İdr sözü azərbaycan dilində

İdr

Yazılış

  • İdr • 25.0000%
  • idr • 25.0000%
  • İDR • 25.0000%
  • idR • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aygül İdrisova
Aygül İldusovna İdrisova (başq. Иҙрисова Айгөл Илдус ҡыҙы, doğ. 11 iyul 1995-ci il) — Başqırdıstanlı dama üzrə beynəlxalq qrosmeyster. 2019-cu ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı, 2017-ci dünya çempionatının bürünc mükafatçısı. Avropa çempionu (2016). == Təhsili == 2002-ci ildən 2011-ci ilə qədər A. Validi (İşimbay) adına 2 nömrəli Başqırd respublika Gimnaziyasında (İşimbay), 2011-2013-cü illərdə R.Qaripov adına 1 nömrəli Başqırd respublika Grammatika Məktəbində (Ufa) oxumuşdur. Yüksək təhsil göstəricilərinə görə medalla təltif olunmuşdur. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Fiziki-Texniki İnstitutunun Tətbiqi Fizika kafedrasının tələbəsidir. == İdman karyerası == 6 yaşında, uşaq bağçasına gedəndə dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki dama bölməsinə qatıldı.
Ağalar İdrisoğlu
Ağalar İdrisoğlu (tam adı: Ağalar İdris oğlu Mehdiyev) — Azərbaycan yazıçısı və dramaturqu, rejissor, Azərbaycan Yazıçılar Birliyinin (1999) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür, Əməkdar incəsənət xadimi. == Həyatı == Ağalar İdrisoğlu Mehdiyev 1950-ci ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olan Ağalar İdrisoğlu (Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli orta məktəbi bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini və 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib. == Yaradıcılığı == Ağalar İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. 50 ildən çoxdur ki, peşəkar teatr sənətində çalışır. 40-dan artıq tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya quruluş verib. Quruluş verdiyi tamaşalardan Nobel mükafatı laureatları — Alber Komyunun "Qismət", Reynhard Kiplinqin "Mauqli", dramaturqlardan Aleksandr Suxovo Kabılinin " Tarelkinin ölümü", Georgi Caqarovun "Prokuror", Anarın "Zəncir", Vasili Şukşinin "Diribaş adamlar", Georgi Xuqayevin "Qocaların məhəbbəti", "Varlı ev", Camal Yusifzadənin "Səhər qatarı", Loğman Rəşidzadənin "Toya bir gün qalmış", Aleksandr İvaşenkonun "Uşağa bir üç yazın!", Ağalar İdrisoğlunun "Şah İsmayıl", "İnan mənə", Akif Həsənoğlunun "Yanmış evin nağılı", Eduard Bobrovun "Vicdanla üz-üzə", Leonid Juxavitskinin "Şahzadə və baca təmizləyən", Zeydulla Ağayevin "Haray", Vaqif Əlixanlının "Əcəl atı", Panço Pançevin "Dörd əkizin nağılı". Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Qənbər Şəmşiroğlunun "Caninin etirafı" və başqaları yüksək tamaşaçı marağına səbəb olub. 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində işləyib.
Aşıq İdris
Aşıq İdris (İdris Şirin oğlu Məhərrəmov; 1894, Zərzibil, Yeni Bəyazid qəzası – 1945) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq İdris 1894-cü ildə Göyçə mahalının Zərkənd kəndində Aşıq Şirinin ailəsində doğulmuşdur.O, on iki yaşından atası Aşıq Şirindən dərs almış, aşıq sənətinin sirlərinə vaqif olmuşdur.Aşıq İdris otuz beş dastanı sinədən bilmiş, ağır yığnaqlar keçirmişdir. O, müharibəyə gedib geri qayıtmamışdır (1941/45).
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər.
I İdris
I İdris (tam adı Seyid Məhəmməd İdris əl-Mehdi əs-Sənussi; 12 mart 1889 və ya 12 mart 1890 – 25 may 1983, Qahirə) — Liviyanın 1951-ci ildə müstəqilliyini qazanmasından sonra ilk Kral olaraq vəzifəyə başladı.
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Məhəmməd İdrisi
Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah == Həyatı == XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir.
