ikin sözü azərbaycan dilində

ikin

Yazılış

  • ikin • 64.0000%
  • İkin • 36.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
115 saylı Şəki kənd ikinci seçki dairəsi
14 saylı Xəzər ikinci seçki dairəsi
14 saylı Əzizbəyov ikinci seçki dairəsi
16 saylı Yasamal ikinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
22 saylı Nəsimi ikinci seçki dairəsi
25 saylı Nizami ikinci seçki dairəsi
27 saylı Sabunçu ikinci seçki dairəsi
31 saylı Suraxanı ikinci seçki dairəsi
34 saylı Xətai ikinci seçki dairəsi
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
42 saylı Sumqayıt ikinci seçki dairəsi
64 saylı Sabirabad ikinci seçki dairəsi
9 saylı Binəqədi ikinci seçki dairəsi
ABŞ İkinci Dünya müharibəsində
ABŞ İkinci dünya müharibəsinə 7 dekabr 1941-ci ildə qoşulub. Amma təkcə 6 iyun 1944-cü ildə Avropada QƏrb cəbhəsi açılıb. ABŞ qoşunları Fransa (əsasən Normandiya), İtaliya, Tunis, Əlcəzair, Mərakeş, Almaniya, Niderland, Belçika və Lüksemburq ərazilərində, eləcə də Sakit okeanda və Cənub-Şərqi Asiyada fəaliyyət göstərib. == Nəticələr == Bu müharibədə ABŞ-nin itkisi 418 000 adam olub. ABŞ ordusu ən çox itkini Arden əməliyyatında verib — 19 000 ölü. Bunda sonra itki sayına görə Okinava uğrunda döyüş, Normand əməliyyatı, Monte-Kassoni döyüşü və İvodzima uğrunda döyüş gəlir. 2010-cu ilə olan məlumatlara görə İkinci dünya müharibəsində itkin düşmüş ABŞ hərbçilərinin sayı 74 000 nəfərdir. ABŞ Milli Arxivi bu müaribədə ölən və itkin düşən bütün amerikalı hərbçilərin siyahısını tutub və çap etdirib.. ABŞ-nin müharibədə iştirak edən digər ölkələrlə müqayisədə əsas üstünlüyü ərazisinin (Havay adalarından başqa) hərbi əməliyyat meydanına çevrilməməsi və heç bir dağıntıya məruz qalmaması idi. ABŞ müharibə dövründə antihitler koalisiyasının əsas cəbhəxanasına çevrildi, ölkə inhisarçılarının gəliri 87 milyard dolları ötüb keçdi.
Albaniya İkinci Dünya müharibəsində
Albaniya İkinci dünya müharibəsində — İkinci Dünya müharibəsində Albaniyanın rolu. İkinci Dünya müharibəsi Albaniyada 1939-cu ilin aprelində İtaliya tərəfindən işğal ilə başlamışdır. Faşist İtaliyası Albaniyanı protektorat və ya marionet dövlətə çevirmişdir. İşğalçılara qarşı müqavimət əsasən kommunist qrupları tərəfindən 1943-cü ilə qədər İtaliya, sonradan isə Nasist Almaniyasına qarşı həyata keçirilmişdir. Əvvəlcə müstəqil olan kommunist qrupları 1942-ci ilin əvvəlində birləşmiş və nəticədə 1944-cü ildə Albaniyanın nasist işğalından azad edilməsinə nail olmuşdular. == Tarix == 7 aprel 1939-cu ildə İtaliya Avropada yaranmış siyasi vəziyyətdən istifadə edərək Albaniyanı işğal etmişdir. İtalyan işğalçılara qarşı Albaniyada milli azadlıq mübarizəsi başlamışdır. Bu mübarizənin təşkilatçısı 1941-ci ilin noyabrında yaradılan Albaniya Kommunist Partiyası idi. 16 sentyabr 1942-ci ildə Pezada Milli Azadlıq Cəbhəsi yaradılmışdır. 1943-cü ildə milli azadlıq hərəkatının yeni mərhələsi başlanmışdır.
Apokalipsis: İkinci dünya müharibəsi (film, 2009)
"Apokalipsis: İkinci dünya müharibəsi" (fr. Apocalypse, la 2e Guerre mondiale) — ikinci dünya müharibəsi haqqında altı seriyalı sənədli film. Filmin rejissorları Daniel Kasatelle və İzabella Klarkdır. Sənədli film üçün musiqi Kenci Kavay tərəfindən bəstələnmişdir. Sənədli film yalnız müharibə dövründə hərbi jurnalistlər, əsgərlər, Fransa Müqavimət Hərəkatı üzvləri və sıravi vətəndaşlar tərəfindən çəkilmiş sənədli kadrlardan ibarətdir. Filmdə həm sonradan bərpa edilərək rənglənmiş ağ-qara lentlərdən, həm də bir neçə orijinal rəngli lentlərdən istifadə olunub. Yeganə istisna — Holokost cinayətlərinin orijinalda olduğu kimi ağ-qara təsvir olunduğu səhnələrdi. Film ilk dəfə avqustun 20-dən 27-dək və sentyabrın 3-də Belçikanın fransızdilli RTBF kanalında nümayiş olunub. Avqustun 23-dən 30-dək və sentyabrın 6-da İsveçrənin fransızdilli Télévision Suisse Romande kanalında və 2009-cu ilin sentyabrın 8-dən 22-dək Fransanın France 2 kanalında nümayiş olunmuşdur. Sənədli film sonralar Amerika Birləşmiş Ştatlarının Smithsonian kanalında, National Geographic və Channel 4 kanalları vasitəsilə Böyük Britaniyada, Kanadada, Niderlandda, Polşada, Rumıniyada, Avstraliyada və Asiya ölkələrində, Finlandiyanın Yle Teema, İtaliyanın Rete 4, İsrailin Israel Broadcasting Authority, Portuqaliyanın RTP2 və İspaniyanın La 2 kanalında nümayiş olunmuşdur.
Avropada İkinci dünya müharibəsinin sonu
