İİV-QİÇS sözü azərbaycan dilində

İİV-QİÇS

Yazılış

  • İİV-QİÇS • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Azərbaycanda QİÇS
Azərbaycanda QİÇS - Azərbaycandakı QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Azərbaycanda ilk dəfə QİÇS virusu 1992-ci ildə aşkar edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilə aid hesabatına əsasən Azərbaycanda HİV müsbət 4902 nəfər qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i kişi, 1138-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. HİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olmuşdur. === Yoluxma yolları === 4735 nəfər Azərbaycan vətəndaşından 2587-də HİV virusuna yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə yoluxma yolu naməlumdur. === Mübarizə === Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının Ümümdünya QİÇS günü ərəfəsində dərc etdiyi məlumatda göstərilir ki, QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, epidemiya ilə mübarizədə dönüş yaranması və 2030-cu ildə qarşısının alınması məqsədilə 2020-ci ilədək sürətləndirilmiş planlı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər 5 il müddətində 3 əsas göstəricini hədəfləyir: HİV-lə yaşayanların 90%-ı HİV-ə yoluxduqlarından xəbərdar olmalıdırlar.
QİÇS yetimləri
QİÇS yetimləri (ing. AIDS orphan) - Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən hər iki və ya bir valideynini itirmiş uşaqları adlandırmaq üçün istifadə olunan termin. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu QİÇS yetimləri ifadəsini daha çox 15 yaşından aşağı olan və əsasən anasını Qazanılmış İmmun Çatışmazlığı Sindromundan itirmiş uşaqları təsnifatlandırılması zamanı istifadə edir. İfadənin şamil edildiyi uşaqların əksəriyyətinin ataları sağdır.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının məlumatına əsasən QİÇS yetimlərinə şamil edilən uşaqların 80% qədərində bir valideynləri sağdır. Hər il 70 mindən çox uşaq bu kateqoriyaya şamil edilir və onların mütləq əksəriyyəti Afrika qitəsinin dövlətlərinin payına düşür.Cinsi yolla yoluxma hallarının artması və qorunmamış cinsi əlaqələrin yüksək risk qrupuna daxil olmasından sonra QİÇS-in yayılmasında da zəmin yaranmışdır. Afrika qitəsi qorunmamış cinsi əlaqələr və zorakalıq halları baxımdan digər qitələrdən daha öndə olduğundan QİÇS yetimlərinin bu qitədə artması ilə nəticələnmişdir. 2007-ci ilin məlumatına əsasən QİÇS yetimlərinin ən çox yaşadığı ölkə Cənubi Afrika Respublikasıdır.2005-ci ilin məlumatında isə Zimbabvedə uşaqların yetim qalmasında əsas səbəbin QİÇS olduğu göstərilmişdir. 12 milyon nəfərə yaxın əhalisi olan Zimbabvedə 1.6 milyon nəfərə yaxın yeniyetmə HİV müsbət diaqnozu ilə yaşayır.
Ukraynada QİÇS
Ukraynada QİÇS (ukr. СНІД в Україні) — Ukraynada QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Ukrayna QİÇS virusunun ən sürətli yayıldığı Avropa ölkəsidir. Mütəxəssislərin 2010-cu ilin avqust ayında vermiş olduğu raporta əsasən ölkədə gənc nəslin 1.3% QİÇS-in səbəb olduğu HİV virisunu daşıyıcısıdır. 2011-ci ilin məlumatlarına görə Ukraynada 360.000 HİV pozitiv şəxs yaşayır.İlk yoluxma faktının qeydə alındığı 1987-ci ildən 2012-ci il aralığında QİÇS-in səbəb olduğu xəstəliklərdən 27.800 nəfər vəfat edib. 2012-ci ilin məlumatlarında təxminən gün ərzində 57 yeni yoluxma faktının və 11 virusunun səbəb olduğu xəstəliklərdən baş verən ölüm faktlarının qeydə alındığı bildirilmişdir.