İİNA-ya sözü azərbaycan dilində

İİNA-ya

Yazılış

  • İİNA-ya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ya Salam
“Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara. == Mahnıların siyahısı: == "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri) "Inta W Bass" – 4:56/ Yalnız sən "Ya Salam" – 4:37/ Ah, necə əla "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat "Eynann Tara" – 4:07 / Gözlər görür "Inta" – 4:14/ Sən "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli == Sinqllar: == Sinqllar: Akhasmak Ah (10 həftə 1-ci oldu) Ya Salam Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu) Ahla Jaw (2-ci pillə) == Albomun 2003-cü ildə Hit Paradlarda tutduğu yer: == == Klipləri: == “Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
Ya Tabtab
"Ya Tabtab" (Ərəbcə: "يا طبطب") Livan müğənnisi Nensi Ajramın 15 fevral 2006-cı ildə çıxmış 5-ci studiya albomudur. Bu albom Nensinin öncəki tərzi ilə davam edərək, 9 ənənəvi Misir və 2 Livan ruhlu mahnıdan ibarət idi. Onlardan biri də böyük uğur qazanmış "Lawn Oyounak" sinqlı idi. Yumoristik Misir ənənəvi abu havasından ilhamlanan “Ya tabtab” Nensinin karyerasında möhtəşəm dönüş idi. Bir müddət öncə Nensi haqqında "mahnılarını öz bədəni ilə oxuyur" tənqidi yayılmışdı. Bu mahnı, həmin tənqidlərə cavab olaraq buraxılan aparıcı sinql idi. Qəribədir ki, Nensi bu klipdə tamamilə məzhəkəçi kimi geyərək, ümumiyyətlə bədənini zərrə qədər göstərməmişdir. Bununla o, haqqında dolaşan şaiyələrin nə dərəcədə yanlış olduğunu göstərmiş oldu. Burada o enli paltarda onunla uşaqca və məsum davranmayan bir insan üçün mahnı oxuyur. == Hitləri və Klipləri: == Aparıcı mahnı olan “Ya Tabtab” 10 fevralda çıxmış və 3 həftə ərzində 1-ci pillədə olmuşdu.
Ya Qarabağ, Ya Ölüm (mahnı)
Ya Qarabağ, ya ölüm — 1999-cu il tarixində video kimi təqdim olunmuş, Dəyirmanın sayca ikinci olan Qurd albomundan olan mahnı. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. == Klip == Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
Ya istiqlal, ya ölüm (serial)
Ya İstiqlal Ya Ölüm — Yasin Uslunun rejissorluq etdiyi, ssenari müəllifi Ercan Mehmet Erdem olan, Türkiyə istehsalı tarixi mini televiziya serialıdır. Serialda İstanbulun işğalı və 16 mart 1920-ci ildə Parlamentin dağıdılması, Mim Mim qrupunun işğal altında olan İstanbulda mübarizəsi, Mustafa Kamal Paşanın liderliyində təcəssüm olunan Kuvâ-yi Milliyə hərəkatı və yeni hadisələr yer alır. Ankarada 23 aprel 1920-ci ildə parlamentin açılışı ilə birlikdə qurulma prosesi izah edilir. Serial 20 aprel 2020-ci ildə 12-ci seriyası ilə finala çıxdı.