Qneseologiya (idrak nəzəriyyəsi)
Qneseologiya (qneseoloji - insan idrakının öyrənilməsiylə bağlı elmi sahə) — Dünyada insanın fəal həyat istiqaməti göturməsi, müvəffəqiyyətli fəaliyyət göstərməsi onun gerçəkliyi hansı dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğu, adekvat əks olunursa, insan da ona uyğun fəal olur, qarşısına reallaşması mümkün olan vəzifələr qoyur və daha çox məqsədyönlü fəalliyyət göstərir. Qneselogiya — yunan dilində bilik haqqında təlim deməkdir. Bu da göstərir ki, idraka fəlsəfənin, onun spesifik sahəsi olan qnesologiyanın predmeti kimi baxilmalidir.
Ruslan İdrisov
Ruslan Qabil oğlu İdrisov (6 iyun 2002; Odessa, Ukrayna — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan İdrisov 6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşmışdır. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təmiz idrakın tənqidi
"Xalis zəkanın tənqidi" (almanca Kritik der reinen Vernunft) — alman filosofu İmmanuel Kantın ən çox oxunan fundamental fəlsəfi əsəri. Fəlsəfə tarixində ən nüfuzlu əsərlərdən biri sayılır. Bu əsər "Tənqid" seriyasından ilk əsərdir, bundan sonra filosofun "Əməli idrakın tənqidi" və "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri işıq üzü görür. Kant bu əsərində o dövrün iki hakim fələsəfi cərəyanı - rasionalizm və empirizm arasındakı ziddiyəti yumşaltmağa cəhd göstərmişdir. Artur Şopenhauer özünün "Dünya iradə və təsəvvür kimi" əsərində "Xalis zəkanın tənqidi"ni nəzərdə tutaraq yazır: "Kantın təlimi onu dərk edən hər bir ağılda fundamental dəyişiklik yaradır".
Valdete İdrizi
Valdete İdrizi (alb. Valdete Idrizi; 1973-cü il) — Kosovo qadın siyasətçisi və vətəndaş fəalı. Kosovo Demokrat Partiyasının üzvü. "Mitrovitsa cəmiyyətinin qurulması" (Community Building Mitrovica) adlı qeyri-hökumət və qeyri-kommersiya təşkilatının rəhbəri, təşkilatın məqsədləri münaqişələrin aradan qaldırılması və Kosovska-Mitrovitsa şəhərinin alban və serb diasporaları arasında dialoqun qurulmasıdır. 2008-ci ildə albanlar və serbləri barışdırmaq üçün sülhməramlı səylərə görə ABŞ Dövlət Departamentindən IWOC Beynəlxalq Cəsarət Mükafatını aldı. Soroptimist International of Europe (SIE) tərəfindən SIE Award 2009 və Women's International Film & Television Showcase tərəfindən TheWIFTS Peace Award 2016 mükafatlarını qazanmışdır. == Həyatı == Kosovska-Mitrovitsanın şimal hissəsində anadan olub orada böyümüşdür. Kosovo müharibəsi zamanı serblər tərəfindən qovuldu.Müharibədən sonra xarici investorların dəstəyi ilə "Mitrovitsa cəmiyyətinin qurulması" qeyri-kommersiya təşkilatını təsis etdi. Təşkilatın ofisi KFOR-un qorunması altında olan bufer zonada, şəhərin iki hissəsini - Cənubi Albaniya və Şimali Serbiyanı birləşdirən İbar çayı üzərindəki körpünün yanında yerləşir. Valdete İdrizi serb və alban dillərində jurnal nəşr etdirir.
Xəyal İdrisov
Xəyal İbrahim oğlu İdrisov (24 fevral 2000; Ərəbocağı, Ağdaş, Azərbaycan — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal İdrisov 2000-ci il fevralın 24-də Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olub. 2006-2017-ci illərdə Ərəbocağı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal İdrisov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdaş rayonunun Ərəbocağı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal İdrisov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. == Etimologiya == İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio (“imtahan”, “təlim” və yaxud “bilik”) sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. == İlkin tədqiqatlar == "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384-322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
İdrak fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu. Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.
İdrak nəzəriyyəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu. Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.
