ifadə sözü azərbaycan dilində

ifadə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ifadə • 99.6783%
  • İfadə • 0.3133%
  • İFADƏ • 0.0084%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İfadə (Riyaziyyat)
Hər hansı bir dəyərə bərabərlənməmiş ya da bir dəyərlə sərhəd qoyulmamış riyazi fikrə ifadə deyilir. İfadələr sabitlərdən, dəyişənlərdən, əməliyyatlardan, funksiyalardan və digər riyazi simvollardan ibarət ola bilər . Ən sadə ifadə formalarından biri yazıla bilər: 0 + 0 {\displaystyle 0+0} Aşağıdakı kompleks ədəd də bir ifadədir: f ( a ) + ∑ k = 1 n 1 k ! d k d t k | t = 0 f ( u ( t ) ) + ∫ 0 1 ( 1 − t ) n n ! d n + 1 d t n + 1 f ( u ( t ) ) d t . {\displaystyle f(a)+\sum _{k=1}^{n}\left.{\frac {1}{k!}}{\frac {d^{k}}{dt^{k}}}\right|_{t=0}f(u(t))+\int _{0}^{1}{\frac {(1-t)^{n}}{n!}}{\frac {d^{n+1}}{dt^{n+1}}}f(u(t))\,dt.} Xətti ifadə: 8 x − 5 {\displaystyle 8x-5} . İkinci dərəcəli ifadə: 7 x 2 + 4 x − 10 {\displaystyle 7{{x}^{2}}+4x-10} . Rasional ifadə : x − 1 x 2 + 12 {\displaystyle {\frac {x-1}{{{x}^{2}}+12}}} . x + 3 * y = 6 bir ifadə deyil, bir bərabərlikdir. x + 3 * y <6 bir ifadə deyil, bərabərsizlikdir.
İfadə azadlığı
Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur — bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir.1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu maddəsində qeyd olunur ki, "Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnu var".1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, "Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir".
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. == Həmçinin bax == Maraqların cəmlənməsi == İstinadlar == == Ədəbiyyat == Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Məhlulun qatılığının ifadə üsulları
Məhlulun qatılığı - onun komponentləri arasındakı miqdarı nisbətlə xarakterizə olunur. Məhlulun qatılığının, yəni həll olan maddənin həllediciyə nisbətən miqdarının müxtəlif ifadə üsulları vardır. == Faizli məhlul == Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilərsə belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır: Çəki faizi - Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Məsələn, xörək duzunun 10 faizli məhlulu o deməkdir ki, məhlulun hər 100q-nın 10q-ı NaCl və 90q-ı H2O-dan ibarətdir. Molekulyar faiz - Qatılıq həll olan maddənin məhlulun 100 mol hissəsindəki qram-molekul sayı ilə ifadə edilir. Atom faizi - Komponentləri elementlərdən ibarət olan bərk məhlullarda qatılığın atom faizləri ilə ifadə edilməsi daha münasibdir. Belə halda qatılıq komponentin sistemin 100q- atomundakı qram-atomlarının sayı ilə müəyyən edilir. == Molyar və molyar məhlulun qatılığı == Bu halda məhlulun qatılığı, onda həll olan maddənin qram-molekul (molların) sayı ilə ifadə edilir. Həll olan maddə miqdarının qram molekullarla ifadəsində onun ya məhlulun bir litrinə və ya həlledicinin 1kq-na olan nisbəti müəyyən edilir.
Latın ifadələri
Latın dilinin "ölü dil" sayılmasına baxmayaraq bu dilə aid bir çox söz və ifadələr digər dillərin leksikonunda, xüsusilə dini, elmi, hüquqi terminologiyada hələ də geniş istifadə olunmaqdadır. Yeni ümumiişlək söz və ifadələrin yaranmasında latın dilinin rolu çox olmuşdur. Təbabəti xüsusilə kimya, biologiya, anatomiya kimi elmləri, o cümlədən beynəlxalq hüququ latın söz və ifadələrsiz təsəvür etmək qeyri mümkündür. Latın ifadələri günümüzdə elmi və məntiqi fikirləri geniş auditoriyaya çatdırmaq üçün mühüm bir vasitəyə çevrilmişdir. Düzdür son zamanlar elm və texnikanın, iqtisadiyatın, ticarətin sürətlə inkişaf etməsi ilə meydana çıxan yeni termin və ifadələr ingilis dili əsasında formalaşsalar da latın dilindən digər dillərə oturmuş söz və ifadələr hələ də klassikliyini qoruyub saxlamaqdadır. Latın söz və ifadələri bu məqalədə əlifba sırası ilə təqdim olunmuşdur.
