Ləri Peyc
Larri Peyc (ing. Larry Page; 26 mart 1973[…], İst-Lensinq[d]) — amerikalı biznesmen, Google-un yaradıcılarından biri.
== Həyatı ==
Larri Peycin yaradıcılarından biri olduğu Google veb axtarış sistemi internet axtarış sistemləri arasında liderliyi ələ alandan sonra "Google Şirkətlər Qrupu"na çevrildi. Larri Peyc hazırda bu şirkətin məhsullar üzrə müdiridir.
O, Forbes jurnalının 2007-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 16.6 milyard ABŞ dolları ilə 26-cı yerin sahibi idi.