İlk dəfə 1987-ci ildə qeydə alınan virus 90-cı illlərin əvvəllərində ölkənin cənub və şərq əyalətlərində inyeksion narkotik istifadəçiləri arasında məhdud çevirədə yayılmışdır. Zamanla ölkənin digər bölgələrində də artım səviyyəsinə keçən virus XX əsrin sonlarına yaxın əhəmiyyətli dərəcədə çox əhalidə aşkarlanmışdır. Bu gün Ukrayna Şərqi Avropada ən çox HİV/QİÇS daşıyıcısı olan vətəndaşa sahib ölkədir. == Vəziyyət == === Virusun yayılması === Ukraynada HİV virusunun ilk aşkarlanması 1987-ci ilə təsadüf edir. Ötən 5 il ərzində virusun yayılma səbəbləri və yayılma çoğrafiyası ilə bağlı ətraflı məlumat toplamaq mümkün olmamışdır.
ABŞ-da QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur. 2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür. Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir.
Ümümdünya QİÇS Günü
Ümümdünya QİÇS Günü (ing. World AIDS Day) - 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalq səviyyədə qeyd edilən gün.Ümümdünya QİÇS Günü eyni zamanda virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş şəxslərin xatirələrinin anılması günü kimi də qeyd olunur. BMT üzvü olan dövlətlər tərəfindən adətən QİÇS-in yoluxma yolları ilə bağlı kütləvi informasiya vasitələrindən məlumatlar verilir və tədbirlər təşkil olunur. Ümümdünya QİÇS Günü Ümumdünya Səhiyyə Təşkilatının tibb dünyası ilə bağlı təşkil etdiyi səkkiz beynəlxalq gündən biridir. 1995-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən QİÇS probleminə diqqəti cəlb etmək üçün deklorasiya imzalanmışldır. 2013-cü ilin məlumatına əsasən virusun ilk aşkarlandığı 1981-ci ildən 2012-ci ilə qədər Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən 36 milyon insan vəfat etmiş, 35.3 milyon insan isə HİV daşıyıcısı kimi həyatlarına davam etməkdədir.Son illər dünya səviyyəsində aparılan təbliğat kompaniyaları nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Yeni növ dərman preparatlarının kütləvi istifadəyə verilməsi də virusun proflaktikasında yeni ümüdlər yaratmaqdadır. Bütün bunlara baxmayaraq QİÇS hər il 2 milyondan çox insanın ölümündə əsas səbəb kimi olmaqda qalır və bu insanlardan 270 mindən çoxu uşaqlardır. == Tarixi == QİÇS-lə bağlı bir günün keçirilməsi ilə bağlı təklifi 1987-ci ilin avqust ayında Ceyms Bun və Tomas Netter vermişdir. Hər iki şəxs İsveçrənin Cenevrə şəhərində yerləşən Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları idi.
ABŞ-də QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) - Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur. 2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür. Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı (ing. Joint United Nations Programme on HIV/AIDS) — Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan və əsas məqsədi Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə qlobal mübarizəni və təşkilatlanmanı hədəfləyən beynəlxalq proqram. Qərb mənbələrində daha çox (UNAIDS) qısaltması ilə tanınır. Mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.34
2016 ••••••••••• 0.17

Oxşar sözlər

#iiv-qiçs nədir? #iiv-qiçs sözünün mənası #iiv-qiçs nə deməkdir? #iiv-qiçs sözünün izahı #iiv-qiçs sözünün yazılışı #iiv-qiçs necə yazılır? #iiv-qiçs sözünün düzgün yazılışı #iiv-qiçs leksik mənası #iiv-qiçs sözünün sinonimi #iiv-qiçs sözünün yaxın mənalı sözlər #iiv-qiçs sözünün əks mənası #iiv-qiçs sözünün etimologiyası #iiv-qiçs sözünün orfoqrafiyası #iiv-qiçs rusca #iiv-qiçs inglisça #iiv-qiçs fransızca #iiv-qiçs sözünün istifadəsi #sözlük