İK-nın sözü azərbaycan dilində

İK-nın

Yazılış

  • İK-nın • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altay İK
Altay İK — Türkiyənin futbol klubu. == Tarixi == 1914-cü ildə yaranıb. == Avropa kuboklarında iştirak == 6 dəfə Avropa kubok yarışlarında iştirak edib.
Amed İK
Amed İFK — Türkiyənin 2-ci divizyonunda çıxış edən futbol klubu. 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədi ilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
Bandeyrante İK
Bandeyrante İdman Klubu — Bandeyrante kimi də tanınan, 28 noyabr 1965-ci ildə təsis edilən və San-Paulu ştatının Birigüi şəhərini təmsil edən Braziliya futbol klubudur. == Tarixi == Klub 28 noyabr 1965-ci ildə təsis edilmişdir. Bandeyrante klubu 1963-cü ildə Paulista Liqası İkinci Diviziyasının, 1986-cı ildə Paulista Liqası Seriya A2-nin və 2001-ci ildə Koka-Kola de Futbol Kubokunun qalibi olmuşdur. == Nailiyyətləri == Paulista Liqası Seriya A2: Çempion (1): 1986 Paulista Liqası İkinci Diviziya: Çempion (1): 1963 Koka-Kola de Futbol Kuboku: Çempion (1): 2001 == Stadion == Bandeyrante Futbol Klubu öz ev oyunlarını Estadio Pedro Marin Berbel stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 10012 nəfərə bərabərdir.
Bıtoviya İK
"Bıtoviya" Şəhər İdman Klubu (pol. Miejski Klub Sportowy Bytovia Bytów) — Bıtuv şəhərini təmsil edən Polşa futbol klubu. Klub 1946-cı ildə yaradılmışdır. Ev oyunlarını 2,043 tamaşaçı tutumuna malik MOSiR stadionunda keçirir. == Stadion == Komandanın ev stadionu 2012-ci ildə təmir olunmuşdur. Meydançanın ətrafındakı tribunalar tamamlanmışdır. Tamaşaçılıq rekordu 2009-cu ildə Polşa kubokunun 1/8 final matçında 5,000 tamaşaçının müvəqqəti tribunalara toplaşdığı oyunda qeydə alınmışdır.
Fənərbaxça İK
Fənərbaxça İdman Klubu — Türkiyədə idman klubu. Fənərbaxça Basketbol Komandası 2017-ci ildə Euroleague çempionu olmuşdur.
Göztəpə İK
Göztəpə İdman Klubu — İzmir mərkəzli Türkiyə 1-ci Liqasında mübarizə aparan Türk idman klubu. 14 iyun 1925-ci İldə Altay İdman Klubunun Aydında iştirak etdiyi idman müsabiqəsində rəhbərlikdə olan Fərid Bəyə söz haqqı verilməməsi nəticə, qayıdış yolunda qatarda çıxan münaqişələrdən sonra Altayda oynayan Nəbil ilə Vədat qardaşları, Müzəffər Koral, Fərid Simsaroğlu, Nəcati Bəy və Nüsrət Bəy bir idman klubu qurmağa qərar verirlər. 14 iyun 1925-ci ildə, bərə keçidi yanındakı Mez-Qazinoda toplanan Göztəpə səmtinin stajlı futbolçuları və gəncləri Göztəpə İdman Klubunu qururlar. Keçirilən ilk konqresdə Göztəpə Fəxri Sədrliyinə o dövrün Meri Kazım Dirik seçilir. İdari heyətində isə bu adlar yer alır; Sədr Fəhmi Simsaroğlu, ikinci sədr Turan Diri, mühəndis Əziz Bəy, Mustafa Bəy, Murtuza Bəy, müəllim Şərif Bəy, Ələddin Bəy və Adil Burqas. Ümumi Rəhbərliyə isə Əhməd Özgirgin gətirilir. 1937-1939 arası, dövrün İzmir Valisi Fazalı Güləçin təşəbbüsləri nəticəsidə, İzmirspor və Egesporla birləşmiş və Doğanspor adı altında mübarizə aparmışdır. Qısa zaman sonra təkrar köhnə adını alan klub, Türkiyəyə Avropadakı ilk idman uğurları gətirən idman klubu olmuşdur. Ən böyük uğurunu 1950-ci ildə Türkiyə çempionu olaraq yaşamışdır. 14 il fasilədən sonra, 2017-ci ildə yenidən Super Liqaya çıxıb.
Gənclərbirliyi İK
Gənclərbirliyi Futbol Klubu (türk. Gençlerbirliği Spor Kulübü) - Türkiyənin idman klubu. == Tarixi == Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə,Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 Noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır. Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır.Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır.Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır. Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb. Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər.Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər.Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır. == Direktorlar == 1923-36 Münif Kamal Ağ 1936-43 Saffət Gürol 1943-44 Namiq Ambarlıoğlu 1944-46 Fevzi Maqat 1947-48 Namiq Katoğlu 1948-49 Yusif Bəhri 1949-50 Orxan Apak 1950-52 Rəşad Taşər 1952-53 Nuri Toqay 1953-57 Mümtaz Tərhan 1957-58 Əhməd Qorur 1958-61 Orxan Apak 1961-63 Turxan Oqan 1964-65 İbrahim Hatipoğlu 1965-66 Yılmaz Mete 1966-67 İsmət Sezgin 1968 Hadi Özbay 1968-69 Nəcip Türegen 1969-70 Əli Tuzcuoğlu 1970-72 Adil Evrensel 1972-74 Sezai Diblan 1976-77 Həsən Şengel 1977-2017 İlhan Cavcav 2017-2021 Murat Cavcav 2021- Mehmet Niyazi Akdaş == Klub rəngləri == Qırmızı-qara rəngli Gənclərbirliyinin bu rənglər seçməsi haqqında müxtəlif rəvayətlər mövcuddur: Klub qurulduqdan sonra ehtiyac duyulan formalar üçün parça almağa gedən şagirdlər, gettikləri dükanda o illərin yoxsunluğu içində sadəcə qırmızı və qara rəngli parçalar tapa bilmiş , biraz da məcbiriyyətdən ilk formalar bu rənglərdə tikilmiş, bunun nəticəsində klub rəngləri seçilmişdir. Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin bəzi şagirdlərin Sultani komandasına almaması ilə Sultanidən ayrılaraq qurulan klub, sülh yaradıb iki klubun (Muallimlər Birliyi ilə Gənc Kolleclilər) birləşməsi mövzu olanda kollecli şagirdlər Ankara Oğlanlar Kollecinin Müdiri və Muallimlər Birliyi Sədri Münif Kamal Ağın könlünü almaq üçün ona Ankarada olduqca yayılmış olan qırmızı-qara gəlinciklər hədiyyə veriblər,komanda da rənglərini bu məsələnin nəticəsində bu güldən götürüb. == Loqotip == Loqotipdək günəş, Ankaranın simgələrindən Hitit Günəşini təmsil edir.Günəşi də Türk bayrağındakı aypara təmsil edir. == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
Hacəttəpə İK
Haçka İK
Karvan İK
"Karvan" İdman Klubu — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur. == Tarixi == “Karvan” İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur. === İlklər === "Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında “ilk”ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir. == UEFA macərası == Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın “Lex” klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur.
Kruzeyro İK
Kruzeyro İdman Klubu (ing. Cruzeiro Esporte Clube) — qərargahı Belo Horizonte, Minas Gerais-də yerləşən Braziliya idman birliyidir. Və Braziliyanın ən böyük futbol klublarından biri hesab olunur. == Tarixi == Kruzeyro futbol klublu 2 yanvar 1921-ci il yaradılıb. O, iki dəfə kubok çempionu, dörd dəfə isə Braziliya çempionu olmuşdur. Kruzeyro CONMEBOL-un tiz (başqaları Olimpiya, São Paulo, Independiente, Vélez Sársfield, Boca Juniors, Internacional və LDU) sahib yalnız səkkiz komandadan biridir.
Maqdeburq İK
Aufbau (Maqdeburq) - Almaniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == Bir dəfə Avropa kubok yarışlarında iştirak edib.
Neftçi İK
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
İk Kil
İk Kil senotu Meksikanın Yukatan ştatında, Tinum bələdiyyəsinin Pisté kəndindən bir qədər kənardadır. Coğrafi mövqe baxımından Yukatan yarımadasının şimal nöqtəsində yerləşir və eyni zamanda da Çiçen İtza yaxınlığındakı İk Kil Arxeoloji Parkının bir hissəsidir. İctimaiyyətə açıq bir ərazi olduğundan insanlar bura üzməyə gəlir və adətən avtobus turlarında ziyarət edilən bir yerdir. Quru ərazidən təqribən 26 metr aşağıda olmaqla üzəri açıq bir senotdur. Üzmə platformasına düşmək üçün bir pilləkan vardır. Senotun diametri 60, dərinliyi isə 40 metrdir. Kiçik şəlalələrlə birgə suyun üzünə qədər çatan üzüm budaqları var. Senotda qara şüaüzgəcli balıqlar üzür. İk Kil senotu mayyalılar üçün müqəddəs sayılır, onlar buradan həm istirahət, həm də dini mərasimlər üçün istifadə edirlər. Senot restoranı, mağazası, geyim otaqları, kirayəyə verilən kottecləri olan geniş bir kompleksin bir parçasıdır.