Ya Qarabağ, ya ölüm (film, 2013)
Ya Qarabağ, Ya Ölüm — 2013-cü ildə çəkilən Azərbaycan sənədli filmi. == Məzmun == Filmdə yaradıcı heyət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bu gün düşmən tapdağında olduğunu hər kadrda donə-donə xatırlamağa, unutmamağa səsləyir. == Haqqında == Çəkilişlər Xocavənd rayonunun Nərgiztəpə ərazisində, Bakı, Şamaxı və İsmayıllı rayonlarında aparılıb.Film Xocavənd Rayon İcra Hakimiyyətinin sifarişi və təşəbbüsü ilə çəkilib. Filmin ideya müəllifi yaşadığı həyatda Qarabağ faciəsinin acısını təmamilə dadmış, vətən uçün qardaşları ilə birgə vuruşmuş Xocavənd RİH-nin başçısı Eyvaz Huseynovdur. Filmin iştirakçıları da bu gün türk dunyasının qəbul etdiyi, tanıdığı insanlardır: yazıçı-publisist, sənətçi Ahmet Şafak, xalq artisti Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, vətənpərvərlik mahnılarının gözəl ifaçısı Şəmistan Əlizamanlı, Muğam Müsabiqəsinin iştirakçısı Səadət Cavadova. Çağdaş ədəbiyyatımızda öz imzası və istedadı ilə seçilən, Vətən, Yurd, Qarabağ mövzusunda əsərlərin müəllifi Sona Vəliyevanın filmdə səslənən şeirləri bizi düşmən tapdağında qalan torpaqlarımıza səsləyir… == Təqdimatı == 10 iyun 2013-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə çəkilmiş "Ya Qarabağ, Ya Ölüm" filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilmişdir.
Davam Ya Tamam
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Yon Ya-Yun
Yon Ya-Yun (5 fevral 1983) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yon Ya-Yun Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub.
Çoy Eun-ya
Çoy Eun-ya (1 yanvar 1973) — Cənubi Koreyalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Cənubi Koreyanı təmsil edir. Çoy Eun-ya dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Do Ya Do Ya (Wanna Please Me)
Do Ya Do Ya (Wanna Please Me) – Samanta Foks tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Fön və ya fyon
== Fön və ya fyon == Fön və ya fyon– dağlıq ölkələrdə vaxtaşırı müşahidə edilən və dağdan dərəyə doğru əsən, yüksək temperaturlu, olduqca quru, güclü küləyə deyilir.Fön və ya fyon yerli küləklər tipinə aiddir. Fön və ya fyon əsasən dağ silsiləsinin bir yamacından hava təzyiqinin yüksək, əks yamacda isə alçaq təzyiq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfə hərəkət edərək, dağ silsiləsini aşır. Rütubətli hava yamac boyu yuxarı qalxdıqca onun temperaturu hər 100m –də 0,60 aşağı düşür və əksər hallarda soyuyaraq yağıntı verir. Rürubətini itirmiş quru hava dağ silsiləsini aşaraq əks yamac üzrə endikcə onun temperaturu hər 100m-də 10 artır (quru adiabatik proses). Buna görə də enən hava isti və quru olur. Fön adətən 1-2 gün əsir, lakin bəzən 5 gün və daha artıq fasiləsiz müşahidə edilə bilər . Azərbaycanda fönün orta illik təkrarlanma ehtimalı yüksəkdir. Kəlbəcərda 124, Əlibəydə 52, Zaqatalada 26 gündür. Azərbaycanda “kermic”, “ağ yel”, “qara yel”, adlanan küləklər fön tiplidirlər.
Harmattan və ya Hamattan
== Harmattan və ya Hamattan == Şimal-qərbi Afrikada Qvineyanın daxili rayonlarından Atlantik okeanına dövru ilin üç ayı( dekabr, yanvar, fevral) əsən isti, quru, qırmızı tozlu şimal-şərq küləyinə deyilir.
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər == Ümumi xarakteristikası == Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Manqrlar və ya Manqrovlar
== Manqrlar və ya Manqrovlar == Manqrlar və ya Manqrovlar (ing.mangrove)-ekvatorial və tropik qurşaqlarda düzən dəniz sahillərinin qabarma-çəkilmə zolağında yerüstü nəfəs kökləri olan alçaqboylu (10 m-ə dək) həmişəyaşıl halofit ağac və kolluqlardan ibarət cəngəlliklərə deyilir. Manqrlar senozuna 60-dan çox endemik ağac və kol bitki növləri daxildir. Manqrlar mərkəzi Amerikanın, Afrikanın, Cənub-Şərqi Asiyanın, Şimali Avstraliyanın və Okeaniya adalarının sahilboyunda geniş yayılmışlar.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. == Mahnının yaradıcıları == Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov == Siyahı == Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Ya devuşka vostoçnaya (konsert)
== Konsert haqqında == Xalq Artisti Aygün Kazımovanın 20 oktyabr 2000-ci ildə "Heydər Əliyev Sarayı"nda keçirilən canlı solo konserti.