Avropada İkinci dünya müharibəsinin sonu - İkinci Dünya müharibəsinin Avropa teatrının başa çatması ilə əlaqəli hadisələr. 1945-ci ilin aprel-may aylarında baş verib. == Almaniyanın təslim olması == Aprelin 30-da Adolf Hitlerin öz bunkerində intiharından sonra Almaniyanın siyasi və hərbi baxımdan təslim aktını necə imzalayacağı ətrafında qeyri-müəyyənlik yaranmışdı. Hitler özünün donanma admiralı və qatı nasist Karl Dönitzi hələ ölümündən əvvəl öz varisi elan etmişdi. O çox tez bir zamanda silahlı qüvvələrin baş qərargah rəisi Alfred Jodlu Almaniyanın təslim şərtləri barədə danışıqlar aparmaq üçün ABŞ qüvvələrinin komandanı general Dvayt Eyzenhaverlə görüşə göndərmişdi. Almanlar ümid edirdi ki, bu danışıqlar əhalinin və ordunun mümkün qədər çox hissəsini sovet hücumundan xilas etməyə imkan verəcək, hətta Birləşmiş Ştatları, Britaniya və Fransanı etibar etmədikləri Sovet İttifaqına qarşı qoya biləcək. Dönitz düşünürdü ki, Qərb Müttəfiqləri razı olsalar, Almaniya Sovet İttifaqına qarşı müharibəni davam etdirə bilərdi. Eyzenhaver bu təklifdəki fəndi duymuş və Jodlun təslim aktını qeyd-şərtsiz imzalamasında israr etmişdi. Mayın 7-də “Hərbi təslim aktını” və saat 11:01-dən qüvvədə olacaq atəşkəs razılaşması imzalanmışdı. Bu, Mərkəzi Avropa vaxtı ilə artıq mayın 8-i olurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. == Zəmin == Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin. Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır.
Azərbaycan İkinci Dünya müharibəsi illərində
Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan xalqının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". == Ümumi məlumat == Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Azərbaycan İkinci dünya müharibəsində
Azərbaycan İkinci dünya müharibəsində — İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu, Azərbaycan xalqının böyük qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycanın ümumilli lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir". == Ümumi məlumat == Almaniya Sovet İttifaqına qarşı müharibəyə 22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı Bakı neftinə xüsusi önəm verirdi və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Bakı ikinci rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır.
Bakı İkinci Dünya müharibəsində
Bakı İkinci Dünya Müharibəsi dövründə — Bakı müharibə zamanı Nasist Almaniyasının fəth planlarında xüsusi yer tutmuşdur. NSDAP Xarici Siyasət Şöbəsinin müdiri Alfred Rozenberq, Bakının Üçüncü Reyxin təsir dairəsinə daxil edilməsini öz üzərinə götürən xüsusi bir "Qafqazın idarə edilməsi" planı hazırladı. Bu plana görə Bakı 25 sentyabr 1942-ci ilədək ələ keçirilməli idi. == Hərbi-siyasi vəziyyət == Adolf Hitler 1941-ci ilin martında Bakının işğalından sonra Bakı neftinin istehsalının, təmizlənməsinin və nəqlinin Kontinental Neft Cəmiyyəti tərəfindən idarə olunması təlimatını verdi. Bakının böyük bir hərbi obyektə çevrilməsi planlaşdırılırdı.“1941-ci il, iyunun 22-də alman qoşunları 930 millik cəbhə boyunca Sovet İttifaqına hücum etdi. Adolf Hitler özünün ümumi və konkret vəzifələrini olduqca aydın şəkildə ifadə etmişdi: “Biz Rusiyanı nə qədər tez məhv etsək, bir o qədər yaxşıdır. Hücumun son məqsədi Bakının neft mədənlərinə yol tapmaqdır”, -deyə Maykl Ekonomides və Ronal Olini yazırdılar. Başqa vaxt isə belə demişdi: Biz Bakının neftinə sahiblənəcəyik və bununla da Sovet İttifaqının təyyarələrini və tanklarını hərəkətsiz dəmir oyuncaqlara çevirəcəyik”. 1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi.
Berlin döyüşü (İkinci Dünya Müharibəsi)
Berlin döyüşü (alm. Schlacht um Berlin‎), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri. Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi. Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2004 ••••• 0.34
2005 •••••••••••••••••••• 1.35
2006 •••••••••••••• 0.90
2008 •••••••• 0.49
2009 ••• 0.16
2010 ••••••••••••••••• 1.09
2011 •••••••••••• 0.77
2012 ••••••• 0.43
2013 ••••••••••••• 0.88
2014 •••••••• 0.51
2016 •••••••• 0.52
2017 ••••••••••••• 0.81
2018 ••••••• 0.45
2019 ••• 0.14
2020 •• 0.13

"ikin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ikin nədir? #ikin sözünün mənası #ikin nə deməkdir? #ikin sözünün izahı #ikin sözünün yazılışı #ikin necə yazılır? #ikin sözünün düzgün yazılışı #ikin leksik mənası #ikin sözünün sinonimi #ikin sözünün yaxın mənalı sözlər #ikin sözünün əks mənası #ikin sözünün etimologiyası #ikin sözünün orfoqrafiyası #ikin rusca #ikin inglisça #ikin fransızca #ikin sözünün istifadəsi #sözlük