ikibaşlı sözü azərbaycan dilində

ikibaşlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ikibaşlı • 89.1892%
  • İkibaşlı • 10.1351%
  • İKİBAŞLI • 0.6757%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. == Mənşə == Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.

ikibaşlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. İki başı (ucu, qurtaracağı) olan. İkibaşlı ağac. 2. İki başı olan. İkibaşlı heyvan. – [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, – deyib bağırırıq. A.Divanbəyoğlu. 3. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram. – Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. C.Məmmədquluzadə. □ İkibaşlı qohum olmaq – qız verib, qız almaq. [Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov. [Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman. 4. məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov. Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov. ◊ İkibaşlı qartal – çar Rusiyasının dövlət gerbi – üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli. …İkibaşlı qartal ilə “cümlə cahanı titrədən” imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov. Bu zamandan III İvan … qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov. İkibaşlı zərərə düşmək – bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ikibaşlı

ikibaşlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

ikibaşlı sözünün antonimləri (əks mənalı sözlər)

ikibaşlı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 İKİBAŞLI I sif. İki başı olan. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı, gah yuxarı (M.Müşfiq). İKİBAŞLI II zərf Eyhamlı, kinayəli. Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / ikibaşlı

ikibaşlı sözünün rus dilinə tərcüməsi

  • 1 1. двуглавый; 2. двухсторонний, с двух сторон;

    Azərbaycanca-rusca lüğət / ikibaşlı
  • 2 прил. 1. двуглавый, двухголовый, двуголовый (имеющий две головы). İkibaşlı heyvan двуголовое животное, ikibaşlı ilan двуголовая змея 2. двусторонний. İkibaşlı əlaqə связь. двусторонняя связь 3. тех., строит. двурогий (с двумя остриями). İkibaşlı zindan двурогая наковальня 4. перен. двусмысленный ответ ◊ ikibaşlı qartal двуглавый орёл (государственный герб России); ikibaşlı qohumlar родственники по двум линиям: ikibaşlı danışmaq говорить обиняками, намеками; ikibaşlı zərərə düşmək потерпеть двойной ущерб

    Azərbaycanca-rusca lüğət / ikibaşlı

ikibaşlı sözünün inglis dilinə tərcüməsi

ikibaşlı sözünün fransız dilinə tərcüməsi

ikibaşlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьве кьил алай (авай); 2. кьве кьилин, кьве патан (мес. билет, телеграмма); // ikibaşlı qohum olmaq кьве патай къавум хьун, руш гана, руш къачун, рекьинбур хьун; 3. пер. кьве мана авай, кьве жуьре гъавурда акьадай; къаб алай (мес. гаф); ** ikibaşlı qartal кьве кьил алай лекь (Россияда герб, пачагьвилин символ); ikibaşlı zərərə düşmək кьве кьиляйни зарарда гьатун, кьведра харжуна гьатун, кьведра пулар акъатун.

    Azərbaycanca-ləzgicə lüğəti / ikibaşlı

"ikibaşlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ikibaşlı nədir? #ikibaşlı sözünün mənası #ikibaşlı nə deməkdir? #ikibaşlı sözünün izahı #ikibaşlı sözünün yazılışı #ikibaşlı necə yazılır? #ikibaşlı sözünün düzgün yazılışı #ikibaşlı leksik mənası #ikibaşlı sözünün sinonimi #ikibaşlı sözünün yaxın mənalı sözlər #ikibaşlı sözünün əks mənası #ikibaşlı sözünün etimologiyası #ikibaşlı sözünün orfoqrafiyası #ikibaşlı rusca #ikibaşlı inglisça #ikibaşlı fransızca #ikibaşlı sözünün istifadəsi #sözlük