Ya-Dranq vadisi döyüşü
Ya-Dranq vadisi döyüşü və ya Dranq çayı vadisi döyüşü — 1965-ci ildə Vyetnam müharibəsinin əvvəllərində Çu-Ponq massivinin şərq ətəyində aparılan Pleyku kampaniyası çərçivəsində ABŞ ordusu və Vyetnam Respublikası Ordusu (VRO) ilə Vyetnam Xalq Ordusu (VXO) arasında ilk böyükmiqyaslı döyüş. Ya-Dranq vadisi döyüşü iki vertolyot eniş meydançasında (EM) mərkəzləşdirilmiş iki əsas tapşırıqdan ibarət idi. Onlardan birincisi İks-Rey EM-si kimi tanınan, ardınca isə Ya-Dranq vadisindən daha şimalda yerləşən Albani EM-si idi. Bu, Vyetnam müharibəsinin ən şiddətli, qanlı və tez-tez xatırlanan döyüşlərindən biridir. Bu, ilk dəfə irimiqyaslı vertolyot ilə hava hücumu və həmçinin "Boeing B-52 Stratofortress" strateji bombardmançılarının taktiki dəstək rolunda istifadə edilməsi ilə tanınır. Bu döyüş Vyetnam müharibəsinin planını təyin etmişdi. ABŞ tərəfi hava hərəkətliliyinə, artilleriya atəşinə və yaxın hava dəstəyinə güvənirdi, VXO isə Amerika qüvvələri ilə çox yaxın məsafədən tez bir zamanda münaqişəyə girərək bu atəş gücünü zərərsizləşdirirdi. Birinci tapşırıq 14–16 noyabr tarixlərində İks-Rey EM-sində baş tutmuşdur. Mühasirəyə alınan və sayca üstün bir qüvvənin şiddətli atəşi altında qalan Amerika qüvvələri Şimali Vyetnam qüvvələrini üç gün ərzində, əsasən, hava qüvvələrinin dəstəyi və ağır artilleriya bombardmanı sayəsində geri çəkə bilmişdi. Amerikalılar 10:1 öldürmə nisbətinə istinad edərək İks-Rey EM-sini taktiki qələbə kimi qəbul etmişdilər.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Adi və ya həmişəyaşıl şümşad
Adi və ya üçtikanlı lələk
Asiya və ya Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsada, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Ağ və ya qumlu yovşan
Davam Ya Tamam (veriliş, 2010)
Davam Ya Tamam — məşhur «Deal or No Deal» teleoyununun Azərbaycan variantı. Proqram 2010-cu ildə «Space», 2016–2017-ci illərdə isə «Azad Azərbaycan» telekanalı tərəfindən istehsal edilmişdir. Proqramın «Space TV» versiyasında içərisində 0.5–10,000 AZN olan cəmi 21 qutu mövcud idi. Proqramın «ATV» versiyasında içərisində 1–30,000 AZN olan cəmi 24 qutu mövcud idi.
Digenetik sorucular və ya Trematodlar
Dözümlülük və ya Şelford qanunu
1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır. Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir: Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#iina-ya nədir? #iina-ya sözünün mənası #iina-ya nə deməkdir? #iina-ya sözünün izahı #iina-ya sözünün yazılışı #iina-ya necə yazılır? #iina-ya sözünün düzgün yazılışı #iina-ya leksik mənası #iina-ya sözünün sinonimi #iina-ya sözünün yaxın mənalı sözlər #iina-ya sözünün əks mənası #iina-ya sözünün etimologiyası #iina-ya sözünün orfoqrafiyası #iina-ya rusca #iina-ya inglisça #iina-ya fransızca #iina-ya sözünün istifadəsi #sözlük