Requlyar ifadələr
Requlyar ifadələr (ing. regular expressions) — axtarış üçün formal dil və metasimvollardan (Simvol-cokerlər, ing. wildcard characters) istifadəyə əsaslanaraq mətnlərdə altsətirlərlə manipulyasiya həyata keçirmək. Axtarış üçün simvol, metasimvollardan ibarət olan və axtarış üçün qaydalardan ibarət sətir-nümunədən (ing. pattern) istifadə edilir. Mətnlərlə manipulyasiya etmək üçün əlavə olaraq yenə də xüsusi simvollardan ibarət ola bilən əvəzlənən sətirlərdən istifadə verilir.
Requlyar ifadələrdə simvolların təsviri
== Simvolların kodlara görə təsviri == Bəzi hallarda simvolların onların kodu ilə təsvir edilməsi lazım olur.
Tam cəbri ifadələr
Ədəd və dəyişənlərin vasitəsilə toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm birhədli, həm də çoxhədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadə kəsr – rasional ifadə adlanır. Birhədli – ədəd, dəyişən və ədədlə dəyişənlərin hasilindən (hasildə dəyişənlərin natural üstlü qüvvətləri, sıfırda daxil olmaqla, nəzərdə tutulur) ibarət ifadədir. Ümumi şəkildə k ⋅ x m ⋅ y n ⋅ z p {\displaystyle k\cdot x^{m}\cdot y^{n}\cdot z^{p}} standart şəklə gətirilmiş birhədlidirsə, k {\displaystyle k} – əmsal adlanır və k ∈ R , ( m + n + p ) {\displaystyle k\in R,(m+n+p)} – cəminə isə birhədlinin qüvvəti (dərəcəsi) deyilir və m , n , p ∈ N = {\displaystyle m,n,p\in N=} {0;1;2;3;4;5;6;7;8;9}. Çoxhədli – birhədlilərin cəbri cəminə deyilir. Çoxhədlinin dərəcəsi ondakı ən yüksək dərəcəli birhədlinin dərəcəsinə bərabərdir. Bir dərəcəli bir dəyişənli çoxhədlini P 1 ( x ) = a x + b {\displaystyle P_{1}(x)=ax+b} , iki dərəcəli bir dəyişənli çoxhədlini P 2 ( x ) = a x 2 + b x + c {\displaystyle P_{2}(x)=ax^{2}+bx+c} kimi yazırıq. Burada a , b , c {\displaystyle a,b,c} bu çoxhədlinin əmsallarıdır və c {\displaystyle c} - yə həm də sərbəst hədd deyilir.
Ədədi ifadələr
Əməl işarələri və mötərizələrin köməyi ilə təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir. == İfadənin qiyməti == Əməl qaydalarını gözləməklə ədədi ifadədə göstərilən əməllərin yerinə yetirilməsi nəticəsində alınan ədədə həmin ədədi ifadənin qiyməti deyilir == Dəyişəni olan ifadələr == Əməl işarələri və mötərizələrin köməyi ilə ədədlər və dəyişənlərdən təşkil olunmuş ifadəyə dəyişəni olan ifadə deyilir. == Hərfi ifadələr == Hərflərdən və Müxtəlif əməml işarələrindən ibarət olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 207.23 dəfə / 1 mln.
2002 •••••••• 123.34
2003 ••••••••••••• 203.14
2004 •••••••••• 145.87
2005 •••••••••••• 186.24
2006 ••••••••• 143.25
2007 •••••••••• 147.36
2008 ••••••••••• 161.03
2009 •••••••••• 155.50
2010 ••••••••••• 170.20
2011 ••••••••••• 171.67
2012 ••••••••••••• 207.63
2013 ••••••••••••• 198.83
2014 ••••••••••••••• 233.56
2015 •••••••••••••••• 251.95
2016 •••••••••••••••••••• 319.66
2017 •••••••••••••••••• 272.17
2018 ••••••••••••••••• 255.75
2019 ••••••••••••••••• 255.93
2020 •••••••••••••• 216.02