İdraki psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
İdrakməktəbi
“İdrak məktəbi” bir özəl məktəb olduğu kimi, bir özəl pedaqoji məkandır.Burada əgər şagirdlər gündəlik dərslərini yeni üsulla (hərçənd onlar üçün bu yeni yox,gündəlik iş fəaliyyətidir) keçib, özlərinin bilik dünyasını qururlarsa, müəllimlər isə bu biliyə gedən yolun yolçusu və qurucusu olmuş olurlar. 20 il öncə ənənəvi təhsil sisteminə bir alternativ kimi F.Bunyatovanın yaratdığı “İdrak məktəbi”nin məqsədi bu günə qədər şagirdlərdə təkcə bilik, bacarıq və vərdiş yaratmaq deyil, eyni zamanda hər bir şagird təfəkkürünü düşüncə yoluna istiqamətləndirib onun inkişafına şərait yaratmaqdır. Bu düşüncə yolları hansıdır? “İdrak məktəbi”nin məqsədi şagirdlərdə bilik bacarıq və vərdiş yaratmaq deyil, məktəbin məqsədi hər bir şagird təfəkkürünü düşüncə yoluna istiqamətləndirib onun inkişafına şərait yaratmaqdır. Hansıdır bu düşüncə yolları? -Anlam yolu. Nəyi öyrənmək istəyirsənsə əvvəlcə onun mahiyyətini başa düş; -Bilik yolu. Başa düşdüyünü, eşitdiyini, oxuduğunu biliyə çevir; -Bacarıq yolu. Çox sayda tapşırıqlar yerinə yetir ki,biliyi möhkəmləndirib itirməyəsən; -Yaradıcılıq yolu. Biliklərini hərəkətə gətir ki, onu başqa biliklərlə əlaqələndirib yeni biliklər yaradasan.
İdris
İdris (ərəb. إدريس‎) — Quranda bəhs edilən peyğəmbərlərdən biri və Şetin oğlunun oğlu. Deyilənə görə, onun dövründə ilk dəfə insanlar heyvan dəriləri geyməkdən qurtuldular. Parçanı tapıb yazı yazmağı yaxşılaşdırdığı deyilir. İslam mifologiyasına görə 4-cü mərtəbə göydə yaşamağa davam edir. Ayrıca Antik Yunan mifologiyası ndəki Hermes 'və Qədim Misir mifologiyasındakı Thotun Qurandakı İdris ilə eyni adam olduğu və MÖ 14.000 ətrafında yaşadığı iddia edilir.Orhan Hançerlioğlu İdrisi belə izah etdi: Beş min il əvvəl Misirdə bir dərzi yaşayırdı. Misir papiruslarında dərzinin Hermes Tut adı var. Qurana görə, Adəm və oğlu Şetdən sonra gələn üçüncü peyğəmbər İdrisdir. Qələmlə yazan və paltar tikən ilk adamdır. İdrisin Tanaxdakı Xanok və ya "Enoch" ( İvrit dili: חנוך) ilə eyni şəxsdir Xanok Adəmin oğlu Kainin oğludur və 365 il yaşayır.
İdris Axundzadə
İdris Ağalarov
İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
İdris Bazorkin
İdris Bazorkin (d. 15 iyun, 1910 Nazran, Rusiya İmperiyası — ö. 31 may, 1993 Nazran, İnquşetiya) — İnquş sovet yazıçısı, şair. == Həyatı == O, babasının qardaşı Mochko Bazorkin tərəfindən qurulan Moçko-Yurd olan Bazorkins kəndində anadan olmuşdur. Bazorkin soyadları dağlıq İnquşetiyada Eji— qala kəndindən Qazdiyev ailəsinə aiddir. Bazorkin kəndinin banisi onun babasının qardaşı idi. O, çar ordusunun ilk generalı idi. O dövrdə yaxşı təhsil almış altı oğlan yetişdirdi. Daha sonra İnquşun ziyalı nümayəndəsi oldu. Yazıçının atası General Bazorkinin üçüncü oğlu Murtuz Əli çar ordusunun zabiti idi.
