. Qadınların yarışında isə qızıl və gümüş medalı İsveçrə, bürünc medalı isə Polşa idmançıları qazandılar. 22 yaşlı Yolanda Neff Avropa Oyunlarının Çempionu adını qazandı.
Azərbaycan İdmanı Dünən, Bu Gün... (1991)
Azərbaycan idmanı dünən, bu gün... filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Fəraməz Səfiyev Rejissor: Rafiq Yüzbaşov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Azərbaycan idmanı dünən, bu gün... (film, 1991)
Azərbaycan idmanı dünən, bu gün... filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan idmanını şöhrətləndirən görkəmli idmançılarımıza həsr olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Fəraməz Səfiyev Rejissor: Rafiq Yüzbaşov Operator: Azər Salayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 19.37 dəfə / 1 mln.
2002 ••••••• 23.98
2003 •••• 11.81
2004 •••• 15.16
2005 •••• 14.17
2006 ••• 9.91
2007 ••••• 16.07
2008 ••••• 16.57
2009 •••• 12.96
2010 ••• 10.08
2011 ••• 9.95
2012 •••• 13.08
2013 ••• 11.38
2014 •••••••••• 36.21
2015 •••••••••••••••••••• 77.06
2016 •••••••••• 35.23
2017 ••••••••• 33.49
2018 •••••• 19.48
2019 ••••• 17.53
2020 •• 3.98

"idmanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#idmanı nədir? #idmanı sözünün mənası #idmanı nə deməkdir? #idmanı sözünün izahı #idmanı sözünün yazılışı #idmanı necə yazılır? #idmanı sözünün düzgün yazılışı #idmanı leksik mənası #idmanı sözünün sinonimi #idmanı sözünün yaxın mənalı sözlər #idmanı sözünün əks mənası #idmanı sözünün etimologiyası #idmanı sözünün orfoqrafiyası #idmanı rusca #idmanı inglisça #idmanı fransızca #idmanı sözünün istifadəsi #sözlük