ifadə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). İfadə tərzi. – Bu sualın ahəngi içərisində nə kimi ifadələr olduğunu Zeynal çox yaxşı anlamışdı. S.Hüseyn. □ İfadə etmək – demək, söyləmək, izhar etmək, bildirmək, anlatmaq. Halını ifadə etmək. Fikrini ifadə etmək. – Ləfz edərsə ifadə mənanı; Sərf edər əhli-mərifət anı. S.Ə.Şirvani. Cavan müəllim bu sözləri dedikdən sonra ürəyi dolu olan, lakin bunları ifadə etməyə söz tapa bilməyən adamlar kimi susdu. M.Rzaquluzadə. İfadə olunmaq – söylənmək, deyilmək, izah edilmək. Yazıçının nəsri də onun jurnalistika və dramaturgiyasında ifadə olunan ictimai ideyaları əxz etdirir. M.İbrahimov. 2. Bir şeyin xarici təzahürünü, inikasını təşkil edən şey. Qiymət dəyərin pulla ifadəsidir. Hörmət ifadəsi. Səmimiyyət ifadəsi. 3. dilç. Söz, söz birləşməsi; ibarə, fraza. Frazeoloji ifadə. İdiomatik ifadə. İfadələr lüğəti. Anlaşılmaz ifadə. Obrazlı ifadə. – Şirmayı Səməd Vurğunun odla suyun təzadını vermək üçün bu ifadəni işlətdiyinə əmin idi. M.Hüseyn. 4. Şagirdlərin öz sözləri ilə yazdıqları mətn. İfadə yazmaq. 5. hüq. Məhkəmədə məsələni aydınlaşdırmaq üçün şahidin sorğu-suala verdiyi şifahi və ya yazılı cavabı; məlumat, izahat. Bəlli idi ki, məhkəmə Tahirzadə kimi mötəbər bir şahidin ifadəsini asanlıqla ayaqlaya bilməyəcək. Mir Cəlal. □ İfadə almaq – şahidi və ya müttəhimi dindirmək. İfadə vermək – məhkəmədə şahidlik etmək, sorğusuala şifahi və ya yazılı cavab vermək. 6. İnsanın daxili halını əks etdirən əlamət (üzdə, gözdə və s.-də). Üzünün ifadəsi. Gözlərinin ifadəsi. – Nə gözəldir, nə təmizdir; İfadəsi bu gözlərin. N.Rəfibəyli. Melodiya qurtarır. Firuzə valı götürüb, yanında oturan və üzündəki ifadədən fikri uzaqlarda olduğu görünən Sərvinaza uzadır. İ.Əfəndiyev. Əmrahovun simasında da ciddi ifadə göründü. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / ifadə

ifadə sözünün sinonimləri (yaxın mənalı sözlər)

ifadə sözünün rus dilinə tərcüməsi

  • 1 1. выражение; 2. слог, стиль; 3. фраза, изречение; 4. изложение; 5. показание (у следователя, на суде);

