ifçin sözü azərbaycan dilində

ifçin

Yazılış

  • ifçin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ifçin sözünün leksik mənası və izahı

  • 1 zərf məh. Tam surətdə, tamam, bütün, hamısını. Atı ifçin nallamaq. – Qıratı ifçin yəhərləyib, Koroğlunun qabağına çəkdilər. “Koroğlu”. Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ifçin yolardı. H.K.Sanılı.

    Azərbaycan dilinin izahlı lüğəti / ifçin

ifçin sözünün etimologiyası

  • 1 Üpçün variantı da var. Mənası “yerli-yerində”, “tam təminatlı” deməkdir. Çin “yığmaq”dır, “yığcamlıq (səliqəlik)” anlamını əks etdirir, türkmən dilində üpçün kimi işlədilir. İlkin mənası ip və çin (yığma) kəlmələri ilə bağlıdır: ip yığ, dağınıq olmasın, yığcam. İndi məna genişlənib (ipçin nalla…).(Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ifçin

ifçin sözünün rus dilinə tərcüməsi

ifçin sözünün ləzgi dilinə tərcüməsi

ifçin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Möhkəm, yaxşı, səliqəli. 2. Tamam, bütün. 3. Bir ifçin – 4 naldır. (“Koroğlu” dastanının lüğəti) Elə ki Rövşən Qıratı, Düratı ifçin yəhərləyib, atasının bərabərinə çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, haman qılıncı gizlətdiyi yerdən götürüb, oğlu Rövşənə verib dedi... (“Alı kişi”) * Qıratı ifçin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu. (“Həmzənin Qıratı aparmağı”) * Nalbənd heç bir söz deməyib təzədən Qıratın ayağını ölçüb dörd dənə yaxşı ifçin nal kəsib Qıratı nallamağa başladı. (“Dəmirçioğlunun Çənlibelə gəlməyi”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Borçalı, Xanlar, Qazax, Tovuz) səliqəli II (Zaqatala) möhkəm, yaxşı. – Büyün atı ifçin nalladacam

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#ifçin nədir? #ifçin sözünün mənası #ifçin nə deməkdir? #ifçin sözünün izahı #ifçin sözünün yazılışı #ifçin necə yazılır? #ifçin sözünün düzgün yazılışı #ifçin leksik mənası #ifçin sözünün sinonimi #ifçin sözünün yaxın mənalı sözlər #ifçin sözünün əks mənası #ifçin sözünün etimologiyası #ifçin sözünün orfoqrafiyası #ifçin rusca #ifçin inglisça #ifçin fransızca #ifçin sözünün istifadəsi #sözlük