İkeca
İkeca (ing. Ikeja; yor. Ikeja) — Nigeriyanın Laqos ştatının paytaxtı.
== Adı ==
İkeca sözü Ikorodu and Epe Joint Administration (ing. İkorodu və Epe Bitişik İdarəsi) ifadənin abbriveaturasıdır.
== Kompüter kəndi ==
İkecada Otiqba adı altında tanınan kompüter bazarı var. O, öz fəaliyyətini 1997-ci ildə başlayıb. O vaxt, bu bazarda cəmi 10 dükkan işləyirdi. Bu gün isə, ordaki dükkanların sayı 3000-dən artıqdır. Onların çoxu, yerin adına uyğun olaraq, komyuter satışı və təmiri ilə məşquldur.