    Azərbaycanca-rusca lüğət / ifadə
  • 2 сущ. 1. выражение: 1) высказывание, передача мыслей, чувств словами. Sözlə ifadə выражение словами, yazılı ifadə письменное выражение, şifahi ifadə устное выражение, ifadə vasitələri средства выражения, poetik ifadə formaları поэтические формы выражения 2) то, что является внешним проявлением, отражением чего-л. Dəyərin pulla ifadəsi денежное выражение стоимости, öz ifadəsini tapmaq nədə находить свое выражение в чем, təşəkkür ifadəsi выражение благодарности 3) внешний вид чего-л., отражающий внутреннее состояние человека. Gözlərinin ifadəsi выражение глаз, üzünün qəmgin ifadəsi печальное выражение лица 4) фраза, оборот речи. Anlaşılmaz ifadə непонятное выражение, obrazlı ifadə образное выражение, frazeoloji ifadələr фразеологические выражения 2. изложение (письменный пересказ чего-л. своими словами). İfadə yazmaq писать изложение 3. юрид. показания (ответы на допросе: сведения, сообщаемые на допросе). İfadə almaq kimdən получить показания у кого, ifadə vermək дать показания, şahidlərin ifadələri показания свидетелей, yazılı ifadə письменное показание, ifadə etmək: 1. выражать, выразить: 1) показать, обнаружить в каком-л. внешнем проявлении. Gözləri sevinc ifadə edir глаза выражают радость, narahatçılıq ifadə etmək выражать беспокойство 2) являться отражением, обозначением чего-л., обозначать. Bu mənanı ifadə edir выражает это значение; 2. излагать, изложить, рассказать о ч емлибо. Öz fikrini ifadə etmək изложить свою мысль, öz dərdini ifadə etmək рассказать о своем горе; ifadə olunmaq выражаться, выразиться, быть выраженным: 1. обнаруживаться, обнаружиться, проявляться, проявиться. Sifətində inamsızlıq ifadə olunurdu лицо выражало недоверчивость 2. исчисляться, быть исчисленным в каких-л. единицах, мерах

    Azərbaycanca-rusca lüğət / ifadə

ifadə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. expression; üzün ~si expression, countenance, look; idiomatik ~ idiomatic expression, idiom; ~ etmək to express (d.), to convey (d.), to indicate (d.); sözlə ~ etmək to put* into words

    Azərbaycanca-ingiliscə lüğət / ifadə

ifadə sözünün fransız dilinə tərcüməsi

ifadə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гъавурда ттун, баян авун, лугьун; баян; şifahi ifadə сивяй лугьун (гъавурда ттун); ifadə tərzi лугьунин тегьер; // ifadə etmək лугьун, гъавурда ттун, ччирун (мецелди ва я кхьена); 2. лишан; hörmət ifadəsi гьуьрметдин лишан; 3. лингв. гаф, гафарин кӀватӀал; ибара, фраза; frazeoloji ifadə фразеологиядин ибара; 4. изложение (школада ученикри чпин гафаралди кхьидай текст); 5. юр. изагьат (показание), суддал шагьидди жузна-жавабдиз мецелди ва я кхьена гудай малумат; // ifadə almaq шагьид ва я тахсиркар жузна-жаваб авун, силис авун; ifadə vermək суддал шагьидвал авун, жузна-жавабриз мецелди ва я кхьиналди жаваб гун.

    Azərbaycanca-ləzgicə lüğəti / ifadə

ifadə sözünün türk dilinə tərcüməsi

ifadə sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

səslər və söz birləşmələri dil vahidinin xarici (zahiri), (maddi) tərəfi. Bax: həm də ifadə planı.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

İFADƏ(T) ə. 1) anlatma, söyləmə, bəyan etmə; 2) sorğu-sual, istintaq yolu ilə alınan cavab, məlumat; 3) əda satma, əda göstərmə; əda; 4) ibarə; 5) üslub, tərz.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

anlatma, izah etmə, aydın və düzgün söyləmə.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"ifadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ifadə nədir? #ifadə sözünün mənası #ifadə nə deməkdir? #ifadə sözünün izahı #ifadə sözünün yazılışı #ifadə necə yazılır? #ifadə sözünün düzgün yazılışı #ifadə leksik mənası #ifadə sözünün sinonimi #ifadə sözünün yaxın mənalı sözlər #ifadə sözünün əks mənası #ifadə sözünün etimologiyası #ifadə sözünün orfoqrafiyası #ifadə rusca #ifadə inglisça #ifadə fransızca #ifadə sözünün istifadəsi #sözlük