Qalatasaray İK
Qalatasaray İdman Klubu — əsasən, kişi futbol komandası ilə tanınan İstanbul mərkəzli bir idman klubu. Türkiyənin ən çox azarkeşə sahib olan və ən uğurlu komandalarından biridir. 1905-ci ildə Qalatasaray liseyinin şagirdləri Əli Sami Yen və dostları tərəfindən yaradılan klub kişi futbol sahəsində 23 dəfə liqa çempionu olmuş, 18 dəfə Türkiyə Kuboku və 16 dəfə də Türkiyə Super Kuboku qazanmışdır.
Bayat İK
Gənclik İK
Gəncə İK
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. == Tarixi == "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. == Loqo == "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmcinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Muhafızgücü İK
Muhafızgücü Futbol Klubu - 18 iyul 1920-ci ildə Türkiyənin qurucusu və prezidenti Mustafa Kamal Atatürkün əmri ilə Ankarada qurulmuş köhnə futbol komandasıdır. Futbol komandası 1925, 1926, 1926-27, 1927-28, 1929 və 1930-31 mövsümlərində Ankara Futbol Liqasının çempionu oldu. 1924-cü ildə ilk çempionatdan sonra ilk dəfə 1927-ci ildə təşkil edilən Türkiyə Futbol Çempionatında İzmir çempionu Altınordu komandasını 5-1 hesabı ilə məğlub edərək Türkiyə çempionu oldu. Klub 1981-ci ildə bağlandı.
Fatih Karagümrük İK
Fatih Karagümrük İK (Karagümrük də adlanır) İstanbulun Fateh səmtinin Karagümrük məhəlləsində yerləşən türk peşəkar futbol klubudur. Hazırda Türkiyə futbolunun ən yüksək liqası olan Super Liqada çıxış edir.
Korintians Paulista İK
Sport Club Corinthians Paulista - 1910-cu ildə Braziliyanın San Paolo şəhərində yaradılan futbol komandası. Oyunlarını 37.500 nəfərlik Pacaembu stadionunda keçirir.
Neftçi İK İB
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
Qaborone Yunayted İK
"Qaborone Yunayted" (ing. Gaborone United Sporting Club) — Botsvananın paytaxtı olan Qaborone şəhərini təmsil edən peşəkar futbol klubu. Botsvana Premyer Liqasında çıxış edir. Ev oyunlarını əsasən tutumu 22,500 nəfər olan Botsvana Milli Stadionunda keçirir. == Tarixi == 1967-ci ildə yaradılmışdır. == Uğurları == Botsvana Premyer Liqası: 7 1967, 1969, 1970, 1986, 1990, 2009, 2022. Botsvana Kuboku: 8 1968, 1970, 1984, 1985, 1990, 2012, 2020, 2022. Botsvana Müstəqillik Kuboku: 8 1978, 1979, 1980, 1981, 1984, 1985, 1992, 1993. Narıncı Kabelano Xeyriyyə Kuboku: 1 2003. Maskom Top 8 Kuboku: 2 2013, 2015.
Qurnik Valbjix İK
"Qornik" Valbjix İK (pol. Górnik Wałbrzych) — Polşa idman klubu. Klubun futbol komandası Polşa Rayon Liqasında çıxış edir. == Nailiyyətlər == Birinci Liqada altıncı yer – 1983/84, 1985/86. Polşa kubokunun yarımfinalları v1954/55, 1987/88. Yeniyetmələr arasında Polşa çempionatı – 1968, 1973. "Payız ustası" – 1983/84 mövsümü. 21 avqust 2004-cü il – Nova-Myasto şəhərində futbol bölməsinin bərpası. 29 aprel 2009-cu il – "Qurnik" Nova-Myasto İK basketbol bölməsinin açılışı.
Srvena Zvezda İK
Sportsko Druştvo Crvena Zvezda (serb-kiril Спортско друштво Црвена звезда, azərb. Qırmızı Ulduz İdman Klubu‎) Ümumi olaraq SD Crvena Zvezda (serb-kiril СД Црвена звезда) olaraq qısaldılan, Serbiyanın Belqrad şəhərində yerləşən bir idman klubudur. 2010-ci ildən bəri, idman klubunun idarə heyəti prezidenti Aleksandr Boriçiç, məclis prezidenti isə Pitr Şkundriç olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17

Oxşar sözlər

#ik-nın nədir? #ik-nın sözünün mənası #ik-nın nə deməkdir? #ik-nın sözünün izahı #ik-nın sözünün yazılışı #ik-nın necə yazılır? #ik-nın sözünün düzgün yazılışı #ik-nın leksik mənası #ik-nın sözünün sinonimi #ik-nın sözünün yaxın mənalı sözlər #ik-nın sözünün əks mənası #ik-nın sözünün etimologiyası #ik-nın sözünün orfoqrafiyası #ik-nın rusca #ik-nın inglisça #ik-nın fransızca #ik-nın sözünün istifadəsi #sözlük