* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İki başı (ucu, qurtaracağı) olan. İkibaşlı ağac. 2. İki başı olan. İkibaşlı heyvan. – [Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, – deyib bağırırıq. A.Divanbəyoğlu. 3. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram. – Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. C.Məmmədquluzadə. □ İkibaşlı qohum olmaq – qız verib, qız almaq. [Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov. [Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman. 4. məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı. [Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. “Koroğlu”. Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov. Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov. ◊ İkibaşlı qartal – çar Rusiyasının dövlət gerbi – üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu). Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli. …İkibaşlı qartal ilə “cümlə cahanı titrədən” imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov. Bu zamandan III İvan … qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov. İkibaşlı zərərə düşmək – bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / ikibaşlı1 İKİBAŞLI – AYDIN Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi, birbirindən soyuq ayrıldılar (M.İbrahimov); Bu o qədər aydın və sadə bir həqiqətdir ki... (M.Hüseyn).
Azərbaycan dilinin antonimlər lüğəti / ikibaşlı1 İKİBAŞLI I sif. İki başı olan. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı, gah yuxarı (M.Müşfiq). İKİBAŞLI II zərf Eyhamlı, kinayəli. Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / ikibaşlı2 прил. 1. двуглавый, двухголовый, двуголовый (имеющий две головы). İkibaşlı heyvan двуголовое животное, ikibaşlı ilan двуголовая змея 2. двусторонний. İkibaşlı əlaqə связь. двусторонняя связь 3. тех., строит. двурогий (с двумя остриями). İkibaşlı zindan двурогая наковальня 4. перен. двусмысленный ответ ◊ ikibaşlı qartal двуглавый орёл (государственный герб России); ikibaşlı qohumlar родственники по двум линиям: ikibaşlı danışmaq говорить обиняками, намеками; ikibaşlı zərərə düşmək потерпеть двойной ущерб
Azərbaycanca-rusca lüğət / ikibaşlı1 прил. 1. кьве кьил алай (авай); 2. кьве кьилин, кьве патан (мес. билет, телеграмма); // ikibaşlı qohum olmaq кьве патай къавум хьун, руш гана, руш къачун, рекьинбур хьун; 3. пер. кьве мана авай, кьве жуьре гъавурда акьадай; къаб алай (мес. гаф); ** ikibaşlı qartal кьве кьил алай лекь (Россияда герб, пачагьвилин символ); ikibaşlı zərərə düşmək кьве кьиляйни зарарда гьатун, кьведра харжуна гьатун, кьведра пулар акъатун.
Azərbaycanca-ləzgicə lüğəti / ikibaşlı