İdris Bitlisi
İdris Bitlisi və ya Bitlisli İdris (tam adı: Molla Hakim İdris Bitlisi; 1452 və ya 1457, Bitlis – 1520, Konstantinopol) — XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış kürd əsilli Osmanlı tarixçisi və dövlət xadimi. Azərbaycan türkcəsində danışırdı. == Həyatı == Molla Hakim İdris Bitlisi 18 yanvar 1457-ci ildə indiki Türkiyənin Bitlis şəhərində anadan olmuşdur. O, Səfəvi şahına xidmət etmiş və sonradan Osmanlı sultanı II Bəyazidin sarayına köçmüşdür. Orada ona Osmanlı sülaləsinin tarixini yazmaq tapşırılmışdır. İdris daha sonra Bəyazidin oğlu sultan Yavuz Səlimin sarayında tarixçi kimi çalışmışdır.Bitlisli İdris "Səlimnamə" əsərində yazır ki, I Səlimin hakimiyyəti dövründə kürd aşirət rəhbərlərini bir araya gətirməyə nail olmuşdur. Bundan sonra o, kürdləri qızılbaşlarla döyüşməyə təşviq etmiş, onlar isə Anadolunu qızılbaşlardan qılıncla təmizləməyə and içmişdir. Bu vaxt 40 min qızılbaş qılıncdan keçirilir. Bitlisli İdris Osmanlının Kürdüstanı fəth etməsində göstərdiyi köməyə görə, vali təyin edilmişdir.Bitlisli İdris fars dilində olan "Həşt behişt" ("Səkkiz cənnət dairəsi") əsərində Osmanlı sülaləsinin tarixini yazmışdır. Əsər eyni zamanda, türk dilinə tərcümə edilmişdir.İdris Bitlisi 15 noyabr 1520-ci ildə İstanbul şəhərində vəfat etmişdir.
İdris Cəfərov
İdris Debi
İdris Débi İtno(fr. Idriss Déby Itno; (18 iyun 1952 – 20 aprel 2021, Ncamena)— Çadın prezidenti və Vətənpərvər Qurtuluş Hərəkatının rəhbəridir. Debi Zaghawa etnik qrupunun Bidyat klanından biridir. Yanvar 2006-cı ildə soyadına "İtno" əlavə olunmuşdur. == Həyatı == Debi bir çobanın oğlu olaraq Fadada doğuldu. Məktəbi bitirdikdən sonra N'Djamena Hərbi məktəbə daxil oldu. Oradan bir peşəkar Pilot sertifikatı ilə 1976-cı ildə Çada döndü və ali təhsil üçün Fransaya göndərildi. Keçici hökumət 28 fevral 1991-ci il tarixində Çad dövlət başçısı olaraq Debini vəzifələndirdi. İyun ayında prezident seçiminin ardından mart 1996-cı ildə yeni bir konstutsiya ilə referendium qəbul edildi. Debi ilk turda ilk sırada yer aldı ancaq əksəriyyəti qazana bilmədi.
İdris Elba
İdrissa Akuna "İdris" Elba (ing. Idrissa Akuna «Idris» Elba; 6 sentyabr 1972, İraq) — britaniyalı kino və televiziya aktyoru. Əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), Kabus yarışçı 2: İntiqam atəşi, Prometey (2012) və Tor triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanmışdır. == Bioqrafiya == İdrisa Akuna Elba 6 sentyabr 1972-ci ildə Londunun Xakni borosunda A doğulmuşdur. Ailənin yeganə övladı olan aktyorun atası Siyerra-Leoneli və anası isə Qanalıdır. Hələ məktəb illərdə səhnəyə çıxmağa başlamışdır. 1986-cı ildə dicey olan əmisinə işində köməklik etməyə başlayıb, daha sonra özü dicey kimi müxtəlif gecə klublarında "DJ Big Driss" ləqəbi ilə çıxış edib. Gənc yaşlarında həm də Ford şirkətində də çalışmışdır. == Karyerası == İdris Elba kino aktyor karyerasına televizyadan başlayır və müxtəlif seriallarda çəkilir. Böyük kinoda ilk addımlarını isə 2000-ci illərdə atmağa başlayır.

"idr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#idr nədir? #idr sözünün mənası #idr nə deməkdir? #idr sözünün izahı #idr sözünün yazılışı #idr necə yazılır? #idr sözünün düzgün yazılışı #idr leksik mənası #idr sözünün sinonimi #idr sözünün yaxın mənalı sözlər #idr sözünün əks mənası #idr sözünün etimologiyası #idr sözünün orfoqrafiyası #idr rusca #idr inglisça #idr fransızca #idr sözünün istifadəsi #sözlük