İHA sözü azərbaycan dilində

İHA

Yazılış

  • İHA • 95.8738%
  • iha • 3.3981%
  • İha • 0.7282%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İha Fuyu
İha Fuyu (伊波 普猷, 15 mart 1876, Naha – 13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası. "Okinavaşünaslığın atası" hesab olunur. O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir. == Həyatı və karyerası == İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur. 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır. Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir. Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır.1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir. == Elmi töhfələri == İha xristian, prohibitionist və esperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir. 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür. Burada Ryukyu krallığının "Omoro Soşi" şeirlər antologiyasını tədqiq etmiş, Okinava dili üçün lüğət tərtib etmiş, Okinava folkloruna və dram teatrına aid kolleksiya yaratmış, qədim Okinava dilinin səs sistemini öyrənmişdir.İhanın Okinava haqqında olan nəşrləri və mühazirələri arxeologiya, tarix, dilçilik, fəlsəfə, etnologiya və ədəbiyyat kimi mövzuları əhatə etmişdir.
BMT İHAK-ın Sincandakı insan hüquqları ilə bağlı narahatlıqlarını qiymətləndirməsi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çində uyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat. Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər". == Zəmin == 2014-cü ildən Çin hökuməti Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin rəhbərliyi altında Sincan bölgəsində bir milyondan çox türk mənşəli müsəlmanın heç bir hüquqi razılıq olmadan yenidən təhsil düşərgələrində həbs edilməsi ilə nəticələnən siyasət yürüdür. Bu, İkinci Dünya müharibəsindən sonra etnik və dini azlıqlara qarşı aparılan ən böyük həbs kampaniyasıdır. Mütəxəssislərə görə, 2017-ci ildən 2022-ci ilə qədər 16 minə yaxın məscid dağıdımış və ya zədələnmiş, yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilmişdir.İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması, məcburi əmək, uyğurların dini ayinlərinin yatırılması, siyasi və ideoloji indoktrinasiya, zorakı rəftar, məcburi sterilizasiya, məcburi kontrasepsiya və məcburi abort daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır. Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır. Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir. 2019-cu ildə Çində doğum nisbəti 4,2% azalmış olsa da, Sincanda doğum nisbəti 24% azalmışdır.Çin hökuməti Sincanda insan hüquqlarının pozulmasını inkar edir.
Euphorbia iharanae
Euphorbia iharanae (lat. Euphorbia iharanae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Typhlodromips ihalmiut
İhan Egemen Darendelioğlu
İhan Egemen Darendelioğlu (1921, Tarsus, Mersin ili – 19 noyabr 1979) — “Sarı basın kartı” sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı. 1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakultəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə “ Yeni bozkurt” dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur. Bayeziddə “ Toprak” mətbəəsini yaratdı, 1954-cü ildə aylıq “ Ülkü” dərgisi nəşr olunmağa başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.69 dəfə / 1 mln.
2003 •• 0.39
2007 0.21
2009 •••••••••••••••••• 4.80
2010 •••••••••••• 3.18
2011 •••••••• 2.06
2012 ••••••••••• 2.84
2013 •••••••••••••••••••• 5.54
2014 ••••• 1.37
2015 •••••••••• 2.72
2016 ••• 0.69
2020 0.13

"iha" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iha nədir? #iha sözünün mənası #iha nə deməkdir? #iha sözünün izahı #iha sözünün yazılışı #iha necə yazılır? #iha sözünün düzgün yazılışı #iha leksik mənası #iha sözünün sinonimi #iha sözünün yaxın mənalı sözlər #iha sözünün əks mənası #iha sözünün etimologiyası #iha sözünün orfoqrafiyası #iha rusca #iha inglisça #iha fransızca #iha sözünün istifadəsi #sözlük